Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
42
|
Revmatizm, ürəyin digər revmatik və qeyri-revmatik xəstəlikləri:
|
|
|
|
a) ağır dərəcəli ürək çatışmazlığı ilə
|
D
|
D
|
D
|
b) orta ağır dərəcəli ürək çatışmazlığı ilə
|
D
|
D
|
C
|
c) yüngül dərəcəli ürək çatışmazlığı ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
ç) sol mədəciyin simptomsuz disfunksiyası ilə
|
B
|
B
|
A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ
|
«a» bəndinə aşağıdakılar aiddir:
IV FS ürək çatışmazlığı ilə müşayiət olunan ürək xəstəlikləri;
ürək çatışmazlığının dərəcəsindən asılı olmayaraq, ürəyin kombinə olunmuş və müştərək qazanılmış qüsurları;
II — IV FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin təcrid olunmuş aortal qüsurları;
perikardın geniş obliterasiyası;
sol atrioventrikulyar dəliyin təcrid olunmuş stenozu;
dilyatasion və restriktiv kardiomiopatiya, sol mədəciyin çıxarıcı traktının obstruksiyası ilə müşayiət olunan hipertrofik kardiomiopatiya;
I — IV FS ürək çatışmazlığı olduqda, ürəyin qapaq aparatında aparılmış cərrahi müdaxilənin, süni ritm mənbəyinin (kardiostimulyatorun) implantasiyasının nəticələri;
ürək ritminin və keçiriciliyin müalicə olunmayan davamlı pozulmaları (tam AV-blokada, II dərəcəli AV-blokada, politop mədəcik ekstrasistoliyası, paroksizmal taxiaritmiyalar, sinus düyününün zəifliyi sindromu).
Bəzi hallarda, hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış, hərbi xidmət vəzifələrini yerinə yetirmək qabiliyyətini saxlamış zabitlər, süni kardiostimulyatorun implantasiyasından sonra «c» bəndi ilə şəhadətləndirilə bilərlər.
«b» bəndinə ürəyin III FS ürək çatışmazlığı ilə müşayiət olunan xəstəlikləri aiddir.
Ürək ritminin və keçiriciliyin davamlı pozulmaları, paroksizmal taxiaritmiyaları, habelə WPW, sinus düyününün zəifliyi sindromları olan şəxslər, ürək çatışmazlığının dərəcəsindən və tac qan dövranının pozulmasından asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər.
Ürək ritminin davamlı pozulmalarına 7 gündən çox davam edən, antiaritmik terapiya tələb edən və müalicənin kəsilməsindən sonra yenidən başlanan aritmiyalar aiddir.
Keçiriciliyin davamlı pozulmalarına I — II dərəcəli AV—blokadanın daimi (təsbit olunmuş) formaları, mədəcikdaxili tam blokadalar aiddir.
I dərəcəli funksional (vaqus) AV—blokada (AV-keçiriciliyin normallaşması fiziki yüklənmədən və ya venadaxilinə 0,5 — 1,0 mq atropin-sulfat yeridildikdən sonra baş verir), His dəstəsinin sağ ayaqcığının natamam blokadası, paroksizmal ritm pozulmaları ilə müşayiət olunmayan CLC sindromu bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa mane olmur.
«Xəstəliklər cədvəli»nin I, II qrafaları üzrə şəhadətləndirilən təcrid olunmuş qazanılmış ürək qüsurları (bu maddənin «a» bəndində göstərilənlərdən başqa) olan şəxslər, ürək çatışmazlığı olmasından asılı olaraq, «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər.
«Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən təcrid olunmuş aortal ürək qüsurları (bu maddənin «a» bəndində göstərilənlərdən başqa) olan şəxslər barədə qərar «c» bəndi üzrə çıxarılır.
«c» bəndinə aşağıdakılar aiddir:
II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürək xəstəlikləri;
revmatizmin təkrar hücumları;
ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) I — II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz;
I FS ürək çatışmazlığı ilə müşayiət olunan və ya ürək çatışmazlığı əlamətləri olmayan hipertrofik kardiomiopatiya;
ürək çatışmazlığı əlamətləri olmadıqda, ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar.
Hərbi xidmətdə olmanın son yaş həddinə çatmamış zabitlər ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən sonra hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi məqsədi ilə cərrahi əməliyyatdan 4 ay keçdikdən sonra şəhadətləndirilməyə göndərilə bilərlər.
I — II FS ürək çatışmazlığı exokardioqrafiyada aşkar olunan kardiohemodinamik göstəricilərlə (atma fraksiyasının enməsi, sol mədəciyin və qulaqcığın sistolik və diastolik ölçülərinin böyüməsi, mitral və aortal qapaqlar üzərində requrhitasiya axınlarının yaranması, miokard liflərinin sirkulyar yığılma sürətinin azalması), eləcə də xəstəliyin kliniki təzahürlərinin təhlili ilə birgə fiziki yükün fərdi keçirilməsinin qiymətləndirilməsi üçün veloerqometriyanın nəticələri ilə təsdiq olunmalıdır.
İlkin aktiv revmatizm keçirmiş və «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən şəxslər «Xəstəliklər cədvəli»nin 48-ci maddəsi üzrə, tibb müəssisəsindən çıxarıldıqdan sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Sonralar, ürəyin və digər orqanların zədələnməsi əlamətləri olmadıqda, onlar bu maddənin «ç» bəndi üzrə şəhadətləndirilirlər.
İlkin aktiv revmatizm keçirmiş və «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlərə «Xəstəliklər cədvəli»nin 48-ci maddəsinə əsasən 45 gündən 60 günədək xəstəliyə görə məzuniyyət verilir.
«ç» bəndinə ürək çatışmazlığı ilə müşayiət olunmayan, ürək ritmi və keçiriciliyinin davamlı pozulmaları olmayan, ürək əzələsi xəstəliklərinin davamlı kompensasiya olunmuş nəticələri, miokardioskleroz, ürəyin mitral və digər qapaqlarının ilkin prolapsı və s. aiddir.
Miokardiosklerozla nəticələnməyən və ürək ritmi və keçiriciliyinin pozulmaları olmayan keçirilmiş qeyri-revmatik miokarditlər bu maddənin tətbiqi üçün əsas vermir və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa mane olmur.
Dostları ilə paylaş: |