Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


MÜHAZİRƏ 3 Biosfer, noosfer və sosiosfer haqqında ümumi məlumat



Yüklə 3,52 Mb.
səhifə13/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   9   10   11   12   13   14   15   16   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

MÜHAZİRƏ 3


Biosfer, noosfer və sosiosfer haqqında ümumi məlumat

Müasir dövrdə kainatın, yer kürəsinin və cəmiyyətin inkişafı üzrə müxtəlif konsepsiyalar mövcuddur. Bu konsepsi­yaları şərti olaraq üç qrupa bölmək olar.


Birinci qrup konsepsiya, insanların inkişafda əsas yaradıcı qüvvə olmasında heç bir əsasın olmadığını göstərir. Burada, həmçinin, insanın bioloji bir varlıq olaraq, inkişafda imkan və bacarığını başa vurduğunu və onu artıq müvafiq texniki qurğu- ların əvəz edə biləcəyi göstərilir.
İkinci qrup konsepsiya, biosferi öz-özünü təmizləyən tullantısız bir sistem kimi qəbul edir və ona kənardan müdaxi­lənin əksinə çıxır.
Üçüncü qrup, insanların hər hansı bir qurğu ilə əvəz olunmasını qəbul etməyərək, onların həyata, təbiətə və özünə olan münasibətlərində yeni məsuliyyət hissinin aşılanmasını, başqa sözlə, yeni proqressiv təfəkkürlü insanların formalaşma­sına nail olmağı əsas götürür. Bu konsepsiya “noosfera” konsepsiyasına əsaslanaraq perspektivli hesab edilir.
XX əsrin əvvəllərində Fransa alimləri P.Tcyar de Şarden və E.Lerua “noosfera” anlayışını elmə gətirdilər. Yunan sözü olan “noos” ağıl, düşüncə, idrak mənasını verir. Onlar bu sözü yaşıl şar, “düşünən mühit”, məkan, təbəqə mənasında işlə­dərək, onun formalaşdırılmasını insanın yaranması və zehninin inkişafı ilə əlaqələndirmişlər. Sonralar rus alimi V.İ. Vernadskiy bu anlayışa materialist məzmun verərək göstərmişdir ki, noosfera insanların yaranması və inkişafı ilə əlaqədar olan biosferanın yeni, ən yüksək inkişaf mərhələsidir. İnsanlar təbiət qanunlarının dərk edərək texnikanı, texnologi­yanı təkmil­ləşdirərək öz əməyi nəticəsində yer səthində gedən proseslərə geoloji qüvvələrin miqyası ilə müqayisə edilə biləcək bir dərəcədə təsir gücünə malik olan bir qüvvəyə çevrilmişdir. İnsan cəmiyyətinin formalaşması və inkişafı əsaslı dəyişikliklərə səbəb olan elə bir təbii qüvvəyə çevrilmişdir ki, onun təsiri nəticəsində təbiətlə cəmiyyət arasında maddələr və enerji mübadiləsinin, insanların biosferaya, biokimyəvi və digər təsirlərinin yeni forması kimi özünü göstərməyə başlamışdır. Nəticədə, noosfera kosmosun daim genişlənməkdə olan xüsusi struktur elementinə çevrilmişdir. Beləliklə, noosfera anlayışı daha da zənginləş­dirilərək təbiətlə inkişaf etməkdə olan insan cəmiyyətinin tələblərə uyğun gələn qarşılıqlı əlaqəsinin təşkili və təmin edilməsi kimi başa düşülür. Məhz bu cür cavabları özündə əks etdirən anlayış əsasında insanların təbiətə dağıdıcı münasibətlərinin və eləcə də, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq mümkündür.
Rus alimi V.İ.Vernadski özünün “Noosfer barədə bir neçə söz” əsərində yazırdı: “İnsan nəhəng geoloji mühitə çevril- məkdədir. O, əməyi və düşüncəsi sayəsində öz həyat tərzini dəyişdirə bilər və bunu mütləq etməlidir. Onun qarşısında daha geniş yaradıcılıq imkanları açılmaqdadır. Yer kürəsinin görünüşü getdikcə dəyişir, bakirə təbiət yox olur”. İndi V.İ.Vernadskinin verdiyi elmi proqnozlar öz təsdiqini tapır. Artıq, yeni termin olan və insanın qarşılıqlı təsirdə olduğu təbiəti əks etdirən “ətraf mühit” kimi problemlər yaranmışdır və əhalinin istehlak mallarına olan tələbatının gündən-günə artması yeni-yeni materialların istehsalata tətbiq edilməsinə səbəb olmuşdur. Yeni materialların tətbiqi ilə əlaqədar olaraq təbiətə və yer kürəsindəki bütün canlı aləmə yad olan yeni növ tullantılar da meydana gəlmişdir. İnsanın təbiətə olan mənfi təsirləri artıq təbiətin bütün əsas komponentlərində: biosferdə, atmosferdə və hidrosferdə özünü aşkar büruzə verir.
Qarşılıqlı təsirdə olan təbiət və bəşəriyyət paralel inkişaf edirlər. Təbiətin təkamül tempi ilə bəşəriyyətin sosial-iqtisadi inkişaf sürətlərinin müxtəlif olması onlar arasında qarşılıqlı münasibətlərin idarə edilməsinin mümkün olmamasına səbəb olur. Bəşəriyyətin sosial-iqtisadi inkişafı təbiətin təkamül surətinə nisbətən daha sürətlə gedir.
İnsan fəaliyyətinin nəticəsi olan antropogen faktor təkamül istiqamətinə güclü əks təsir göstərərək növlərin dəyişməsinə yox, onların məhvinə səbəb olur. Buradan, çıxış yolu insanların düşüncəli surətdə təbiətə təsirlərinin tənzimlə­məsi və məhdudlaşdırılmasından ibarətdir. Bununla yanaşı, cəmiyyət təbiətin və sosiogenezin təkamülünə maneçi­lik etməyərək öz ekstensiv artımını məhdudlaşdırmalıdır. Əks təqdirdə qlobal ekoloji katostrofun yaranması baş verə bilər.
Son 30-40 il ərzində insanların təbiətə olan münasibətlə­rində müsbət mənada dəyişikliklər müşahidə olunmağa baş- lanmışdır. İnsanlar artıq başa düşürlər ki, təbii sərvətlərin kəskin azalması və tükənməsi dövründə ekoloji tarazlığa yalnız mədəni-elmi təkamülün köməyi ilə nail olmaq olar.
Artıq, bütün dünya üzrə elm məhsuldar qüvvəyə çevrilir. Elmi-texniki inqilab genişləndikcə və insanın təfəkkürünə, intel­lek­­tinə xüsusi tələblər verən yeni istehsalat sahələri əmələ gəlir və ölkənin sosial-iqtisadi inkişafında qabaqcıl rol oynayır. Cəmiyyət industrial cəmiyyətdən informasiya cəmiyyətinə doğru inkişaf edir.
Amerika fütüroloqları Con Nesbit və Patrisiya Eburdin dünyada əks-səda doğurmuş “Meqameylər: həyatımızı dəyişən on yeni istiqamət” adlı kitabında (Moskva, 1982-ci il) elmi-texniki inqilab dövrünün istiqamətlərini ayırd edərkən diqqəti, ilk növbədə, industrial cəmiyyətdən informasiya cəmiyyətinə keçidin xüsusiyyətlərinə cəlb etmişdilər. Yapon həqiqətləri bu fikri bütün aydınlığı ilə sübuta yetirmişdir. Professor Yaşar Qarayev “Tarixin və taleyin ayrıcında” məqaləsində qeyd edir ki, “bu gün texnogen sivilizasiya artıq özünü tükədib. Tərəqqi­nin əvvəlki ideyalarını XXI əsr qəbul etmir. İndi dünya sivilizasi­yası tarixində yeni milli-iqtisadi sərvət vahidi müəy­yən­ləşib: informasiya! Sivil ölkələrin hamısında, istisna­sız, bütün sahələrində infrastrukturu məhz informasiya və onun verilməsi tezliyi şərtləndirir”. XXI əsr ağlın, intellektin təntənəsi əsridir. Bu əsr, biosferin inkişafı, yəni noosferə tam keçid dövrü ola bilər.
Deməli, insan təfəkkürü “insan-təbiət” münasibətlərində antroposfer, texnosfer, sosiosfer və s. yaranması nəticə eti- barilə biosferdən noosferə keçidin başlanmasına səbəb olmuş- dur.
Biosfer anlayışını elmi ədəbiyyata 1875-ci ildə avstriyalı geoloq-alim Eduard Zyuss gətirmişdir. O, biosferə canlı orqa- nizmlərin mövcud olduğu atmosfer, litosfer və hidrosfer sahələrini aid etmişdir.
Biosferin, hal-hazırda, canlı orqanizmlər mövcud olan sahələri neobiosfer, qədim zamanlarda canlı orqanizmlərin yaşadığı sahələr isə paleobiosfer və ya ağ biosfer adlandırılır.
Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10 km, ekvatorda 17-18 km, yer səthinin qalan hissələrində 20-25 km) aid edilir. Ozon qatından yuxarı hissədə kosmik ultrabənövşəyi şüaların təsiri nəticəsində həyat mümkün deyil. Bütün hidrosfer, o cümlədən ən böyük dərinliyə malik olan okeanın Marian çökəkliyi (11022 m) belə neobios­ferə aid olunur.
Litosferin yalnız münbit torpaq hissəsi neobiosferə aid edilir.
Paleobiosferin neobiosferlə atmosferdə olan sərhədləri üst-üstə düşür. Hidrosferin dib hissəsində olan çöküntü süxurlar paleobiosferə aid olunur. Yer qabığının bütün çökmə süxur sahələri paleobiosferə aid edilir.
Beləliklə, demək olar ki, biosfer canlı orqanizmin özünün və ya izinin mövcud olduğu sahə adlanır.
Biosfer bir sistem kimi bir neçə xüsusiyyətlərə malikdir. Bunlardan başlıcası, mərkəzləşdirilmiş sistemdir. Sistemin mərkəzi bölməsini canlı orqanizmlər təşkil edir. Bu xüsusiyyət V.İ.Vernadski tərəfindən hərtərəfli təhlil edilmişdir. Biosferin və ya onun əsas bölməsinin mərkəzində ancaq insan qoyulur (antroposentrizm).
Biosferin ikinci xüsusiyyəti açıq sistem olmasıdır. Ona kənardan enerji daxil olur və o, kosmik təsirə məruz qalır. Bu təsirin əsasını günəş aktivliyi təşkil edir. Müəyyən edilmişdir ki, yer kürəsində, o cümlədən biosferdə baş verən hadisələrin əksəriyyəti günəşin aktivliyi ilə əlaqədardır. Belə bir fikir mövcuddur ki, günəş aktivliyi bir çox geoloji proseslərin (kataklizm, katastrof) yaranmasına səbəb olur.
1989-cu ildə 1,5-2,0 ay ərzində baş vermiş zəlzələ (İturup adasında), Çelyabinsk boru xəttindəki qəza, “Komsomoles” sualtı atom qayığının məhv olması, Tbilisi hadisələri, Dağlıq
Qarabağ müharibəsinin aktivləşməsi hadisələrini yüksək günəş aktivliyinin baş verməsi ilə də izah edirlər.
Biosferin üçüncü bir xüsusiyyəti onun özünü tənzimləmə sisteminin olmasıdır. Bu xüsusiyyət, “homeostazm” adlandırı­lır. Özünütənzimləmə sistemi baş vermiş hər hansı bir həyəcan və ya çaxnaşmanın qarşısını müəyyən mexanizm vasitəsilə alır, yaranmış dəyişikliyi öz əvvəlki vəziyyətinə qaytarır. Tarix boyu biosferdə belə hallar çox baş vermişdir. Bunlara misal olaraq vulkan püskürməsini, asteroidlərlə qarşılaşma, zəlzələ, dağ- əmələgəlmə və s. göstərmək olar.
“Homeostazm” hal-hazırda “Le Şatelye-Brayn” prinsipi kimi adlandırılır.
Bu prinsipə əsasən “Xarici qüvvə tərəfindən öz müvazi­nət vəziyyətindən çıxan sistem qüvvənin az təsiri istiqaməti üzrə yerdəyişməyə məruz qalır”. Le-Şatelye-Brayn prinsipinin müasir dövrdə ayrı-ayrı regionlarda pozulması halı baş verir ki, bu da ekoloji krizisin yaranmasına səbəb olur (məs. səhraların yaranması və s.).
Biosferin dördüncü xüsusiyyəti onun “müxtəlifliyidir”. “Müxtəliflik” ekosistemin və biosferin dayanaqlığı şərtlə- rindən biridir. Biosferin əsas xassələrindən biri, onda olan ayrı- ayrı maddələrin dövretməsini yaradan mexanizmin olmasıdır.
Bu xassə, biosferdə ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin tükənməzliyini təmin edir. Yəni, o, yaşayış məskəni (su hövzəsi, yerüstü, torpaqdaxili və s.), iqlim xüsusiyyətinə görə fərqlənən müxtəlif təbii zonalar, geokim­yəvi sahələr və s. xüsusiyyətlərə malikdir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin