Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
41
|
Qulağın, məməyəbənzər çıxıntının kəskin xəstəlikləri və xroniki xəstəliklərin kəskinləşməsindən, travmasından və ya cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar
|
Ç
|
Ç
|
Ç
|
Hər hansı bir orta qulaqda radikal və ya rekonstruktiv-bərpaedici cərrahiyyə əməliyyatlarından sonra yaxşı nəticə ilə vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən aparılmış əməliyyatdan sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Bu müddət bitdikdən sonra əməliyyatdan sonrakı boşluq tam epidermizasiya olduğu halda, qərar «Xəstəliklər cədvəli»nin 38-ci maddəsinin «c» bəndi üzrə çıxarılır.
Kəskin orta otitlərin labirintitlə fəsadlaşmasından, orta qulaqda aparılmış radikal cərrahiyyə əməliyyatından sonra hərbi qulluqçulara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarıla bilər. Bu maddə ilə nəzərdə tutulmuş digər hallarda «Xəstəliklər cədvəli»nin II qrafası ilə şəhadətləndirilənlərin qismən və ya tam azad edilmələri, III qrafa ilə şəhadətləndirilənlərin isə qismən azad edilmələri barədə qərar çıxarılır.
Qan dövranı sistemi xəstəlikləri
Qan dövranı sistemi xəstəlikləri zamanı ürək çatışmazlığı funksional siniflərə (bundan sonra — FS) görə Nyu-York Ürək Assosiasiyasının (NYHA, 1964) təsnifatına, stenokardiya isə Kanada təsnifatına (1976) uyğun olaraq qiymətləndirilir.
Dostları ilə paylaş: |