Hesabat Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin



Yüklə 199,61 Kb.
tarix21.10.2017
ölçüsü199,61 Kb.
#7390





2011
Hesabat Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin

30 dekabr 2011-ci il tarixli iclasının qərarı ilə təsdiqlənib

Azərbaycan Mətbuat Şurası 8-ci ildir ki, ölkə jurnalistləri və ictimaiyyəti üçün il ərzində gördüyü işlərə dair hesabat verir. Bu sənədlərdə əsasən Şuranın struktur sahələri üzrə həyata keçirilən tədbirləri, icra edilən işlər barədə yığcam məlumat verilsə də, hər birinə xas özəlliklər üzərində xüsusi dayanılıb.


2011-cu ildə Azərbaycan Mətbuat Şurasının başlıca fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olub:


  1. Komissiyaların fəaliyyəti, Mətbuat Şurasına daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu;

  2. «Reket jurnalistika»ya qarşı mübarizə tədbirləri;

  3. Diffamasiya təşəbbüslərinin reallaşdırılması: “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsinin hazırlanması;

  4. Prezident fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşdırılması;

  5. Media sahəsində layihələrin həyata keçirilməsi;

  6. Konfrans, seminar və “dəyirmi masa”ların təşkili;

  7. Beynəlxalq əməkdaşlıq.



I. Komİssİyaların fəalİyyətİ, Mətbuat Şurasına daxİl olan şİkayət və müracİətlərİn araşdırılması, qərar və rəylərİn qəbulu
2011-cu ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 651 müraciət daxil olub. 651 müraciətdən 328-i ilin ilk yarısına, 323-ü isə ikinci yarısına aiddir. Müraciətlərdən 295-i ayrı-ayrı vətəndaşlardandır. Bu baxımdan ikinci yer dövlət idarə, müəssisə və təşkilatlarına məxsusdur – 196. Özəl müəssisələrdən daxil olan müraciətlərin sayı 74-dür. 48 müraciət ictimai qurumlardandır. Yerli özünüidarəetmə orqanlarından 29, siyasi partiyalardan isə 9 müraciət daxil olub. Qeyd edək ki, 2010-cu ildə bu rəqəmlər müvafiq olaraq 287, 203, 70, 68, 39 və 32 təşkil edib.
651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Şura Katibliyi həmin şikayətlərlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 301 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 198 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2011-cu ildə Şuraya daxil olan şikayətlərin 198-i komissiyalarda araşdırılıb. Bunlardan 128-i Şikayətlər üzrə Komissiyada, 54-ü “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 7-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 9-u Sosial Komissiyada araşdırılıb.
(651 müraciətdən 499-u kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 152 müraciətdən 89-u Mətbuat Şurasının “qara siyahı”sında olan KİV-lərdəndir. Prosedur qaydalara əsasən belə müraciətlərə Şura Katibliyində baxılıb, cavablandırılıb, yaxud rəy verilib. Həmin müraciətlər Şuranın “apellyasiya qrupu” tərəfindən də araşdırılıb. 63 müraciət Şuranın digər prosedur fəaliyyət istiqamətlərinə aid olub)
Şikayətlər üzrə Komissiyada baxılan 128 məsələdən 92-i komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız komissiyanın rəylərinin çıxarılması ilə kifayətlənilib. Digər 36 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 54 şikayətdən 14-ü barədə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
Beləliklə Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 50-dir. Bunlardan Şikayətlər üzrə Komissiyanın rəyinə əsaslanılanların sayı 36, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən təqdim edilənlərin sayı 14 olub. 2011-cu ildə İdarə Heyəti müxtəlif KİV-lərdəki şikayət motivlərini əsas götürən 33 qərar və 1 xüsusi rəy çıxarıb ki, bunlardan 24-də Şikayətlər üzrə Komissiyanın, 10-da “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəylərinə istinad edilib.
İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 9-a xəbərdarlıq edilməsini nəzərdə tutub. 15 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 9 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını, 1-i isə yenidən siyahıya qaytarılmasını nəzərdə tutub.
Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında baxılan 7, Sosial Komissiyada baxılan 9 şikayətin hər biri həllini tapıb, bu barədə İdarə Heyətinə müvafiq təqdimat verilib.
Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 56 qərarı var ki, bunlardan da 7-də “qara siyahı”dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətlərini araşdıran “apellyasiya qrupu”nun təqdimatına əsaslanılıb. Yerdə qalanlar cari məsələlərin başqa istiqamətlərini nəzərdə tutub.
İl ərzində Şuranın İdarə Heyətinin 11, Şikayətlər üzrə Komissiyanın 17, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 6, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3 iclası keçirilib. Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial Komissiyasının 5, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 3 iclası keçirilib. Bununla yanaşı, Şuranın 2011-ci ilin fevralından başlayaraq fəaliyyət göstərən “apellyasiya qrupu” 2, avqustdan fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisi 8 dəfə toplanıb.
Azərbaycan Mətbuat Şurasına daxil olan müraciətlərin ümumi təsnifatı




2011-ci ildə Mətbuat Şurasına daxil olan 651 müraciətin şəhər və bölgələr üzrə təsnifatı aşağıdakı kimidir:




Şəhər, bölgə

Say



Şəhər, bölgə

Say

1

Bakı

303

20

Tərtər

7

2

Gəncə

35

21

Şəmkir

7

3

Lənkəran

31

22

Gədəbəy

7

4

Mingəçevir

18

23

İmişli

7

5

Sumqayıt

15

24

Lerik

6

6

Ağdam

14

25

Laçın

6

7

Hacıqabul

14

26

Beyləqan

6

8

Salyan

13

27

Goranboy

5

9

Ağdaş

13

28

Göyçay

5

10

Şirvan

12

29

Xaçmaz

5

11

Göy göl

12

30

Astara

5

12

Ağcabədi

12

31

Oğuz

5

13

Şəki

12

32

Biləsuvar

4

14

Quba

11

33

Qazax

4

15

Masallı

11

34

Şabran

4

16

Şamaxı

9

35

Tovuz

3

17

Neftçala

9

36

Ucar

3

18

Saatlı

8

37

Daşkəsən

2

19

Sabirabad

8




Digər 11 bölgədən hər birindən 1 müraciət

Cəmi – 48 bölgə

651



Komissiyaların fəaliyyətinin Mətbuat Şurasının ümumi fəaliyyətindəki yeri



Mətbuat Şurasına daxil olan şikayətlərin araşdırılma statistikası


Şikayətlərə komissiyalar üzrə baxılma göstəriciləri


MŞ-də çıxarılan qərar və rəylərdə aşağıdakı qrupların mənafeyi ödənilmişdir



2010-cu ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin motivini təşkil edən materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulma faizi aşağıdakı kimidir:


AJPDQ-nın prinsipləri

Bəndlər

Pozuntuların sayı (%-lə)

I

Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

1.2


Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir

26,3


1.3


Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın

4,7




II

İnformasiya qaynaqlarına sayğılı yanaşma

2.1


Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması

şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi - məlumat cəmiyyəti çaşdırmaq məqsədilə verilməyibsə - qorunmalıdır



6,9

2.2

Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan

yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir



21,2




III

Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı

3.1


Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, ehtiyac duyulmadıqda, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır

0,4

3.2


Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır

27




IV

Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması

4.6



Plagiat yolverilməz hərəkətdir

2,9

4.7

Jurnalist yazılarında vulqar ifadələrin, jurqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin

zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır




10,6





Mətbuat Şurasının şikayətə səbəb olan KİV-lərlə bağlı qərarları:


  1. “Salamnews” İnformasiya Agentliyi “Tarixi şəxsiyyətlər” jurnalına qarşı - qərar №193




  1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi “Reytinq” qəzetinə qarşı - qərar №194




  1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi “Gündəm siyasət” qəzetinə qarşı - qərar №195




  1. Bakı şəhər 171 saylı orta məktəb “Ədalət carçısı” qəzetinə qarşı - qərar №196




  1. Bakı şəhəri Xətai rayonu 9 saylı Uşaq Poliklinikası “Ədalət carçısı” qəzetinə qarşı - qərar №197




  1. Bakı şəhər 171 saylı orta məktəb “Cəmiyyət” qəzetinə qarşı - qərar №198




  1. Şəki Şəhər Təhsil Şöbəsi “Azərbaycan gündəmi” qəzetinə qarşı - qərar №199




  1. Mingəçevir Şəhər 13 saylı orta məktəb “Vətəndaş haqqı” qəzetinə qarşı - qərar №200




  1. Göygöl Rayon Mərkəzi Xəstəxanası “Azərbaycan cəmiyyəti” qəzetinə qarşı - qərar №201




  1. Ağdam rayonunun Quzanlı 1 qəsəbəsində məskunlaşmış məcburi köçkün Məhəmməd Əliyev “Ağdam” qəzetinə qarşı - qərar №202




  1. Bakı şəhəri Mehdi Hüseyn küçəsi 2-ci döngə ev 9-un sakini Tural Məmmədov “İşgüzar” qəzetinə qarşı - qərar №203




  1. Bakı şəhəri Yasamal rayonu İ.Səfərli 48 ünvanında yaşayan Ceyhun Paşayev “Yeni səhər” qəzetinə qarşı - qərar №204




  1. Ağdam Rayon Xındırıstan Bələdiyyəsi “Əyalətin səsi” qəzetinə qarşı - qərar №205




  1. Göygöl rayonundakı “Qold Pen” MMC “Sağlamlıq keşiyində” qəzetinə qarşı - qərar №206




  1. “Texnikabank” ASC “Unikal” qəzetinə qarşı - qərar №207




  1. Lerik Rayon Təhsil Şöbəsi “Cənub xəbərləri” qəzetinə qarşı - qərar №208




  1. “Yeni Azərbaycan” qəzeti “Yeni Azərbaycan naminə” qəzetinə qarşı - qərar №209




  1. Bakı Şəhər 14 saylı Poliklinika “Yeni Azərbaycan naminə” qəzetinə qarşı - qərarı №210




  1. Müsavat Partiyasının Tərtər Rayon Təşkilatı “Yeni Tərtər” qəzetinə qarşı - qərar №211




  1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti “Reytinq” qəzetinə qarşı - qərar №212




  1. Masallı 31 nömrəli Tibbi Sosial Ekspertiza Komissiyası “Bölgə xəbər” saytına qarşı - qərar №213




  1. Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik “Yeni xəbər”qəzetinə qarşı - qərar №214




  1. Sabirabad Rayon İcra Hakimiyyəti “Qanun: izah və şərhlər” qəzetinə qarşı - qərar №215




  1. Şəki rayonunun Turan qəsəbəsinin sakini Əbülfəz Hüseynov və həmin rayonun Bolludərə və Qaratorpaq kənd sakinləri “Korrupsiya və dövlətçilik” qəzetinə qarşı - qərar №216




  1. “Fakt araşdırıcı” MMC “Sahibkarlıq və hüquq” qəzetinə qarşı - qərarı №217




  1. Yeni Azərbaycan Partiyası «Azadlıq» qəzetinə qarşı - qərar №218




  1. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı “7gun.az” Xəbər Portalına qarşı - qərar №219




  1. Saatlı Rayon İcra Hakimiyyəti “7gun.az” Xəbər Portalına qarşı - qərar №220




  1. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı “Polit press” qəzetinə qarşı – qərar №221




  1. Salyan Rayon İcra Hakimiyyəti “Polit press” qəzetinə qarşı - qərar №222




  1. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi “Poliqon” Analitik İnformasiya Agentliyinə qarşı - qərar №223




  1. Ağdam Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi “Yeni axtarış” qəzetinə qarşı - qərar №224




  1. Ağdam Sukanal İdarəsi “Yeni axtarış” qəzetinə qarşı - qərar №225


Lənkəran Dövlət Universiteti, «Azərbaycan» Nəşriyyatı, «Bilgəh» Kardioloji Sanatoriyası, Ağdam Rayon Prokurorluğu, Sabirabad Rayon İcra Hakimiyyəti və Bərdə Rayon İcra Hakimiyyəti «Xural» qəzetinə qarşı -Xüsusi Rəy
II. “Reket jurnalİstİka”ya qarşı mübarİzə
Mətbuat Şurası 2011-ci ildə “reket jurnalistika”ya qarşı mübarizəni 2 əsas istiqamətdə aparıb. Bunlardan birincisi “reket nəşr”lərin elan olunması, adlarının ictimaiyyətə çatdırılması, ikincisi onlara qarşı ictimai qınağın fəallaşdırılmasıdır.
Mətbuat Şurası həmçinin özünün əsas missiyalarından birinin mətbu məkanın saflaşdırılması olduğunu rəhbər tutaraq, “qara siyahı”ya saldığı KİV-lərin fəaliyyətlərində düzəliş etmələrinə dair müraciətlərini nəzərə alıb. MŞ İdarə Heyətinin müvafiq qərarları ilə onların bir qisminin üzərindən “reket nəşr” adı götürülərək “qara siyahı”dan çıxarılıblar. 2011-cu ildə belə nəşrlərin sayı 7 olub.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Şuranın Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistikaya” qarşı mübarizə Komissiyasının təqdimatı əsasında il ərzində 4 dəfə “reket nəşr”lərin adlarını açıqlayıb. 2011-cu ilin yekunlarına əsasən «qara siyahı»da yer alan KİV-lərin ümumi sayı 89-dur. Mətbuatın «qara siyahı»sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib.

“Reket nəşr”lərə qarşı ictimai qınağın fəallaşdırılması məqsədilə ölkədə fəaliyyət göstərən mətbəələrə və yayım firmalarına məktublar göndərib. Həmin məktublarda bildirilib ki, “qara siyahı”dakı KİV-lərlə bağlı ölçü tədbirinin götürülməsində həmin KİV-lərin «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na məhəl qoymamaları, etik prinsiplər və peşə əxlaqı ilə bir araya sığmayan hərəkətlərə yol vermələri, barələrindəki qərar və rəylərdən, tövsiyyə və iradlardan nəticə çıxarmamaları əsas götürülüb. Həmçinin KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib.


Reket jurnalistika” ilə mübarizənin Mətbuat Şurasının ümumi fəaliyyətində yeri



İl ərzində MŞ-nin “qara siyahı”sının açıqlanma ardıcıllığı

Qara siyahı”nın açıqlandığı aylar





Əlavə olunub


Çıxarılıb


Say


Aprel

4

2

88



İyun

3

0

91



Sentyabr

3

6

87



Noyabr

2

0

89

Yekun

9

8

89




III. Dİffamasİya təşəbbüslərİ: “Diffamasİyadan müdafİə haqqında” qanun layİhəsİnİn hazırlanması
Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası 2010-cu ili “Diffamasiya ili” elan etmişdi və buna uyğun olaraq ATƏT-in Bakı ofisi ilə birgə fəaliyyət planı həyata keçirdi. “Diffamasiya ili”ndə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı təşəbbüslərin sürətləndirilməsi və paralel olaraq “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair razılıq əldə olundu. 2010-cu ildə peşə davranışı qaydalarının yeni variantı qəbul edildi.
2011-ci ildə layihənin ikinci istiqaməti üzrə işlərin görülməsinə başlandı. Fevralın 9-da Azərbaycan Mətbuat Şurasında Şuranın ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüşü baş tutdu. Görüşdə layihə üzrə yaradılan birgə işçi qrupunun növbəti fəaliyyət istiqamətləri ətrafında müzakirələr getdi. Layihə çərçivəsindəki növbəti müzakilər aprelin 20-də baş tutdu. Həmin gün may ayınadək diffamasiya ilə bağlı qanun layihəsi üzərində işlərin yekunlaşdırılması qərara alındı.
Mayın 5-də Mətbuat Şurasında diffamasiya ilə bağlı qanun layihəsinin - «Diffamasiyadan müdafiə haqqında» Azərbaycan Respublikasının Qanununun ilk müzakirəsi keçirildi. Ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərlərinin iştirakı ilə baş tutan toplantıda layihə müsbət qiymətləndirildi. Lakin onun daha geniş miqyaslı ictimai müzakirəsinin təşkili qərara alındı. Qanun layihəsi üzərində tamamlanma işləri «Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması» mövzusundakı beynəlxalq konfransa qədər başa çatdırıldı. Tədbir mayın 11-də «Ratunda, Landmark»da keçirildi. Yerli və beynəlxalq ekspertlərin, dövlət rəsmilərinin, KİV rəhbərlərinin iştirakı ilə baş tutan toplantıda diffamasiya ilə bağlı qanun layihəsi müsbət dəyərləndirildi və sənədin ölkə parlamentinə təqdim olunması qərara alındı.
ıv. Prezİdent FƏRMAN VƏ SƏRƏNCAMLARINDAN İrəlİ gələn vəzİfələrİn REALLAŞDIRILMASI
Azərbaycan Mətbuat Şurası bu istiqamətdə iki fəaliyyət xətti həyata keçirib. Bunlardan birincisi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə bağlı olub. Məlum olduğu kimi, cənab Prezident 21 yanvar 2011-ci il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında Sərəncam imzalamışdı. Mətbuat Şurası bunu rəhbər tutaraq, eyni zamanda mediamızın, jurnalistlərimizin dövlət müstəqilliyimizin bərpasındakı müstəsna rolunu nəzərə alaraq oktyabrın 19-da Gəncədə «Media və dövlət müstəqilliyimiz» mövzusunda ümumrespublika konfransı keçirdi. KİV rəhbərlərinin, dövlət rəsmilərinin, ziyalıların və elm xadimlərinin qatıldıqları toplantıda şərəfli tariximizdə, eləcə də dövlət müstəqilliyimizin möhkəmləndirilməsində xidmətləri olan bir qrup qəzetə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il noyabrın 23-də görkəmli jurnalist, publisist və alim Nəsir İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sənəddə bildirilirdi ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin təkliflərini nəzərə almaqla, əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Mətbuat Şurası bununla əlaqədar öz təkliflərini verməklə yanaşı, eyni zamanda dekabrın 9-da görkəmli jurnalistlə bağlı «Nəsir İmanquliyev irsi və müasir jurnalistikamız» mövzusunda konfrans keçirdi. Tədbirdə yubilyarın həyat və yaradıcılığı ətraflı təhlil olundu, onun peşə fəaliyyətinin müasir nəslə örnək məqamları ətrafında fikir mübadiləsi aparıldı.
V. Medİa sahəsİndə layİhələrİn həyata keçİrİlməsİ
Bununla bağlı üç fəaliyyət istiqaməti üzərində dayanmaq mümkündür:
1. Mətbuat Şurasının YUNESKO-nun Moskva ofisi ilə əməkdaşlığı

2. «Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi» layihəsinin reallaşdırılması



3. Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə layihəsi
1. Birinci istiqamətlə əlaqədar bildiririk ki, Mətbuat Şurası YENUSKO-nun Moskva ofisi ilə hələ 2009-cu ildən sıx əməkdaşlıq edir. Həmin ilin dekabrında “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində İctimai Televiziyada iki günlük geniş konfrans-seminar keçirildi. Həmin tədbirdə media nümayəndələrimiz, o cümlədən 17 yerli və regional telekanalın təmsilçiləri YUNESKO-nun “TV və radio mediası və iqlim dəyişikliyi” barədə Paris konfransının deklorasiyası ilə həmrəylik bəyanatına da imza atdılar.
Layihə çərçivəsində 2011-ci ilin iyulun 8-də “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçirildi. Mətbuat Şurası YENUSKO-nun Moskva ofisi ilə əməkdaşlığının növbəti mərhələsi avqust ayından start götürdü. Avqustun 1-dən hər iki qurum Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığının artırılması məqsədilə tədris proqramının hazırlanması” layihəsinin icrasına başladı. Layihə çərçivəsində “Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda” adlı tədris proqramı hazırlandı. Sənəd ilk olaraq noyabrın 18-də Azərbaycan Mətbuat Şurasında baş tutan “dəyirmi masa”da müzakirə olundu və müsbət qiymətləndirildi. Noyabrın 30-da isə tədris proqramının geniş təqdimatı baş tutdu. Hazırda sənəd təsdiqlənmək üçün Təhsil Nazirliyinə təqdim olunub.
2. Azərbaycan Mətbuat Şurası may-sentyabr ayları ərzində «Medianın dil xüsusiyyətləri: monitorinq ictimai amil kimi» layihəsini reallaşdırıb. KİV-lərin və orada çalışan jurnalistlərin yaradıcılıq məhsullarında Azərbaycan dilinin norma və qaydalarına necə riayət etmələri sahəsindəki mənfi meyllərin aradan qaldırılmasına dəstək göstərmək, mövcud istiqamətdəki problemlərin effektiv həllini həyata keçirmək, tendensiyaları izləmək, ümumən məsələyə ictimaiyyətin diqqətini cəlb edərək yol verilən nöqsanların kəmiyyət göstəricilərinin azalmasına nail olmaq layihənin başlıca məqsədlərindən olub. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstğəyi Fondunun maliyyə yardımı ilə baş tutan layihə çərçivəsində iyulun 14-də və sentyabrın 22-də «Mediada dil faktoru» mövzusunda iki «dəyirmi masa» keçirilib. Tədbirlərdə Azərbaycan Mətbuat Şurasının Kütləvi informasiya vasitələrində ədəbi dilin pozulması hallarının müəyyənləşdirilməsinə dair Təlimatına uyğun olaraq 3 ay ərzində aparılan monitorinqin nəticələri açıqlanıb.


Medianın dil xüsusiyyətləri: media monitorinqi ictimai amil kimi” layihəsi





Monitorinq

20 may-20 avqust 2011







Leksik pozuntular




Alınma sözlərin işlədilməsi ilə bağlı pozuntular

Dialekt və şivə sözlərin işlədilməsi ilə bağlı pozuntular

Terminlərin işlədilməsi ilə bağlı pozuntular

Yeni sözlərin (neologizmlərin) yaradılması və işlədilməsi ilə bağlı pozuntular

20 may-20 iyun

20 iyun-20 iyul

20 iyul-20 avqust

20 may-20 iyun

20 iyun-20 iyul

20 iyul-20 avqust

20 may-20 iyun

20 iyun-20 iyul

20 iyul-20 avqust

20 may-20 iyin

20 iyun-20 iyul

20 iyul-20 avqust

112

83

80

5

7

6

3

2

2

3

1

1




Qrammatik pozuntular




Morfoloji qaydalara əməl olunmaması ilə bağlı pozuntular

İsimlərdə şəkilçilərin işlədilməsi qaydalarının pozulması

Fellərdə nəqli keçmiş zaman şəkilçisinin işlədilməməsi ilə bağlı pozuntular

Feli sifətlərdə zaman anlayışının ifadəsi ilə bağlı pozuntular

İsmi xəbərlərdə zaman anlayışının ifadəsi ilə bağlı pozuntular

Feli bağlamaların işlədilməsində dilin morfoloji xüsusiyyətlərinin nəzərə alınmaması ilə bağlı pozuntular

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

690

553

508

51

30

24

22

18

12

60

47

39

3

2

2

Sintaktik qaydalara əməl olunmaması ilə bağlı pozuntular




Cümlələrdə söz sırasının pozulması

Cümlə və söz birləşmələrində sintaktik əlaqələrə əməl edilməməsi

Tabesiz mürəkkəb cümlələrdə komponentlər arasında məna əlaqələrinin pozulması

Tabeli mürəkkəb cümlələrdə baş cümlə ilə budaq cümlə arasında məntiqi bağlılığın pozulması

Durğu işarələrinin düzgün işlədilməməsi

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

35

28

22

2

1

0

0

1

1

4

3

1

2587

2324

2109


Üslub pozuntuları



Sözlərin yazılışında orfoqrafiya lüğətinin tələblərinə əməl olunmaması

Müxtəlif funksional üslublara aid dil normalarının qarışdırılması

Danışıq dili normalarının və xüsusiyyətlərinin yersiz olaraq yazılı nitqə gətirilməsi

Müəllifin bəhs olunan mövzuya və yazının həsr edildiyi sahəyə bələd olmaması ilə bağlı pozuntular

Ədəbi dili praktik olaraq yaxşı bilməməkdən törəyən pozuntular

Ədəbi dilin nəzəri qayda-qanunlarına bələd olmamaqdan törəyən pozuntular

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-

20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-20 iyun

20 iyun-

20 iyul

20 iyul-

20 avqust

20 may-20 iyun

20 iyun-

20 iyul

20 iyul-20 avqust

3413

3201

2982

0

0

0

147

136

118

3

2

1

8

6

4

4

2

2


3. Mətbuat Şurasının Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidmətlərinin informasiya əldə edilməsindəki rolunun artırılmasına dəstək göstərməkdən ibarət olub. Layihə çərçivəsində iyulun 9-10-da Qubada, həmin ayın 30-31-də Goranboy rayonunda nazirliklərin, dövlət komitələrinin mətbuat xidmətlərinin nümayəndələrinin iştirakı ilə seminar-məşğələlər keçirilib. Tədbirlərə dəvət olunmuş xarici ekspertlər mətbuat xidməti institutunun fəaliyyətindəki dünya miqyasında qəbul edilən forma və prinsiplər barədə ətraflı məlumatlar veriblər.

VI. Müxtəlİf mövzularda konfrans, semİnar və “dəyİrmİ masa”ların təşkİlİ
Azərbaycan Mətbuat Şurasının bu istiqamətdəki fəaliyyəti ümumən aşağıdakılardan ibarət olub:
1. Cəmiyyətdə söz və mətbuat azadlığı pinsiplərinin dərinləşməsinə, jurnalistlərin peşəkarlıq vərdişlərinin artırılmasına xidmət edən vəsaitlərin təqdimatı - 7 tədbir.
2. Mətbuat tariximizdə mühüm yeri olan mətbuat orqanlarının yubiley mərasimlərinin təşkili - 5 tədbir.

3. Ölkədə jurnalistikanın, publisistik fikrin və ədəbi mühitin inkişafında xidmətləri olan jurnalistlərlə bağlı yubiley və anım mərasimlərinin təşkili - 8 tədbir.

4. Dünyada söz və mətbuat azadlığı ilə bağlı əlamətdar günlərə həsr olunmuş mərasimlər - 2 tədbir.

5. Jurnalistlərin müəllifləri olduqları kitabların təqdimatı - 3 tədbir.



6. Azərbaycan mediasında müxtəlif sahələrin işıqlandırılması xüsusiyyətləri ilə bağlı toplantılar - 3 tədbir.
Xüsusi olaraq:
1. Mətbuat Şurası mart-may aylarında Bakı Futbol Federsiyası ilə birgə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının yaxından köməkliyi ilə Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı həyata keçirib. Plan çərçivəsində mart ayında ölkə jurnalistlərinin və polislərinin iştirakı ilə futbol matçı keçirilib. Mayda isə qələm sahiblərinin parlamentin deputatları ilə qarşılaşması olub. Mayın 31-də Mətbuat Şurasında ölkənin idman ictimaiyyətinin nümayəndələrinin və idman yazarlarının iştirakı ilə «dəyirmi masa» keçirilib. Tədbirdə ölkədə idman jurnalistikasının inkişaf xüsusiyyətləri, mövcud sahədəki problem və çatışmazlıqlar ətarfında fikir mübadiləsi aparılıb. İdmandan yazan bir qrup jurnalistə və veteran qələm sahiblərinə Mətbuat Şurasının fəxri diplomları təqdim olunub.
2. İyulun 21-də Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib. Tədbirdə həmin dövr jurnalistikasının fəaliyyətindən söhbət açılıb, onun tarixən formalaşmış mətbuat ənənələrimizin qorunub saxlanılmasındakı, o cümlədən müasir müstəqil ruhlu qələm sahiblərinin yetişməsindəki roluna diqqət çəkilib. Həmçinin 60-cı illərin jurnalistlərinin bir qrupuna Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim olunub.
3. Sentyabrın 20-də Azərbaycan Mətbuat Şurasında «Turizmin inkişafı media müstəvisində» mövzusunda «dəyirmi masa» təşkil olunub. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin də qatıldığı tədbirdə ölkədə turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söhbət açılıb, bu sahənin mediada işıqlandırılmasındakı spesifik cəhətlərə, problem və çatışmazlıqlara diqqət yetirilib.
4. Oktyabrın 28-də Bakıda Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə Türkdilli Ölkələrin və Toplumların II Media Forumu keçirilib. Toplantıya Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Saxa, Tuva, Qaraçay-Çərkəz, Kabarda-Balkar Respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, türklərin Avropada kompakt məskunlaşdıqları Kosova, Bolqarıstan və Yunanıstan kimi bölgələrdən media nümayəndələrin qatılmaları təmin olunub. Forumda Türkdilli Ölkələrin və Toplumların Media Birliyi daxili əlaqələrin inkişafı, türk dünyasında fəaliyyət göstərən media orqanlarının birgə fəaliyyətinin müxtəlif istiqamətləri müzakirə olunub. Forum çərçivəsində həmçinin xarici qonaqların Azərbaycanın görməli yerləri ilə tanışlığı, o cümlədən Quba rayonundakı tarixi məzarlığı ziyarəti də həyata keçirilib. Həmçinin qonaqlar İctimai Televiziyanın onlar üçün hazırladığı xüsusi proqramda da iştirak ediblər.
VIı. Beynəlxalq əməkdaşlıq
2011-cu il Mətbuat Şurasının beynəlxalq əlaqələri baxımdan da önəmli oldu. Belə ki, ötən il Şurada 13 xarici media nümayəndəsinin iştirakı ilə görüş keçirilib. Həmçinin Şuranın İdarə Heyətinin üzvləri və məsul əməkdaşları media ilə bağlı 6 xarici ölkədə baş tutan tədbirə qatılıblar.
Yanvarın 25-də Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cumhuriyyətindən olan jurnalistlərlə görüş keçirilib. Toplantıda hər iki ölkə mediası arasındakı əlaqələrin hazırkı vəziyyəti və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Fevralın 2-də Mətbuat Şurasının sədri Əflatun Amaşov Beynəlxalq Media Müdafiə Təşkilatının (İnternational Media Support - İMS) böyük müşaviri Henrik Keit Hanseni qəbul etdi. Görüşdə başlıca olaraq medianın iqtisadi müstəqilliyinin artılırması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Fevralın 25-də Mətbuat Şurasında Beynəlxalq Mətbuat İnstitutunun ölkəmizdə səfərdə olan rəsmiləri - direktor Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. Tədbirdə Mətbuat Şurası ilə bu qurumun qarşılıqlı əlaqələrinin yaraldılmasına, həmçinin Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətə dair müzakirələr gedib.
Martın 16-da “Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizen, həmin proqram üzrə tədqiqatçısı Natalia Nozadze və əlaqələndirici Maks Taker Azərbaycan Mətbuat Şurasında olublar. Görüşdə insan hüquqlarının qorunmasının demokratikləşmədə vacib amil olduğu vurğulanıb və medianın prosesdə iştirakının, ona zəruri şərait yaradılmasının vacibliyini önə çəkilib.
Aprelin 5-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov İran İslam Respublikası Prezidentinin müşaviri, İranın İRNA İnformasiya Agentliyinin direktoru Əli Əkbər Cəvanfekri və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və İranın media qurumları arasındakı əlaqələrin hazırkı vəziyyətinə nəzər salınıb, mövcud istiqamətdəki problemləri şərtləndirən cəhətlər ətrafında danışıqlar aparılıb.
Aprelin 19-da ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Kis Bin Azərbaycan Mətbuat Şurasında olub. Azərbaycanda mətbuatın mövcud durumu ətrafında fikir mübadilələrinin aparıldığı görüşdə jurnalistlərin peşə hazırlığının gücləndirilməsi məqsədilə onları kömək göstərmək, bu istiqamətdə Şura ilə Səfirliyin qarşılıqlı fəaliyyət göstərməsinin zəruriliyi vurğulanıb.
Mayın 10-da ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Mətbuat Şurasında olub. Görüşdə Azərbaycanda söz və mətbuat azadlığı sahəsində duruma, Şuranın ATƏT-in Bakı ofisi ilə birgə əməkdaşlığına dair fikir mübadilələri aparılıb.
Mayın 20-də Mətbuat Şurasında Almaniyanın Berlin Jurnalistika Məktəbinin professoru Klemens Şölün iştirakı ilə “dəyirmi masa” keçirilib. Xarici qonağın ölkəmizə səfərindən məqsəd Azərbaycan jurnalistlərinin Almaniyada baş tutacaq peşəkarlıq kurslarında iştirakı üçün imkanların dəyərləndirilməsi olub.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iyunun 7-8-də Litvanın paytaxtı Vilnüsda ATƏT-in təşəbbüsü ilə quruma üzv ölkələrdə jurnalist təhlükəsizliyinin vəziyyətinə dair beynəlxalq konfransda iştirak edib. Tədbirdə jurnalist təhlükəsizliyinə maneə törədən faktlar ətrafında diskussiyalar gedib, mövcud istiqamətdə yerli hakimiyyət orqanlarının və jurnalist təşkilatlarının üzərinə düşən missiya ətraflı müzakirə olunub. Toplantıda həmçinin ATƏT-ə üzv ölkələrdə media qununvericiliyinin vəziyyətinə, məhkəmə sisteminin media ilə əlaqədar proseslərə baxma təcrübəsinə, vətəndaş cəmiyyətinin jurnalist təhlükəsizliyinə töhfəsinə dair fikir mübadilələri aparılıb.
İyunun 9-10-da MŞ sədri Əflatun Amaşov Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfransda iştirak edib. Rusiya, Ukrayna, Moldova, eləcə də də Qərbi Avropa ölkələrindən də nüfuzlu media ekspertlərinin qatıldıqları toplantının təşkilində prioritet vəzifə regional miqyasda media qurumlarının fəaliyyətinin əlaqələndirilməsinin təşkilinə dəstək göstərməkdən ibarət olub.
İyulun 8-də Mətbuat Şurasında Şimali Kirp Türk Cumhuriyyətinin Cumhuriyyət Məclisinin mətbuat katibi Gökhan Gülərlə görüş keçirilib. Görüşdə Azərbaycan və ŞKTC jurnalistləri arasında yaradıcılıq mübadilələrinin aparılmasının vacibliyi və bu prosesin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
İyulun 8-də Türkiyənin İstanbul Universitetinin jurnalistika fakultəsinin ölkəmizdə səfərdə olan professor-müəllim heyəti ilə görüş keçirilib. Bakı Dövlət Universitetinin müəllimlərinin də qatıldıqları görüşdə hər iki ölkədə jurnalistikanın tədrisi sahəsindəki vəziyyət nəzərdən keçirilib, mövcud sahədəki əməkdaşlığın gücləndirilməsi istiqamətində diskussiyalar gedib.
İyulun 18-də Türkiyənin «Todays Zaman» qəzetinin əməkdaşı Abdullah Bozkurt, «Zaman» qəzetinin əməkdaşı İsa Yazar, «Milliyyət» qəzetinin yazarı Murat Pazarçı, «Radikal» qəzetinin əməkdaşı Tarıt İşık, «Hürriyyət» qəzetinin əməkdaşı Cansu Çənlibel və «Haber türk»ün əməkdaşı Saliha Kösən Azərbaycan Mətbuat Şurasında olub. Ölkəmizin media nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə hər iki ölkənin KİV-lərinin ölkələr üçün vacib əhəmiyyət daşıyan hadisə və proseslərə münasibətdə ortaq mövqe nümayiş etdirməsinin vacibliyi önə çəkilib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın sədr müavini Umud Rəhimoğlu, həmçinin MŞ İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı sentyabrın 28-30-da Tayvanın paytaxtı Taypeydə keçirilən Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresində iştirak ediblər.
Oktyabrın 6-9-da MŞ sədri Əflatun Amaşov Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısında iştirak edib. Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının iş prinsipləri ətrafında geniş müzakirələrin aparıldığı tədbirdə həmçinin dünyada söz və mətbuat azadlığının durumu, Mətbuat Şuralarının bu sahədəki neqativ tendensiyaların aradan qaldırılmasındakı rolu nəzərdən keçirilib.
MŞ sədri Əflatun Amaşov oktyabrın 10-da Moskvada Avropa Şurasının Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələrin medianın özünütənzimləmə ilə məşğul olan qurumlarının vahid informasiya şəbəkəsinin yaradılmasına yönələn diskussiyalara da qatılıb. Müzakirələrin yekunu olaraq bu məkana daxil olan ölkələrdə özünütənzimləmə ilə əlaqədar şəbəkənin yaradılmasına dair anlaşma memorandumu imzalanıb, qurumun ali orqanı olan Baş Assambleyanın tərkibi, eləcə də onun icra aparatı formalaşdırılıb.
Noyabrın 4-də Azərbaycan Mətbuat Şurasında Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin Bakıda keçirilən “Milli Komitələrin inkişaf platforması”na qatılan sədrləri ilə görüş keçirilib. Tədbirdə başlıca olaraq gələn il Bakıda “Neft-qaz və media” mövzusunda beynəlxalq konfransın keçirilməsi ətrafında müzakirələr aparılıb.
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri Əvəz Rüstəmov noyabrın 22-23-də Moldovanın paytaxtı Kişinyovda medianın özünütənzimləməsi ilə məşğul olan qurumların nümayəndələrinin iştirakı ilə baş tutan konfransa qatılıb.
Dekabrın 15-də MŞ sədri Əflatun Amaşov Almaniyanın ölkəmizdə səfərdə olan DAPD İnformasiya Agentliyinin direktoru Aleksandr Todosiyçuku qəbul edib. Görüşdə Almaniya və Azərbaycan kütləvi informasiya vasitələrinin, eləcə də media təşkilatlarının əməkdaşlığına dair müzakirələr aparılıb.
Yüklə 199,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin