Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 223,94 Kb.
səhifə49/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   45   46   47   48   49   50   51   52   ...   93
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

48

Keçirilmiş kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən, travmadan və ya cərrahi müalicədən sonra qan dövranı sisteminin müvəqqəti funksional pozulmaları

Ç

Ç

Ç

 

Bu maddə ilə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular, o hallarda hərbi xidmətə müvəqqəti yararsız sayılırlar ki, onlarda qeyri-revmatik miokarditlərə görə stasionar müalicənin başa çatmasından sonra ürəyin zədələnməsinin davamlı və obyektiv əlamətləri (qan dövranı çatışmazlığı, ürək ritmi və keçiriciliyi pozulmalarının müxtəlif formaları) aşkar olunmasın.

Keçirilmiş qeyri-revmatik miokarditdən sonra «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər tibb müəssisəsindən çıxarıldıqdan sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

«Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər üçün aktiv revmatizmdən, qeyri-revmatik miokarditlərdən, miokard infarktından sonra, habelə ürəkdə, tac qan damarlarında, iri magistral və periferik damarlarda cərrahi əməliyyatdan sonra funksiyaların müvəqqəti pozulmaları olduqda, bərpa müalicəsinin başa çatması və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin tam bərpası üçün 1 aydan çox vaxt tələb olunduqda, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.

Ürəyin xroniki işemik xəstəliyinin kəskinləşməsindən (stenokardiyanın ardıcıl tutmaları, ürəyin keçib gedən ritm və keçiricilik pozulmaları, ürək çatışmazlığının keçib gedən formaları), hipertoniya xəstəliyinin kəskinləşməsindən (hipertonik krizlərdən sonrakı hal), ürək aritmiyalarına görə aparılmış elektroimpuls terapiyasından sonra «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər barəsində 15 gündən 30 günədək xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (varikoseleyə görə aparılmış cərrahiyyə əməliyyatlarından və s.) sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır. Operativ müdaxilələrdən sonra fəsadlaşmaların olduğu və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün 1 aydan artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 30 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.

 


Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin