1.Qonşu bucaqlar. -Tərif. Bir tərəfi ortaq, digər iki tərəfdən biri digərinin uzantısı olan bucaqlara qonşu bucaqlar deyilir. Qonşu bucaqların cəmi 180-dərəcəyə bərabərdir.
Tərif. Bir bucağın tərəfləri digərinin tərəflərinin uzantısı olarsa, belə bucaqlara qarşılıqlı bucaqlar deyilir. «Qarşılıqlı bucaqlar bərabərdir».
Sınıq xətt anlayışı
Düz xətt parçalarının birləşməsindən düzəlmiş A1 A2 A3 A4 A5 fiqurunu (xəttini) alırıq. Belə həndəsi fiqur sınıq xətt adlanır. Təşkiledici A1 A2 , A2 A3 , A3 A4 , A4 A5 düz xətt parçaları sınıq xəttin tərəfləri, A2 , A3 , A4 nöqtələri sınıq xəttin təpələri, A1 , A5 nöqtələri isə uyğun olaraq sınıq xəttin başlanğıc və uc nöqtələri adlanır.
Tərif. Qonşu olan ixtiyari ikisi bir düz xətt üzərində olmayan və qonşu olmayan ixtiyari ikisinin isə ortaq nöqtəsi olmayan sonlu sayda düz xətt parçalarının birləşməsindən alınan fiqura sadə sınıq xətt deyilir. A1A2 A2 A3 ,...,An-1 An , düz xətt parçalarının birləşməsi olan sınıq xətt A1A2 A3 An-1 An kimi işarə edilir (harda ki, n 2 ). Sınıq xəttin bütün tərəflərinin uzunluqları cəmi onun uzunluğu (və ya perimetri) adlanır.
Bu uzunluğu d ilə işarə etsək, onda d=|A1A2|+|A2A3|+…+ |An-1An| yazmaq olar.
Sadə və sadə olmayan sınıq xətt termini ilə yanaşı, həm də qabarıq və qabarıq olmayan sınıq xətt terminindən də istifadə edilir. Sınıq xətt tamamilə onun ixtiyari qonşu təpəsindən keçən (ixtiyari tərəfini özündə saxlayan) düz xəttin bir tərəfində yerləşdikdə belə sınıq xətt qabarıq sınıq xətt, əks halda isə qabarıq olmayan sınıq xətt adlanır. Sınıq xəttin başlanğıc və uc nöqtələri üst-üstə düşdükdə sınıq xətt qapalı ,əks halda isə qapalı olmayan sınıq xətt adlanır.
Düz xəttə perpendikulyar və mail. Düz xətt parçasının proyeksiyası.Perpendikulyar və mailin xassələri
Əgər düz xətt xaricindəki nöqtədən bu düz xəttə doğru çəkilən xəttin onunla əmələ gətirdiyi bucaq düz bucaq (90°90°) olarsa, bu xətlər perpendikulyar xətlər adlanır. Çəkilmiş xəttə isə perpendikulyar deyilir.
Teorem: Düz xətt üzərində olmayan nöqtədən bu düz xəttə həmişə perpendikulyar endirmək olar və bu perpendikulyar yeganədir. O nöqtəsinə bu perpendikulyarın oturacağı deyilir.
Dostları ilə paylaş: |