Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


IV. HƏRBİ LİSEYLƏRƏ, HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ, TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ DAXİL OLAN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ



Yüklə 223,94 Kb.
səhifə5/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   2   3   4   5   6   7   8   9   ...   93
IV. HƏRBİ LİSEYLƏRƏ, HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ, TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ DAXİL OLAN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ

 

4.1. Hərbi xidmət keçməyən və hərbi liseylərəhərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkiliAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrə və orqanların hərbi-həkim (həkim-uçuş) komissiyalarına həvalə olunur.



Vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların hərbi-həkim (həkim-uçuş) komissiyalarının göndərişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanların müəyyən etdikləri qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.

Hərbi liseylərəhərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaş, xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilir.

4.2. Hərbi liseylərə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zəruri hallarda, digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. [23]

4.3. Hərbi liseylərdə təhsil alan vətəndaşların sağlamlıq vəziyyətlərinə görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararsız olduqları aşkar edildiyi halda, onlar həmin liseydə təhsil almağa yararsız hesab edilirlər.



Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, yaxud təhsil müəssisələrinə daxil olan hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların şəhadətləndirilməsinin təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

 


Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin