Teorem. İki düz xətt üçüncü düz xətlə kəsişdikdə əmələ gələn çarpaz bucaqlar bərabər olarsa, onda bu iki düz xətt paraleldir.
Teorem. İki düz xətt üçüncü düz xətlə kəsişdikdə uyğun bucaqlar bərabər olarsa, onda bu düz xətlər paraleldir.
Teorem 3. İki düz xətt üçüncü ilə kəsişdikdə birtərəfli bucaqların cəmi 180 dərəcəyə bərabər olarsa, onda bu düz xətlər paraleldir.
Düz xətlərin paralellik əlamətləri.
İki düz xəttin paralel olub- olmadığını bilavasitə (məsələn, tərifin doğruluğunu yoxlamaqla və ya çertyoj alətlərinin köməyi ilə) yoxlamaq müəyyən çətinliklərlə bağlı olmaqla yanaşı, həm də məntiqi baxımdan qeyri-ciddi olur. Ona görə də düz xətlərin paralelliyi üçün bir neçə əlamət müəyyən edilmişdir.
Teorem. Eyni bir düz xəttə perpendikulyar olan iki düz xətt bir-birinə paraleldir