Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 223,94 Kb.
səhifə44/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   40   41   42   43   44   45   46   47   ...   93
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

43

Hipertoniya xəstəliyi:

 

 

 

a) III mərhələ

D

D

D

b) II mərhələ

C

C

C və ya B FƏRDİ

c) I mərhələ

C

C

B

 

«a» bəndinə III mərhələ hipertoniya xəstəliyi və hipertoniya xəstəliyinin tez proqressivləşən (bədxassəli) forması aiddir.

Hipertoniya xəstəliyinin III mərhələsi arterial təzyiqin sabit yüksək (sakit vəziyyətdə: sistolik təzyiqin 200 mm civə sütunu və artıq, diastolik təzyiqin 115 mm civə sütunu və artıq) göstəriciləri ilə xarakterizə olunur. Miokard infarktı və ya insult keçirmiş şəxslərdə arterial təzyiqin göstəriciləri aşağı düşə bilər. Xəstəliyin klinik şəklində hipertenziv sindromla bilavasitə və sıx bağlı olan ağır damar pozulmaları (II — IV FS ürək çatışmazlığı, miokard infarktı, hemorragik insult, aortanın laylanan anevrizması, qansızma və ya ekssudatlarla müşayiət olunan tor qişa arteriyalarının generalizə olunmuş daralması və görmə siniri məməciyinin ödemi, kreatininin səviyyəsi 176 mkmol/l-dən artıq olan xroniki böyrək çatışmazlığı) üstünlük təşkil edir.

«b» bəndinə arterial təzyiqin, daimi medikamentoz terapiya aparılmadan normal rəqəmlərə düşməyən davamlı yüksəlmiş (sakit vəziyyətdə: sistolik təzyiqin 180 —199 mm civə sütunu, diastolik təzyiqin 105 — 114 mm civə sütunu) göstəriciləri ilə hipertoniya xəstəliyinin II mərhələsi aiddir. Hipertoniya xəstəliyinin ikinci mərhələsi həm kliniki məlumatlar, həm də instrumental (rentgenoloji, EKQ, ExoKQ) müayinələr ilə aşkar edilən sol mədəcik miokardının hipertrofiyası, tor qişa damarlarının generalizə olunmuş və ya lokal daralması, proteinuriya və (və ya) kreatininin səviyyəsinin 105 — 176 mkmol/l olması ilə səciyyələnir. Hipertoniya xəstəliyinin II mərhələsində baş-beyin qan dövranının serebral, keçib gedən hərəki, hissiyyat, nitq, beyincik, vestibülyar və digər dinamik pozulmalarına rast gəlinə bilər.

«c» bəndinə arterial təzyiqin yüksəlmiş (sakit vəziyyətdə: sistolik təzyiqin 160-dan 179 mm civə sütununa qədər, diastolik təzyiqin 95-dən 104 mm civə sütununa qədər yüksəlməsi) göstəriciləri ilə hipertoniya xəstəliyinin I mərhələsi aiddir.

Hipertoniya xəstəliyinin I mərhələsi zamanı arterial təzyiq labildir, gün ərzində nəzərəçarpacaq dərəcədə dəyişir. Dövri olaraq arterial təzyiqin göstəriciləri göstərilən rəqəmlərdən yuxarı qalxa bilər. Arterial təzyiqin spontan normallaşması (istirahət vaxtı, xəstənin məzuniyyətdə olduğu dövrdə) mümkündür, lakin bu uzunmüddətli deyil və tədricən baş verir. Xəstəliyin kliniki şəklində adətən ürək, baş-beyin, böyrəklər tərəfindən üzvi dəyişikliklər olmur. Göz dibindəki dəyişikliklər daimi deyil. Orqan və sistemlərin funksiyaları cüzi pozulur və ya pozulmur.

«Xəstəliklər cədvəli»nin I, II qrafaları üzrə şəhadətləndirilən şəxslərdə hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və dispanser müşahidənin nəticələri ilə təsdiq olunmalıdır. Arterial hipertenziyanın ilk dəfə aşkar edildiyi və müşahidə müddətinin kifayət qədər olmadığı hallarda hipertoniya xəstəliyinin olması ixtisaslaşdırılmış bölmədə təsdiq edilməlidir.

Hipertoniya xəstəliyinin bütün hallarında simptomatik hipertenziyalarla differensial diaqnostika aparılmalıdır. Simptomatik arterial hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər.

 



Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin