Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
87
|
Qeyri-kafi fiziki inkişaf:
|
|
|
|
a) bədən çəkisi 45 kq-dan az və boy 148 sm-dən az olduqda
|
C
|
C
|
C
|
b) həmin fiziki göstəricilər, ilkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən ilk dəfə aşkar edildikdə
|
Ç
|
—
|
—
|
Yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan, «Xəstəliklər cədvəli»nin I — II qrafaları üzrə şəhadətləndirilən şəxslər hərbi xidmətə yararlı hesab edilirlər və ƏTC-yə müvafiq olaraq Silahlı Qüvvələrin növləri və qoşun növləri üzrə təyin edilirlər.
Bədən çəkisi 45 kq-dan az və (və ya) boyu 148 sm-dən az olan, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər endokrinoloq tərəfindən müayinə edilməlidirlər. Bu şəxslər «b» bəndinə əsasən 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Fiziki inkişaf çatışmazlığı saxlandıqda, şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.
Dostları ilə paylaş: |