Dərinin və dərialtı toxumaların xəstəlikləri
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
62
|
Dərinin və dərialtı toxumaların xəstəlikləri:
|
|
|
|
a) xroniki ekzemanın, psoriazın çətin müalicə olunan yayılmış formaları, dəri örtüyünün yayılmış lixenifikasiyası ilə atopik dermatit, bullyoz dermatozlar
|
D
|
D
|
D
|
b) xroniki övrə, residivləşən Kvinke ödemləri, yayılmış psoriaz, yayılmış absesləşən və xroniki xora piodermiyası, çoxsaylı konqlobat aknelər, ekzemanın məhdud və tez-tez təkrarlanan formaları, dəri örtüyünün ocaqlı lixenifikasiyası ilə atopik dermatiti, diskoid qırmızı qurd eşənəyi, fotodermatitlər, yayılmış qırmızı yastı dəmrov
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) ekzemanın məhdud və nadir residivləşən formaları, psoriazın, sklerodermiyanın, qırmızı yastı dəmrovun məhdud formaları, ixtioz
|
C
|
C
|
B
|
ç) ocaqlı dazlığın və vitiliqonun yayılmış və total formaları
|
C
|
C
|
A
HDQ, ÜH, XQ-də FƏRDİ
|
d) kserodermiya, follikulyar keratoz; ekzemanın məhdud formaları davamlı remissiyada, ocaqlı dazlığın və vitiliqonun məhdud formaları
|
A-3
|
A
|
A
|
Ocaqlı dazlığın yayılmış forması dedikdə, hər birinin diametri 10 sm-dən az olmayan çoxsaylı (3-dən artıq) dazlıq ocaqlarının olması, ocaqlar birləşdikdə isə başın tüklü hissəsinin yarıdan çoxunda tüklərin bitməməsi başa düşülür.
Vitiliqonun yayılmış forması dedikdə, müxtəlif anatomik nahiyələrin dəri örtüyündə çoxsaylı depiqmentasiyalaşmış ləkələrin olması başa düşülür.
Müxtəlif anatomik nahiyələrin dərisində çoxsaylı (3 və çox) psoriatik piləklərin olması psoriazın yayılmış forması kimi başa düşülür.
Atopik dermatitdə yayılmış lixenifikasiya dedikdə, üzün, dirsək çuxurunun, dizaltı çuxurun dərisinin zədələnməsi, eləcə də dərinin total zədələnməsi başa düşülür.
«b» bəndinə, habelə ekzemanın məhdud və tez-tez residivləşən (ildə 3 dəfə və daha çox) formaları, tək-tək, lakin iri (xəstənin ovcu boyda və daha iri ölçüdə) psoriatik piləklər aiddir. Residivləşən Kvinke ödemləri və (və ya) xroniki övrə ilə xəstələnmiş «Xəstəliklər cədvəli»nin I — II qrafalarına görə şəhadətləndirilənlər barəsində qərar köpüşüklərin (urtikariyaların) 2 aydan az olmayaraq fasiləsiz residivləşməsi və stasionar müalicənin uğursuzluğu hallarında «b» bəndi üzrə çıxarılır.
«c» bəndinə zədələnmə ocaqlarının lokalizasiyasından, sayından və ölçülərindən asılı olmayaraq, sklerodermiyanın piləkli forması aiddir. «c» bəndində göstərilən dəri xəstəliklərinin məhdud formaları dedikdə, müxtəlif lokalizasiyalı tək-tək zədələnmə ocaqları, o cümlədən müxtəlif anatomik nahiyələrdə xəstənin ovcu boyda sahəni tutan zədələnmə ocaqları başa düşülür.
Ekzema xəstəliyində anatomik nahiyələrdən birinin zədələnməsi (ayağın, baldırın, əlin, başın və s.) məhdud forma kimi qiymətləndirilir.
Məhdud sklerodermiyası olan şəxslərin şəhadətləndirilməsi yalnız sklerodermiyanın piləkli formalarında keçirilir.
Dəri xəstəliklərinin nadir residivləşən formalarına, son 3 il ərzində 1 dəfədən az olmayaraq kəskinləşmə halları aiddir.
«ç» bəndinə kosmetik qüsur kimi üzdə vitiliqo ocaqlarının olması da aiddir.
Anamnezdə son 10 ildə residivləşməyən atopik dermatitin (ekssudativ diatezin, uşaq ekzemasının, neyrodermitin) olması, eləcə də məhdud sklerodermiyanın bir növü olan «ağ ləkələr xəstəliyi», vitiliqonun məhdud formaları (üz və bədənin görünən nahiyələri istisna olmaqla) bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.
Dostları ilə paylaş: |