Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 223,94 Kb.
səhifə60/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   56   57   58   59   60   61   62   63   ...   93
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

59

Qida borusunun, bağırsaqların (onikibarmaq bağırsaqdan başqa) və peritonun xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və tez-tez kəskinləşmələrlə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A


HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

qazanılmış qida borusu-traxeya və ya qida borusu-bronx fistulları;

sistematik buclama, balonla dilyatasiya (genişləndirmə) və ya cərrahi müalicə tələb edən, mühüm kliniki təzahürlərlə qida borusunun çapıq daralmaları və ya sinir-əzələ xəstəlikləri;

həzm funksiyasının kəskin pozulması ilə xroniki qeyri-spesifik xoralı kolitlər və enteritlərin ağır formaları;

həzm funksiyasının və qidalanmanın pozulması ilə ((BÇİ 18,5 — 19,0 və az) müşayiət olunan nazik bağırsağın (1,5 m-dən az olmamaqla) və yoğun bağırsağın (30 sm-dən az olmamaqla) rezeksiyasından sonrakı hal;

yeriş zamanı və ya bədənə şaquli vəziyyət verildikdə düz bağırsağın bütün qatlarının düşməsi (III mərhələ);

qeyri-təbii anus, cərrahi müalicənin yekun mərhələsi kimi bağırsaq və ya nəcis fistulu;

anus sfinkterinin III dərəcəli çatışmazlığı;

davamlı və ya tez-tez açılan fistullarla xroniki paraproktit (zabitlər «b» bəndi üzrə şəhadətləndirilirlər).

«b» bəndinə aşağıdakılar aiddir:

cərrahi müalicə tələb etməyən, kliniki təzahürlərlə qida borusunun divertikulları;

konservativ müalicənin nəticələri qənaətbəxş olduqda, qida borusunun çapıq daralmaları və sinir-əzələ xəstəlikləri;

təkrar və uzunmüddətli (2 aydan artıq) stasionar müalicə tələb edən və stasionar müalicəsi uğursuzluqla nəticələnən, sekretor, turşu ifrazetmə funksiyalarının pozulması, tez-tez kəskinləşmələr və həzm prosesinin pozulması ilə (BÇİ — 18,5 — 19,0 və az) müşayiət olunan enteritlər;

həzm funksiyasının pozulması dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olmayaraq, xroniki residivləşən qeyri-spesifik xoralı kolitlər, Kron xəstəliyi;

nazik bağırsağın (1 m-dən az olmayaraq) və ya yoğun bağırsağın (20 sm-dən az olmayaraq) rezeksiyası, dempinq-sindromun nadir təzahür etməsi ilə mədə-bağırsaq anastomozu;

təkrar stasionar müalicə tələb edən və təxliyyə funksiyasının pozulması ilə müşayiət olunan qarın boşluğunda bitişmə prosesi (periton bitişmələri), (bitişmə prosesi rentgenoloji və endoskopik müayinənin məlumatları ilə təsdiq olunmalıdır);

fiziki yük zamanı düz bağırsağın düşməsi (II mərhələ);

anus sfinkterinin I — II dərəcəli çatışmazlığı;

tez-tez kəskinləşmələrlə (ildə 2 dəfə və çox) xroniki paraproktit.

«c» bəndinə aşağıdakılar aiddir:

funksiyaların cüzi dərəcədə pozulması ilə qida borusunun xəstəlikləri, peritonun bitişmələri;

defekasiya aktı zamanı düz bağırsağın düşməsi (I mərhələ);

nadir kəskinləşmələrlə xroniki paraproktit.

Düz bağırsağın düşməsi, bağırsaq və nəcis fistulları, anusun daralması və ya sfinkterin çatışmazlığı olduqda, şəhadətləndirilənlərə cərrahi müalicə təklif edilir. Cərrahi əməliyyatdan sonra hərbi qulluqçulara «Xəstəliklər cədvəli»nin 61-ci maddəsi üzrə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır, əgər cərrahi əməliyyatdan sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası müalicənin nəticələrindən asılı olaraq təyin edilir. Xəstəliyin residivləşməsi və ya müalicədən imtina edilməsi hallarında qərar bu maddənin «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.

 



Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin