Hərbi xidmət haqqında



Yüklə 376 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü376 Kb.
#7950
1   2   3

III. EHTİYATDA XİDMƏT

Maddə 20. Ehtiyata keçirilmə

Həqiqi hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə hərbi uçotdan çıxarılanlardan başqa) ehtiyata keçirilirlər.

Ehtiyata keçirilmiş şəxslər vaxtaşırı tibbi müayinədən keçirilməlidirlər. Bu zaman səhhətinə görə hərbi və ya alternativ xidmət etmədən ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmətə yararlı hesab edildikdə çağırışçılar uçotuna qaytarılmalı (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılmalıdırlar. [46]

Maddə 21. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri

Ehtiyatda olan hərbi vəzifəlilər yaş əlamətinə görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar: [47]

 


Hərbi vəzifəlilərin

heyəti

Ehtiyatda olmanın son yaş hədləri

birinci dərəcə

ikinci dərəcə

üçüncü dərəcə

Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar

35 yaş

45 yaş

50 yaş


Kiçik zabitlər

50 yaş



55 yaş

Baş zabitlər: mayor və polkovnik-leytenantlar

50 yaş


55 yaş


polkovniklər

55 yaş



60 yaş

ali zabitlər

60 yaş



65 yaş

 

Hərbi vəzifəli qadınlar yaşından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli ehtiyata keçirilirlər. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün—50 yaş, qalan hərbi vəzifəli qadınlar üçün—45 yaşdır.

Maddə 22. Toplanışlar keçilməsi

Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi (təlim və yoxlama) və xüsusi toplanışlara çağırılırlar.

Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə aşağıdakı qaydada hərbi təlim toplanışlarına çağırılırlar:

birinci dərəcəli ehtiyatda olanlar—hər dəfə iki ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

ikinci dərəcəli ehtiyatda olanlar—hər dəfə iki ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

üçüncü dərəcəli ehtiyatda olanlar—bir ayadək müddətə bir dəfə.

Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama  toplanışlarına  çağırıla  bilərlər.

Hərbi toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Hər il hərbi toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. [48]

Ehtiyatda olarkən hərbi toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz.

Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin (respublika əhalisinin və ya onun bir hissəsinin həyatını, yaxud normal həyat şəraitini təhlükə altına alan və ya təhlükə altına ala bilən böyük qəzalar, təbii fəlakətlər, güclü epidemiyalar və digər hallar) qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə üç ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə zərurət olduqda hərbi vəzifəlilər hərbi və xüsusi toplanışlarda bu Qanunla müəyyən edilmiş müddətdən əlavə üç ayadək müddətə saxlanıla bilərlər. [49]

Toplanışa çağırılmış hərbi vəzifəlilərə toplanış dövründə müəyyənləşdirilmiş qaydada təminat şərtləri  şamil  edilir.

Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri və toplanış keçirdikləri bütün dövrdə işdən azad edilirlər. Toplanış yerinə gedib-gəldikləri vaxt da daxil olmaqla onların vəzifəsi (işi) və orta qazancı saxlanılır.

Göstərilən şəxslər çağırış vərəqəsi aldıqları kündən toplanışdan qayıdana qədər, müəssisənin, idarənin və ya təşkilatın tam ləğv edildiyi hallar istisna olmaqla, işdən azad edilə bilməzlər.

Hərbi vəzifəlinin işlədiyi müəssisə, idarə və ya təşkilat tam ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən müəssisə, idarə, təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.   

Toplanış dövründə hərbi vəzifəli xəstələnərsə və toplanış başa çatdıqdan sonra xəstəliyi davam edərsə, onun iş yeri və vəzifəsi saxlanılır, toplanış başa çatdığı kündən isə orta qazancı əvəzinə ona qüvvədə olan qanunvericiliyə müvafiq surətdə müvəqqəti əmək iqtidarsızlığına görə müavinət ödənilir.

hərbi vəzifəlilər hüquq pozuntuları törətməyə, toplanışlardan boyun qaçırmağa, hərbi intizamı və ictimai asayişi pozmağa görə qanunvericilikdə nəzərdə tutulmuş maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 23. Təlim  toplanışları  keçməkdən  azadetmə

Aşağıdakılar təlim toplanışları keçməkdən azad edilirlər;

a) Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi vəzifələr siyahısı üzrə dövlət orqanlarında çalışan məsul işçilər; [50]

a-1) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman); [51]

b) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vəzifələr siyahısı üzrə xalq təsərrüfatında saxlanılan hərbi vəzifəlilər; [52]

v) mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;

q) Hərbi-Dəniz Qüvvələrinin  ehtiyatda olan  zabitləri istisna edilməklə, dəniz donanması gəmilərinin üzgü-heyəti;

ğ) səpin və yığım işləri dövründə traktorçular və kombaynçılar, kənd təsərrüfatı texnikasına xidmət edən mexaniklər, kənd təsərrüfatı müəssisələrinin rəhbər işçiləri;

d)   əyani təhsilalma forması  üzrə, imtahan və yoxlama verilməsi dövründə isə qiyabi təhsilalma forması üzrə təhsil alanlar; [53]

e) hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra bir il ərzində hərbi vəzifəlilər;

ə) ailə vəziyyətinə, səhhətinə görə, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq çağırışdan möhlət almağa əsası olan, habelə 16 yaşınadək üç və daha çox uşağı olan hərbi vəzifəlilər;

j) qadın hərbi vəzifəlilər.

Təlim toplanışları keçməkdən azad etmək barəsində qərarı "hərbi vəzifəlilərin hərbi uçotda olduğu rayonun (şəhərin) hərbi komissarı qəbul edir.

Maddə 24. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi

Təlim toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik və ona bərabər rütbə də daxil olmaqla növbəti hərbi rütbələr verilir. [54]

Maddə 25. Hərbi  vəzifəlilərin  istefaya  keçirilməsi

Üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatmış, habelə hərbi-həkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılmış hərbi vəzifəlilər hərbi uçotdan çıxarılıb istefaya keçirilirlər. [55]

 

IV. YEKUN MÜDDƏALARI

Maddə 26. Hərbi xidmətin maliyyə və maddi təminatı

Hərbi xidmətin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən, yerli büdcələrdən ayrılan təxsisat, habelə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların vəsaiti hesabına həyata keçirilir. [56]

 

Azərbaycan Respublikasının  Prezidenti



Əbülfəz  ELÇİBƏY.

 

Bakı şəhəri, 3 noyabr 1992-ci il.



                        № 362.

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu



2.       7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15)

3.       26 mart 1999-cu il tarixli 630-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1999-cu il, № 3, maddə 163)

4.       27 fevral 2001-ci il tarixli 92-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №3, maddə 146)

5.       27 fevral 2001-ci il tarixli 93-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 147)

6.       5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 683)

7.       12 oktyabr 2001-ci il tarixli 202-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 694)

8.       25 dekabr 2001-ci il tarixli 239-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 745)

9.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

10.   2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 463)

11.   5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

12.   20 aprel 2004-cü il tarixli 640-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 5, maddə 319)

13.   28 iyun 2005-cü il tarixli 966-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 588)

14.   3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312)

15.   21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,  18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

 

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

[1] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Bu Qanun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət sərhədini mühafizə qoşunlarında, daxili qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış digər qoşun birləşmələrində hərbi xidmət və ehtiyatda hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

 

[2] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 2-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Hərbi xidmət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə tapşırılan vəzifələrin yerinə yetirilməsi üzrə dövlət xidmətinin xüsusi növüdür.

Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarətdir.

Bundan belə “Silahlı Qüvvələr” adlandırılacaqdır.

 

[3] 26 mart 1999-cu il tarixli 630-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1999-cu il, № 3, maddə 163) ilə 3-cü maddənin üçüncü abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:



çağırışçılar—həqiqi hərbi xidmətə çağırılanadək, ehtiyata keçirilənədək və ya çağırışçıların hərbi uçotundan çıxarılanadək bu uçotda olan və ya olmalı vətəndaşlar;

25 dekabr 2001-ci il tarixli 239-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan



Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 745) ilə 3-cü maddənin üçüncü abzasında "27" rəqəmi "35" rəqəmi ilə əvəz edilmişdir.

 

[4] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 3-cü maddənin üçüncü və dördüncü abzaslarında “Hərbi xidmətə”, “Hərbi xidmətdə” sözlərindən əvvəl “həqiqi” sözü əlavə edilmişdir.



 

[5] 26 mart 1999-cu il tarixli 630-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1999-cu il, № 3, maddə 163) ilə 5-ci maddənin birinci hissənin dördüncü abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti;

 

[6] 12 oktyabr 2001-ci il tarixli 202-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 694) ilə 5-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:



Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətli həqiqi hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçənlər isə müddətdən artıq həqiqi hərbi .xidmətdə hesab olunurlar.

 

[7] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 5-ci maddənin üçüncü hissəsində “Qoşunların və ya donanmanın şəxsi heyətinin” sözləri “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə” sözləri ilə, “müddətli hərbi xidmətdən başqa, xidmətin bütün növləri” sözləri “müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri” sözləri ilə əvəz edilmişdir.

 

[8]  21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 5-ci maddənin dördüncü hissəsinin birinci və ikinci cümlələrində, beşinci hissəsinin birinci və ikinci cümlələrində “hərbi-tədris” sözləri “hərbi təhsil” sözləri ilə əvəz edilmişdir.



 

[9] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 5-ci maddənin dördüncü hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:



Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

 

21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 5-ci maddənin beşinci hissəsinin birinci cümləsində, 9-cu maddənin beşinci hissəsində, 13-cü maddənin birinci hissəsinin “b” bəndində, 14-cü maddənin birinci hissəsinin beşinci abzasında, 15-ci maddənin “v” bəndində “hərbi tədris” sözləri “hərbi təhsil” sözləri ilə əvəz  edilmişdir.



 

26 mart 1999-cu il tarixli 630-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan



Respublikası Ali Sovetinin məlumatı, 1999-cu il, № 3, maddə 163) ilə 5-ci maddəyə dördüncü və beşinci hissələr əlavə edilmişdir.

 

[10] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 6-cı maddənin ikinci hissəsində “hərbi xidmətə” sözlərindən əvvəl “həqiqi” sözü əlavə edilmişdir.



 

[11] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 7-ci maddənin birinci hissəsində “Hərbi xidmətə” sözlərindən əvvəl “həqiqi” sözü əlavə edilmiş və ikinci hissəsində “xidmət zamanı hərbi and içmiş” sözləri “xidmət etmiş” sözləri ilə,“öhdəlik götürürlər” sözləri “iltizam verirlər” sözləri ilə əvəz edilmişdir.

 

[12] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 7-ci maddənin birinci və üçüncü, hissələrində “Azərbaycan Respublikasının Ali Soveti” sözləri “Azərbaycan Respublikası Milli Məclisi” sözləri ilə əvəz edilmişdir.



 

[13] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 8-ci maddənin ikinci hissəsində “ümumi hərbi” sözləri “ümumqoşun” sözü ilə əvəz edilmişdir.

 

[14]  5 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə 9-cu maddənin birinci hissəsində "Azərbaycan Respublikasının Prezidenti" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir.



 

[15] 20 aprel 2004-cü il tarixli 640-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 5, maddə 319) ilə 9-cu maddəsinin ikinci hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:



“Ordu generalı" hərbi rütbəsi müharibə dövründə dövlətin bütün silahlı qüvvələrinə rəhbərlik işində xüsusi xidmətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanına və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara Azərbaycan Respublikası Milli Məclisi tərəfindən fərdi qaydada verilir.

 

[16] 3 mart 2006-ci il tarixli nömrəli 75-IIIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 312) ilə 9-cu maddənin dördüncü hissəsində göstərilən cədvəl yeni redaksiyada verilmişdir.



 

[17] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 9-cu maddənin beşinci hissəsində “əsgər” sözündən sonra “matros, baş əsgər, baş matros” sözləri, “baş gizir” sözlərindən sonra isə “baş miçman” sözləri əlavə edilmiş, altıncı hissəsində “hərbi məktəbləri” sözləri “ali hərbi tədris müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[18] 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9-cu maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:



Maddə 9. Hərbi rütbələrin verilməsi

Ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

“Ordu generalı” hərbi rütbəsi müharibə dövründə dövlətin bütün Silahlı Qüvvələrinə rəhbərlik işində respublika qarşısında xüsusi xidmətlərə görə verilir.                   

Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələr Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmət keçməsi haqqında Əsasnamədə və Silahlı Qüvvələrin İntizam nizamnaməsində müəyyən edilmiş qaydada verilir.

7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 9-cu maddənin ikinci hissəsində “Azərbaycan Respublikasının Ali Soveti” sözləri “Azərbaycan Respublikası Milli Məclisi”,  “Azərbaycan Respublikasında hərbi xidmətkeçmə qaydası haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmət keçməsi haqqında” sözləri “Hərbi xidmətkeçmə haqqında” sözləri ilə əvəz edilmişdir.

 

[19] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 10-cu maddənin birinci hissəsində "ağır" sözündən sonra "və ya xüsusilə ağır" sözləri əlavə edilmişdir.



 

[20] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 10-cu maddənin birinci hissəsində “cinayət” sözündən əvvəl “ağır” sözü “məhkum olunduqda” sözlərindən sonra isə “məhkəmənin təqdimatı əsasında” sözləri əlavə edilmiş, üçüncühissəsində “müddətli xidmət çavuşları” sözləri “hərbi qulluqçular (zabit heyətindən başqa)” sözləri ilə əvəz edilmiş, dördüncü hissəsində “kiçik leytenant” sözlərindən sonra “vəya ona bərabər” sözləri çıxarılmışdır.

 

[21] 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1998-ci il, № 1, maddə 15) ilə 10-cu maddənin beşinci hissəsində “Azərbaycan Respublikasının Ali Soveti” sözləri “Azərbaycan Respublikası Milli Məclisi”,  “Azərbaycan Respublikasında hərbi xidmətkeçmə qaydası haqqında” və “


Yüklə 376 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin