Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
57
|
Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyi:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) funksiyaların cüzi dərəcədə pozulması və xəstəliyin nadir kəskinləşmələri ilə
|
C
|
C
|
B
|
Xora xəstəliyinin olması, hökmən endoskopik müayinə və (və ya) hipotoniya şəraitində aparılmış rentgenoloji müayinə ilə təsdiq edilməlidir.
«a» bəndinə aşağıdakılar aiddir:
cərrahi müalicəyə əks-göstəriş olduqda və ya ondan imtina edildikdə, penetrasiya, mədə çıxacağının stenozu (kontrast maddənin mədədə 24 saatdan artıq ləngiməsi) ilə fəsadlaşmış, qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;
massiv qastroduodenal qanaxma (dövran edən qan həcminin 30 faizə qədər və çox azalması) ilə fəsadlaşmış xora xəstəliyi, göstərilmiş fəsadlaşmadan sonra bir il müddətində;
mədənin ekstirpasiyası və ya onun subtotal rezeksiyası;
mədənin rezeksiyasının, mədə-bağırsaq anostomozu qoyulmasının qidalanmanın pozulması (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan nəticələri;
mədə-bağırsaq anostomozu qoyulması ilə kötük və ya selektiv vaqotomiyanın həzm funksiyasının mühüm dərəcədə pozulması ilə (müalicəyə tabe olmayan dempinq-sindrom, fasiləsiz ishal, qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az), davamlı anastomozitlər, anastomoz xoraları) müşayiət olunan nəticələri.
«b» bəndinə aşağıdakılar aiddir:
tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan xora xəstəliyi;
nəhəng xoralarla (mədədə 3 sm və böyük, yaxud onikibarmaq bağırsaqda 2 sm və böyük diametrli) xora xəstəliyi;
mədənin kallyoz xoraları ilə müşayiət olunan xora xəstəliyi;
soğanaqdankənar xora ilə müşayiət olunan xora xəstəliyi;
soğanaqda və ondan kənar çoxlu xoralarla müşayiət olunan xora xəstəliyi;
uzun müddət (mədədə — 3 ay və daha artıq, onikibarmaq bağırsaqda — 2 ay və daha artıq) çapıqlaşmayan xoralarla müşayiət olunan xora xəstəliyi;
perforasiya və ya posthemorragik anemiyanın inkişafına səbəb olmuş qanaxma ilə fəsadlaşmış (göstərilən fəsadlaşmalardan sonra 5 il ərzində) xora xəstəliyi, yaxud onikibarmaq bağırsaq soğanağının kobud çapıq deformasiyası;
onikibarmaq bağırsağın fasiləsiz residivləşən (çapıqlaşmadan sonra 2 aya qədər müddət ərzində residivləşən xoralar) xora xəstəliyi;
kötük və ya selektiv vaqotomiyanın, mədə rezeksiyasının, mədə-bağırsaq anostomozu qoyulmasının nəticələri.
Onikibarmaq bağırsaq soğanağının kobud deformasiyası evakuasiyanın ləngiməsi (kontrast maddənin mədədə 2 saatdan artıq ləngiməsi) ilə müşayiət olunan, süni hiptoniya şəraitində dürüst yerinə yetirilmiş duodenoqrafiyada aydın seçilən deformasiya hesab edilir.
«Xəstəliklər cədvəli»nin III qrafası ilə həzm funksiyasının pozulması olmayan, onikibarmaq bağırsaq soğanağının cüzi deformasiyası və nadir (ildə 1 dəfə) kəskinləşmələrlə onikibarmaq bağırsağın və ya mədənin xora xəstəliyi ilə hərbi qulluqçuların şəhadətləndirilməsi «c» bəndi üzrə keçirilir.
Birinci dəfə təyin olunmuş mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi diaqnozu ilə «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən vətəndaşlara bu maddənin «c» bəndi tətbiq edilir, «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlər isə 61-ci maddəyə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Residiv olduqda, xəstəliyin gedişindən və remissiyanın müddətindən (davamlılığından) asılı olaraq, qərar «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.
Xəstəliyin remissiya fazasında onikibarmaq bağırsaq soğanağının keçirilmiş xorasının etibarlı əlaməti — süni hipotoniya şəraitində yerinə yetirilmiş fibroqastroskopiyada xoradan sonrakı çapığın olması və (və ya) duodenoqrafiyada soğanaqda kobud çapıq deformasiyasının olması, keçirilmiş mədə xorasının əlaməti isə — fibroqastroskopiyada xoradan sonrakı çapığın olmasıdır.
Mədənin və onikibarmaq bağırsağın fəsadlaşmamış simptomatik xoraları ilə hərbi xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir. Fəsadlaşmış simptomatik xoralarla «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası həzm funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b» və ya «c» bəndi üzrə təyin edilir.
Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (residivi) dedikdə, qastroduodenal sistemin istənilən nahiyəsində təkrar xora əmələ gəlməsi ilə, xəstədə müalicəyə qədər müşahidə olunmuş kliniki mənzərənin əsas əlamətlərini təkrarlayan kliniki simptomlar kompleksi başa düşülür.
Dostları ilə paylaş: |