Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Atmosfer havasının nəmliyi



Yüklə 3,52 Mb.
səhifə11/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   7   8   9   10   11   12   13   14   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

3. Atmosfer havasının nəmliyi. Ekoloji baxımdan ətraf mühitdə mövcud olan su məhdudlaşdırıcı fiziki faktordur. Su heyvanat və bitki aləminin əsas kütləsini təşkil edir. Canlı orqanizmlərin 50-80%-i sudan ibarətdir. Bəzi heyvanlarda bu rəqəm hətta 95%-ə çatır. Atmosfer havasında nəmlik dedikdə, onun su buxarı ilə doyma dərəcəsi başa düşülür. İnsan həyatı üçün havadakı su buxarının miqdarı 40-60% normal sayılır. Səhralarda bitkilər nəmliyin qənaətlə işlədilməsinə adət edirlər. Onların kökləri uzun, yarpaqları isə xırda olur. Səhra heyvanları su hövzəsinə çatmaq üçün uzun məsafə getməli olurlar. Onlarda olan piy qatı daxili su mənbəyi rolunu oynayır. Adətən 100 qr piy oksidləşdikdə ondan 100 qr su ayrılır.
4. Atmosfer çöküntüləri. Çöküntülər su buxarının kondensasiyası nəticəsində yaranır. Bu çöküntülər yer üzərində suyun dövretməsində böyük rol oynayır. Çöküntülərin miqdarından asılı olaraq yer üzərini iki zonaya bölürlər - humid (nəm) və arid (quraqlıq) zonaları.
5. Atmosfer havası. Canlı və cansız aləmin mövcudlu­ğunu təmin edən oksigen və karbon qazının havadakı miqdarı müvafiq olaraq 21 və 0,3 % təşkil edir.
Bu baxımdan yerüstü ekosistemdə havanın tərkibi (atmosfer havası) nisbətən sabit qalır. Havaya oksigen yaşıl bitkilərdən daxil olur. CO2 günəş və yer üzərində gedən şüalanma proseslərindən yaranır. Atmosferin ozon qatı yer kürəsini günəş spektrinin ultrabənövşəyi şüalardan mühafizə edir.
6. Ətraf mühitin temperaturu. Yer üzərində temperatur əsasən atmosferin istilik rejimi və günəş şüaları ilə yaranır. Temperatur mühitin məhdudlaşdırıcı faktorlarından biridir. Müxtəlif növlərin yer üzərində yerləşməsi (yayılması) və po- pulyasiyaların sayı temperatur faktorundan köklü surətdə asılıdır. Yer üzərində bitki və heyvanların yerləşdiyi mühitin optimal temperaturu 15-30°C həddində olur. Bəzi bakteriya, su bitkiləri qaynar mühitdə, yəni 70-90°C temperatur mühitində yaşayırlar. Sərt soyuq şərait bir çox cücülərin, balıqların və dəniz otlarının həyatlarının dayanmasına səbəb olur (anabioz). Lakin, yaz vaxtı don açılanda, onlar öz əvvəlki həyat tərzlərini davam etdirirlər. Canlıların öz bədənlərinin temperaturu isə sabit qalır. Bunun üçün, onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin