Hərbi-həkim ekspertizası haqqında Əsasnamə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 223,94 Kb.
səhifə68/93
tarix01.01.2022
ölçüsü223,94 Kb.
#103238
1   ...   64   65   66   67   68   69   70   71   ...   93
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

67

Əlin və barmaqların olmaması, deformasiyaları, qüsurları:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A


HDQ, ÜH, DP-də FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

əl oynaqları (əl oynağı dedikdə, əli saidlə birləşdirən və mil-bilək, bilək, əldarağıarası, bilək-əldarağı, biləkarası oynaqların, habelə distal mil-dirsək oynağının daxil olduğu oynaqlar kompleksi başa düşülür) səviyyəsində iki əlin olmaması;

hər iki əldə əldarağı-falanqa oynaqları səviyyəsində 3 barmağın olmaması;

hər iki əldə əsas falanqaların distal ucları səviyyəsində 4 barmağın olmaması;

hər iki əldə əldarağı-falanqa oynaqları səviyyəsində birinci və ikinci barmaqların olmaması.

«b» bəndinə aşağıdakılar aiddir:

əl oynağı səviyyəsində bir əlin olmaması;

əldarağı sümükləri səviyyəsində əlin olmaması;

bir əldə əldarağı-falanqa oynaqları səviyyəsində 3 barmağın olmaması;

bir əldə əsas falanqaların distal ucları səviyyəsində 4 barmağın olmaması;

bir əldə əldarağı-falanqa oynaqları səviyyəsində birinci və ikinci barmaqların olmaması;

bir əldə falanqalararası oynaqlar səviyyəsində birinci barmağın və orta falanqaların distal ucları səviyyəsində ikinci-beşinci barmaqların olmaması;

hər iki əldə əldarağı-falanqa oynaqları səviyyəsində birinci barmaqların olmaması;

əlin və barmaqların qan dövranının kəskin pozulması və ya əlin xırda əzələlərinin işemik kontrakturasının inkişafı ilə dirsək və mil arteriyasının və ya ayrılıqda onlardan hər birinin zədələnməsi;

3 və daha çox əldarağı sümüklərinin köhnə çıxıqları və ya qüsurları;

3 və daha çox əldarağı-falanqa oynaqlarının dağılması, qüsurları və artroplastikasından sonrakı hal;

3 və daha çox barmağın bükücü əzələ vətərlərinin əldarağı sümükləri səviyyəsindən proksimal hissədə köhnə zədələri və ya qüsurları;

3 və daha çox barmağın davamlı kontraktura və ya trofikanın mühüm dərəcəli pozulmaları (anesteziya, hiposteziya və digər pozulmalar) ilə nəticələnmiş köhnə zədələrinin məcmusu.

«c» bəndinə aşağıdakılar aiddir:

bir əldə falanqalararası oynaq səviyyəsində birinci barmağın və əsas falanqa səviyyəsində ikinci barmağın və ya orta falanqaların distal ucları səviyyəsində III-V barmaqların olmaması;

bir əldə orta falanqaların distal ucları səviyyəsində II — IV barmaqların olmaması;

hər iki əldə orta falanqaların proksimal ucları səviyyəsində 3 barmağın olmaması;

bir əldə əldarağı-falanqa oynağı səviyyəsində I və ya II barmağın olmaması;

sağ (solaxaylar üçün — sol) əldə və ya hər iki əldə falanqalararası oynaq səviyyəsində I barmağın olmaması;

bir əldə əsas falanqaların proksimal ucları səviyyəsində 2 barmağın olmaması;

hər iki əldə II — IV barmaqların distal falanqalarının olmaması;

əl oynağı sümüklərinin köhnə çıxıqları, osteoxondropatiyaları;

2 əldarağı sümüklərinin qüsurları və ya çıxıqları;

3 və daha artıq əl darağı sümüyünün xroniki osteomiyeliti, yalançı oynaqları;

2 əldarağı-falanqa oynağının dağılması, qüsurları və artroplastikasından sonrakı hal;

karpal və ya lateral kanal sindromu;

2 barmağın bükücü əzələ vətərinin əldarağı sümükləri səviyyəsində və birinci barmağın uzun bükücü əzələsi vətərinin köhnə zədələnmələri;

əlin funksiyasının mülayim dərəcədə və trofiki pozulmaları ilə (anesteziyalar, hipesteziyalar və s.), ən azı 2 barmağın qan dövranının mülayim dərəcədə pozulması ilə müşayiət olunan əl strukturlarının, əl oynağının və barmaqların zədələnmələrinin məcmusu.

«ç» bəndinə əl strukturlarının və barmaqların «a», «b» və «c» bəndlərində göstərilməyən zədələnmələri aiddir.

Barmaq sümüklərinin, vətərlərinin, damarlarının və ya sinirlərinin barmaqların qüsurlu vəziyyətdə davamlı kontrakturalarının inkişafına gətirib çıxaran zədələnmələri və xəstəlikləri barmağın olmaması kimi hesab edilir.

Birinci barmaqda dırnaq falanqasının, digər hər hansı barmaqda 2 (iki) falanqanın olmamasını əldə həmin barmağın olmaması kimi hesab etmək lazımdır.

Barmaq falanqasının onun proksimal başcığı səviyyəsində olmaması falanqanın olmaması kimi sayılır.

 



Yüklə 223,94 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin