Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 223,94 Kb.
səhifə36/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   32   33   34   35   36   37   38   39   ...   93
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

34

Refraksiyanın və akkomodasiyanın pozulmaları:

 

 

 

a) hər hansı gözün meridianlardan birində 12,0 DPTR-dən artıq yaxıngörməsi və ya uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 6,0 DPTR-dən artıq refraksiya fərqi ilə hər növ astiqmatizm

D

D

D

b) hər hansı gözün meridianlardan birində 8,0 DPTR-dən artıq və 12,0 DPTR-ə qədər yaxıngörməsi və ya uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 4,0 dptr-dən artıq və 6,0 dptr-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm

C

C

C və ya B FƏRDİ

c) hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər yaxıngörməsi

C

C

B

ç) hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi və ya hər hansı gözün meridianlardan birində 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər uzaqgörməsi, yaxud hər hansı gözdə iki əsas meridianda 2,0 DPTR-dən artıq və 4,0 DPTR-ə qədər refraksiya fərqi ilə hər növ astiqmatizm

A-3

A


HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

Refraksiya anomaliyalarının növü və dərəcəsi skiaskopiya və ya refraktometriyanın köməyi ilə təyin edilir.

Bu maddədə göstərilən refraksiya anomaliyaları zamanı «Xəstəliklər cədvəli»nin III qrafası üzrə HDQ, ÜH, DP, XQ-də xidmətə yararlılıq dərəcəsinin fərdi təyin edilməsi nəzərdə tutulan hallarda, görmə itiliyinə həlledici əhəmiyyət verilir.

Akkomodasiyanın davamlı spazmı, parezi və iflici hallarında nevropatoloq, terapevt və digər ixtisaslardan olan həkim-mütəxəssislərin iştirakı ilə müayinə aparılmalıdır. Əgər akkomodasiyanın davamlı spazmı, parezi və ya iflici sinir sisteminin, daxili orqanların xəstəlikləri ilə əlaqədardırsa, belə hallarda qərar əsas xəstəliyə görə çıxarılır.

Akkomodasiyanın spazmı, sikloplegiyada təyin edilən refraksiya optimal mənfi korreksiyaedici linzanın sikloplegiyaya qədər olan gücündən daha zəif olan hallarda funksional xəstəlikdir.

Uğursuz stasionar müalicədən sonra bir və ya hər iki gözdə akkomodasiyanın spazmı, parezi olduqda, yararlılıq kateqoriyası «Xəstəliklər cədvəli»nin 34 və 35-ci maddələri üzrə, korreksiya ilə görmə itiliyindən və dəfələrlə aparılan sikloplegiyalardan sonra əvvəlki səviyyəsinə qayıdan ametropiyanın dərəcəsindən asılı olaraq təyin edilir.

Bir gözdə akkomodasiyanın davamlı iflici olduqda, hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası gözün funksiyalarından (korreksiya ilə görmə itiliyindən, görmə sahəsindən və s.) asılı olaraq təyin edilir.

 



Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin