Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Mühitin çirkləndirilməsinin buraxılabilən qatılıq həddi (BBQ)



Yüklə 3,52 Mb.
səhifə19/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   15   16   17   18   19   20   21   22   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

12. Mühitin çirkləndirilməsinin buraxılabilən qatılıq həddi (BBQ). Buraxılabilən qatılıq həddində hər hansı bir zərərli maddə insana və onun nəslinə birbaşa və ya bilavasitə təsir etdikdə, onlarda mənfi dəyişikliklər yaratmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici mad­də­lərin BBQ aşağıdakı cədvəl 3.1 və cədvəl 3.2-də verilmişdir.

Cədvəl 3.1.


Su hövzəsində, mq/m3suda

Maddə

Sanitar məişət

Balıq təsərrüfatı

Civə

0,0005

0,001

Qurğuşun

0,03

0,1

Neft məhsulları

0,001

0,001

Benzol

0,5

0,5

Anilin

0,1

0,1

Xlorofos

0,05

0,0

Cədvəl 3.2.
Torpaq və qida məhsullarında, mq/kq məhsulda

Maddələr

Torpaq

Dənli bitkilər

Çörək

Tərəvəz

Civə

2,1

0,03

0,02

0,05

Mışyak

2,0

0,2

0,2

0,2

Qurğuşun

32,0

0,3

0,3

0,3

Sürmə

4,5

0,1

0,1

0,3

Mis

3,0

10,0

10,0

5,0

Sink

23,0

50,0

50,0

10,0

Nikel

4,0

0,5

0,5

0,5

Xrom

6,0

0,2

0,2

0,2

Göstərilən cədvəllərdə hər bir komponentin BBQ-ı göstə­ril­­miş­dir.




3.2. Biosferdə maddələrin dövretməsi

Maddələrin dövretməsini iki yerə ayırmaq olar:


– İrihəcmli və ya geoloji (quru və okean arasında) və kiçik və ya bioloji (ekosistem həddində).
Kiçik dövretməyə geoloji dövretmənin bir elementi kimi baxmaq olar. Həyat üçün istifadə olunan, biosferdə dövr edən kimyəvi elementlərin və qeyri-üzvü birləşmələrin hərəkətinə elementlərin dövr etməsi və ya biogen elementlərin dövretməsi deyilir.
Dövretmə “dövretmə sürəti” və “dövr vaxtı” ilə xarakteri­zə olunur. “Dövretmə sürəti”, müəyyən zamanda, əsas hissədən ayrılan maddənin miqdarıdır. “Dövr vaxtı”, maddənin tam dəyişilməsinə sərf olunan vaxtdır. Məsələn, komponentin tərkibində 1000 ədəddən ibarət maddə varsa, ondan bir saat ərzində 10 ədəd ayrılırsa, onda “dövrü sürət” 10/1000, yəni 1 % olacaqdır. “Dövr vaxtı” isə 1000/10, yəni 100 saat olacaqdır.
Biosferin mövcudluğunun təmini baxımından biokimyəvi dövretməni iki yerə bölürlər:
– Atmosferdə və hidrosferdə olan ehtiyat fondu ilə birlik- də qazşəkilli maddələrin dövretməsi;
– Yer qabığının ehtiyat fondu ilə birlikdə çökmə dövrü.
Ekosistemdə maddələrin dövretməsi dedikdə, əsasən, onları təşkil edən kimyəvi elementlərin: C, O, N və P-nin dövretməsi başa düşülür. Bu ele­mentlər biogen, yeni həyat yaradan elementlər adlandırılır.
Karbonun dövretməsi. Karbon biosferin bütün sahələ­rin­də və bizi əhatə edən mühitdə mövcuddur. O, atmosferdə karbon qazı (CO2) kimi mövcuddur.
Antropogen təsirdən atmosfer havasının tərkibində CO2-nin miqdarı daim artır. Karbon yer üzərində olan bütün üzvü birləşmələrin strukturuna daxildir. Deməli, bütün canlıların tərkibində karbon mövcuddur. Həyat üçün lazım olan enerjini almaq üçün orqanizmin üzvü maddələri oksidləşərək CO2 və H2O yaradır. Bu prosesi “nəfəsalma” adlandırırlar. Bütün canlı orqanizmlər öldükdən sonra çürüməyə başlayırlar. Bu zaman, ayrılan C oksigenlə birləşərək CO2 şəklində “dövretmə sistemi­nə” daxil olur. Oksigen çatışmazlığı səbəbindən karbonun dövretməsi dayana bilər. Bu zaman torpağın tərkibində olan üzvü maddələr torf, daş kömür və ya neft şəklində torpaqda toplana bilər. Hidrosferdə CO2 həll olmuş formada olur. O bu­rada kalsium duzu yarada bilir. Bu proses karbonun dövretmə­sinə mane olur. Karbonun dövretməsi aşağıda göstərilən sxemdə (şəkil 3.1.) daha aydın görünür. Karbonun dövretməsi üzrə iri həcmli tədqiqat “Beynəlxalq geosfer-biosfer proqramı” çərçivəsində 1986-1996-cı illərdə aparılmışdır. Bu tədqiqatda əsas məqsəd CO2-nin atmosferə tullanmasından “parnik” effektinin yaranması və onun iqlim dəyişməsinə təsirini müəyyən etməkdən ibarət olmuşdur.


Şəkil 3.1. Karbonun dövretmə sisteminin sxemi

Hal-hazırda ekosistemdə karbonun dövretməsi, təxmini olaraq, müvazinət vəziyyətindədir. Belə bir fikir irəli sürülür ki, yaxın yüzillikdə atmosferə atılan CO2-nin artımı iqlimin istiləşməsi təsirindən destruksiya prosesi ilə əlaqədar azala bilər.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin