Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


III. HƏRBİ XİDMƏTƏ (ORQANLARDA XİDMƏTƏ) KÖNÜLLÜ DAXİL OLAN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ



Yüklə 223,94 Kb.
səhifə4/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   2   3   4   5   6   7   8   9   ...   93
III. HƏRBİ XİDMƏTƏ (ORQANLARDA XİDMƏTƏ) KÖNÜLLÜ DAXİL OLAN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ

 

3.1. Hərbi xidmət keçməyən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, digər qoşunlara hərbi xidmətə könüllü daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkiliAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrə həvalə olunur.



Orqanlara xidmətə daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkili müvafiq orqanların hərbi-həkim komissiyalarına (həkim-uçuş komissiyalarına) həvalə olunur.

Vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) göndərişinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanların müəyyən etdikləri qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.

Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilə bilər.

3.2. Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq,dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. [22]

3.3. Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşın hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır.

Zərurət olduqda, hərbi-həkim komissiyası həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müəyyən növündə və ya müəyyən qoşun növündə hərbi xidmətə yararlılıq, yüksək dağlıq rayonlarda və əlverişsiz iqlim şəraiti olan yerlərdə hərbi xidmət (orqanlarda xidmət) keçməyə yararlılıq haqqında qərar çıxarır.

Hərbi xidmət keçməyən və hərbi xidmətə könüllü daxil olan vətəndaşda «Xəstəliklər cədvəli» ilə hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsini nəzərdə tutan xəstəliklər olduqda, hərbi həkim komissiyası «C» kateqoriyası üzrə (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) qərar çıxarır.

 


Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin