Azərbaycan maarifçilik fəlsəfəsi və milli şüurun oyanışı. Azərbaycanda maarifçilik ideologiyasının və fəlsəfəsinin yaranması, onu doğuran sosial-siyasi və iqtisadi şərait. A. Bakıxanovun fəlsəfi və etik görüşləri. M.F.Axundovun varlıq təlimi. Onun sosial fəlsəfəsində azadlıq insanın təbii hüququ kimi. Maarifçilik fəlsəfəsinin inkişafında H.Zərdabinin rolu. C.Əfqaninin sosial-siyasi fəlsəfəsi.
XX əsrin əvvəllərində maarifçilik fəlsəfəsi. Maarifçilərin (F.Köçərli, S.M. Qənizadə, Ö.F.Nemanzadə, C.Məmmədquluzadə və b.) milli mədəniyyəti və dili inkişaf etdirmək sahəsində səyləri. Onların sosial tərəqqiyə dair fikirləri, mövhumat və cəhalətə qarşı çıxışları.
Milli şüurun oyanışında və milli-mənəvi ideyaların təbliğində H.Cavid, Ə.Cavad, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və b. ziyalıların səyləri. N.Nərimanovun fəlsəfəsi. Türkçülük və Azərbaycançılıq ideologiyasının formalaşması. “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” ideoloji-siyasi və fəlsəfi konsepsiyasının mahiyyəti. M.Ə.Rəsulzadənin milli dövlətçilik ideyası. Ə.Hüseynzadənin sosial-siyasi görüşləri. Ə.Ağaoğlunun sosial-siyasi düşüncəsində islamçılıq və millətçilik. İctimai ziddiyyətlərin həllində onun “milli sülh yolu” konsepsiyası.
Dostları ilə paylaş: |