Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
55
|
Dişlərin bərk toxumalarının, pulpanın və periapikal toxumaların, diş ətinin və parodontun, tüpürcək vəzilərinin, ağız boşluğunun yumşaq toxumalarının, dilin xəstəlikləri:
|
|
|
|
a) parodontitin, parodontozun ağır dərəcəli yayılmış formaları
|
C
|
C
|
B
|
b) parodontitin, parodontozun orta ağır dərəcəli yayılmış formaları, stomatitlər, gingivitlər, xeylitlər və ağız boşluğunun selikli qişasının, tüpürcək vəzilərinin və dilin müalicə olunmayan digər xəstəlikləri
|
B
|
B
|
A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ
|
c) parodontitin, parodontozun yüngül dərəcəli yayılmış formaları
|
A-2
|
A
|
A
|
Bu maddə, şəhadətləndirilən şəxslərdə parodontitin və ya parodontozun tez-tez kəskinləşmələrlə və (və ya) absesləşmə ilə müşayiət olunan generalizə olunmuş (yayılmış) formaları olduqda tətbiq edilir.
Parodontit, parodontoz diaqnozu bütün diş-çənə sisteminin rentgenoqrafiya müayinəsindən və yanaşı gedən xəstəliklərin aşkar edilməsindən sonra qoyulur. İlkin hərbi qeydiyyata alınarkən, parodontoz və parodontit xəstəliyi olan vətəndaşlar müalicəyə göndərilirlər.
«a» bəndinə parodontal cibin dərinliyinin 5 mm və artıq olması, diş yuvasının sümük toxumasının diş kökü uzunluğunun 2/3-sinə qədər rezorbsiyası, dişin II — III dərəcəli laxlaması ilə müşayiət olunan parodontit aiddir.
«b» bəndinə ağız boşluğunun selikli qişasının müalicə olunmayan xəstəlikləri aiddir. Stomatitlər, xeylitlər, gingivitlər, leykoplakiyalar, prekanserozlar və digər xəstəliklər aşkar edildikdə, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən müalicəyə göndərilirlər.
«c» bəndinə əsasən dişlərarası arakəsmələr nahiyəsində diş əti cibinin dərinliyi 3 mm-ə qədər olan, dişlərarası arakəsmələrin sümük toxumasının dağılmasının başlanğıc dərəcəsi, dişlərarası arakəsmələrin hündürlüyünün 1/3-indən az enməsi ilə səciyyələnən, lakin dişlərin laxlamasının olmadığı yüngül dərəcəli parodontit aiddir.
Dostları ilə paylaş: |