Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 223,94 Kb.
səhifə83/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   79   80   81   82   83   84   85   86   ...   93
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

84

Dərinin və dərialtı toxumanın travmalarının nəticələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

B

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsinə mane olan və ya oynaqlarda hərəkəti mühüm dərəcədə məhdudlaşdıran, boyun, gövdə və ətraf nahiyələrində özündən altdakı toxumalarla bitişmiş, xoralaşan və ya asan yaralanan və tez-tez xoralaşan iri kelloid, hipertrofik çapıqlar;

dəri səthinin 20 faiz və daha çox hissəsini əhatə etmiş və ya böyrəklərin amiloidozu ilə fəsadlaşmış dərin yanıqlardan sonrakı hallar.

«b» bəndinə aşağıdakılar aiddir:

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, oynaqlarda hərəkətləri mülayim dərəcədə məhdudlaşdıran və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsini xeyli çətinləşdirən, xoralaşmayan kelloid, hipertrofik və atrofik çapıqlar;

müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, üzü eybəcərləşdirən çapıqlar;

aşağı ətrafın dəri səthinin 50 faizinin və daha çox hissəsinin dərin yanıqlarının nəticələri.

«c» bəndinə aşağıdakılar aiddir:

oynaqlarda hərəkətləri cüzi dərəcədə məhdudlaşdıran və ya standart hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsini cüzi dərəcədə çətinləşdirən, uzunmüddətli yeriş və digər fiziki gərginlik zamanı xoralaşmayan elastik çapıqlar;

yuxarı ətrafın dəri səthinin 70 faizdən çox hissəsinin plastikası ilə dərin yanıqlarının nəticələri.

Oynaqlarda hərəkətlərin həcmini qiymətləndirərkən 2 nömrəli cədvələ əsaslanmaq lazımdır.

Kauzalgiya əlamətləri ilə müşayiət olunan çapıqların uğursuz cərrahi müalicəsindən sonra qərar «Xəstəliklər cədvəli»nin 26-cı maddəsi üzrə çıxarılır.

Gözlərin, əllərin və ya ayaqların zədələnməsi ilə müşayiət olunan yanıqların və ya donvurmaların nəticələri olan şəxslər «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

 



Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin