Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
30
|
Skleranın, buynuz qişanın, qüzehli qişanın, siliar cismin, göz büllurunun, damarlı qişanın, tor qişanın, şüşəyəbənzər cismin, görmə sinirinin xəstəlikləri; gözün yad cismi
|
|
|
|
a) hər iki gözdə görmə funksiyalarının kəskin ifadə olunmuş proqressiv enməsi və ya tez-tez kəskinləşmələr olduqda
|
D
|
D
|
D
|
b) eyni dəyişikliklər bir gözdə və ya mülayim dərəcədə ifadə olunmuş halda hər iki gözdə olduqda
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) bir gözdə mülayim dərəcədə ifadə olunmuş proqressivləşməyən, nadir kəskinləşmələrlə
|
A-3
|
A
|
A
|
Bu maddə vərəm, degenerativ, distrofik və digər mənşəli xroniki, çətin sağalan və ya sağalmayan xəstəlikləri nəzərdə tutur.
Xəstəlik prosesinin başa çatması, yaxud xəstəliyin proqressivləşməyən gedişlə və nadir (ildə 2 dəfə və az) kəskinləşmələrlə keçməsi hallarında, eləcə də toxuma köçürülməsindən sonra şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası gözlərin funksiyalarından asılı olaraq, «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.
Göz və onun əlavə aparatının yenitörəmələrinin xarakterindən asılı olaraq, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 8-ci və ya 10-cu maddələri üzrə keçirilir. Gözlərin funksiyasını pozmayan xoşxassəli yenitörəmələr hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa, RM, İŞM, RYK, EMS və lazer şüalanması mənbələri ilə işə təyin edilməyə mane olmur.
«a» bəndinə aşağıdakılar aiddir:
konservativ və operativ müalicə ilə sağalmayan və görmə funksiyasının proqressivləşən zəifləməsi ilə müşayiət olunan xəstəliklər;
bir və ya hər iki gözdə keratoprotezləşmədən sonrakı hallar;
gözün funksiyalarından asılı olmayaraq tapetoretinal abiotrofiyalar.
Qaranlığa adaptasiyanın (hemeralopiya) pozulması ilə birlikdə tor qişanın, piqmentlə və ya onsuz piqment degenerasiyası, toran görmənin nəzarəti müayinə üsullarından istifadə olunmaqla, bir saatlıq adaptometriyanın iki dəfə yerinə yetirilməsi ilə təsdiq olunmalıdır.
Görmə sahəsinin fiksasiya nöqtəsindən 30 dərəcə səviyyəsinədək aşağıdan və bayırdan (şaquli və üfüqi meridianlar üzrə) davamlı daralması hər iki gözdə olduqda, qərar «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə «a» bəndi, bir gözdə olduqda «b» bəndi üzrə çıxarılır. Görmə sahəsinin 30 dərəcədən 45 dərəcəyədək daralması hər iki gözdə olduqda, qərar «Xəstəliklər cədvəli»nin «b» bəndi, bir gözdə olduqda isə «c» bəndi üzrə çıxarılır.
«b» bəndinə aşağıdakılar aiddir:
stasionar şəraitdə təyin edilmiş və gözdaxili təzyiqin yüksəlməsi ilə müşayiət olunan xroniki uveit və uveopatiyalar, keratoqlobus və keratokonus;
bir, yaxud hər iki gözdə afakiya, artifakiya;
gözün görmə funksiyalarının proqressivləşən zəifləməsi ilə göz dibində degenerativ-distrofik dəyişikliklərin (tor qişanın kənar degenerasiyası, çoxsaylı xorioretinal ocaqlar, arxa stafiloma və s.) olması;
gözün daxilində iltihabi və distrofik dəyişikliklər yaratmayan yad cismin olması.
Gözdaxili yad cisimlər olan bütün hallarda, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilənlərin hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyaları barədə məsələ gözün yaralanmasından 3 aydan az olmayaraq müddət keçdikdən sonra həll edilir. Metalloz və iltihab əlamətləri olmadıqda, gözün funksiyaları (görmə itiliyi, görmə sahəsi, qaranlığa adaptasiya və s.) yaxşı saxlandıqda, onlar sıradankənar hərbi xidmətə yararlı, lakin tankların, piyadaların döyüş maşınlarının, zirehli maşınların ekipaj heyəti tərkibində, raket hissələrinin buraxıcı qurğularında xidmətə, nəqliyyat vasitələrini idarə etməyə, həmçinin bədənin vibrasiyası ilə əlaqədar olan işlərə yararsızdırlar.
Görmə sinirinin atrofiyası zamanı hərbi xidmətə və hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq gözün funksiyalarından (görmə itiliyi, görmə sahəsi və s.) asılı olaraq təyin edilir.
Hərbi xidmətə çağırış zamanı, hərbi xidmətə könüllü daxil olan zaman buynuz qişada və ya sklerada optikorekonstruktiv cərrahiyyə əməliyyatları keçirmiş vətəndaşlar, əgər əməliyyatdan 6 aydan az vaxt keçmişsə, hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar. Cərrahiyyə əməliyyatından sonra hərbi xidmətə yararlılıq kateqoriyası gözün funksiyalarının vəziyyətindən və əməliyyata qədər göz almalarının ultrasəs biometriyasının nəticələrindən və sənədlə təsdiq olunmuş ametropiya dərəcəsindən asılı olaraq, «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.
Buynuz qişada optikorekonstruktiv cərrahiyyə əməliyyatları keçirmiş şəxslər əməliyyatdan sonra fəsadlaşmalar, göz dibində və buynuz qişada degenerativ-distrofik dəyişikliklər olmadıqda, habelə cərrahiyyə əməliyyatına qədər ametropiya dərəcəsinin ƏTC-nin «ç» bölməsi ilə nəzərdə tutulandan yüksək olmaması sənədlə təsdiq olunduğu halda, cərrahiyyə əməliyyatından 1 (bir) il sonra hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararlıdırlar.
Bir və ya hər iki gözdə afakiya, artifakiya olduqda, korreksiyanın rahat keçirilməsi ilə görmə itiliyindən asılı olaraq, III qrafa üzrə şəhadətləndirilənlər üçün qərar «Xəstəliklər cədvəli»nin 35-ci maddəsi üzrə çıxarılır. Onlar hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa, HDQ, ÜH, DP, XQ-də, tanklarda, piyadaların döyüş maşınları ekipajı heyətində xidmətə, nəqliyyat vasitələrini idarə etməyə və bədənin vibrasiyası ilə bağlı işlərə yararsızdırlar.
Göz büllurunun çıxığı və burxulması afakiya kimi qiymətləndirilir. Bir gözdə afakiya o vaxt ikitərəfli hesab olunur ki, digər gözdə həmin gözün görmə itiliyini 0,4-ə qədər azaldan büllurun bulanması olsun.
Yalnız yarıq lampa ilə müayinə zamanı aşkar edilən göz büllurunun rəngbərəngliyi, əlvanlığı, qayacıqlar, dənəciklər və vakuollar, eləcə də görmə itiliyini azaltmayan göz büllurunun ön kapsuluna anadangəlmə piqment toplanması bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa, RYK, İŞM, RM, EMS və lazer şüalanması mənbələri ilə işləməyə mane olmur.
RYK, İŞM, RM, EMS və lazer şüalanması mənbələrində işləyən şəxslərdə biomikroskopiya zamanı göz büllurunun arxa kapsulunda bulanma aşkar edilərsə və büllurun bulanmasının proqressivləşməsinin əsaslı əlamətləri (uzunmüddətli müşahidə nəticəsində onların sayının və ölçülərinin mühüm dərəcədə böyüməsi) müşahidə olunarsa, onlar hərbi-uçot ixtisasları üzrə xidmətə yararsız hesab olunurlar.
Bir və ya hər iki gözdə davamlı mütləq mərkəzi və paramərkəzi skotomalar olduqda, «Xəstəliklər cədvəli»nin bütün qrafaları ilə şəhadətləndirilənlərin hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyası gözlərin funksiyasının vəziyyətindən asılı olaraq, «Xəstəliklər cədvəli»nin müvafiq maddələri və ƏTC üzrə təyin edilir.
Sifilitik mənşəli parenximatoz keratiti olan şəxslər «Xəstəliklər cədvəli»nin 6-cı maddəsinin «b» bəndi üzrə şəhadətləndirilirlər.
Dostları ilə paylaş: |