Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə38/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   34   35   36   37   38   39   40   41   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Mühəndis-texniki işçilərin təlimatlandırılmasının təşkili və aparılması. Müəssisəyə işə qəbul olunan bütün mühəndis-texniki işçilər (MTİ) ilə, onların iş stajından və istehsalatın xüsusiyyətindən asılı olmayaraq, işlərin təhlükəsiz aparılması üzrə giriş təlimatı keçirilməlidir.
Müəssisənin obyekt və sexlərində müxtəlif işlər aparan kənar təşkilatların MTİ ilə də giriş təlimatı aparılmalıdır.
Giriş təlimatı, müəssisəyə işə qəbul olunan mühəndis texniki işçilərin, ilk növbədə iş rəhbərlərinin (ustaların, icraçıların, sahə rəislərinin) müəssisədə əməyin mühafizəsi üzrə işlərin təşkilinin əsas məsələləri, ayrı-ayrı obyektlərin, sexlərin və müəssisənin bütövlükdə təyinatı və əmək şəraiti, təhlükəsiz əmək şəraitinin təmini üzrə onların vəzifələri, əməyin mühafizəsi məsələləri üzrə rəhbər sənədlərlə (qaydalar, normalar, standartlar, təlimatlar, əmrlər, göstərişlər və s.) tanış olmaq məqsədilə keçirilir.
MTİ-lə giriş təlimatı müəssisənin əməyin təhlükəsizliyi xidməti tərəfindən işlənib hazırlanan və baş mühəndis tərəfindən təsdiqlənən proqram üzrə keçirilir.
Müəssisəyə işə qəbul olunan, bir vəzifədən digərinə keçirilən ustalarla giriş təlimatından əlavə, iş yerində də təlimat keçirilməlidir.
Ustaların, icraçıların, iş rəhbərlərinin iş yerlərində təlimatlandırılmasını sex (xidmət, şöbə) rəhbəri keçirir. Bu zaman, usta, icraçı istehsalatın şəraiti, işin düzgün və təhlükəsiz təşkili üsulları ilə, iş prosesində vacib olan təlimat, qayda və konkret vəzifələrlə tanış olmalıdır.
MTİ-lə iş yerlərində vaxtaşırı təlimat keçirilmir. Lazım gəldikdə, onlarla müxtəlif cari məsələlər üzrə (tapşırıq-icazə ilə işlərin yerinə yetirilməsindən əvvəl, yuxarı təşkilatların göstərişilə, müəssisə rəhbərliyinin əmr və sərəncamı ilə) növbədənkənar və ya birdəfəlik təlimat keçirilir.
Bütün aparılan işlərin bilavasitə rəhbərləri (ustalar, iş icraçıları), sex, xidmət və digər istehsalat bölmələrinin rəisləri işə buraxılmazdan əvvəl və ya müəssisə rəhbərinin sərəncamı ilə müəyyən olunmuş vaxtda əməyin mühafizəsi məsələləri üzrə müvafiq təlim keçməli və təhlükəsizlik tələbləri üzrə bilikləri yoxlanılmalıdır.
MTİ-lə əmək mühafizəsi məsələləri üzrə təlim, bir qayda olaraq, müəssisənin baş və aparıcı mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş proqram üzrə qrup üsulu ilə aparılır. MTİ bilavasitə onların rəhbərlərinin nəzarəti altında fərdi təlim keçə bilərlər.
Müəssisələrdə vəzifəyə yeni təyin olunmuş və ya başqa vəzifəyə keçirilmiş bütün mühəndis-texniki işçilərin, əməyin təhlükəsizliyi məsələləri üzrə müvafiq təlim keçmələrindən sonra, təhlükəsizlik tələbləri haqqında bilikləri yoxlanılmalıdır.
Birlik, idarə və müəssisələrin rəhbər və mühəndis-texniki işçilərinin, istehsalat şöbələri rəislərinin, baş mütəxəssislərinin və aparıcı mühəndislərinin biliklərinin ilkin yoxlanılması müəssisə, birlik rəhbərliyi tərəfindən müəyyən olunmuş müddətdə, vəzifəyə təyin olunduğu vaxtdan bir ay gec olmayaraq keçirilir.
Ustaların, icraçıların, bilavasitə iş rəhbərlərinin bilikləri­nin ilkin yoxlanılması sərbəst işə buraxılmazdan əvvəl keçirilir.
Zəruri hallarda (məsələn elektrik qurğularının istisma­rında) ayrı-ayrı mühəndis-texniki işçilər müəyyən qaydada təlim keçməkdən başqa, sərbəst işə buraxılmazdan əvvəl, müəssisə rəhbərliyi tərəfindən, qüvvədə olan qaydaların tələb­lə­rinə uyğun edilmiş müddət ərzində təcrübə keçməlidirlər.
Vaxtaşırı aşağıdakı şəxslərin bilikləri yoxlanılır:
- ustaların, iş icraçılarının, sahə, qurğu, geofiziki partiya­ların və digər bilavasitə iş rəhbərlərinin – hər il;
- müəssisələrin və onların struktur bölmələrinin rəhbər­lərinin, şöbə rəislərinin, xidmət rəhbərlərinin, baş mütəxəssis­lərin və digər mühəndis-texniki işçilərin – 3 ildə bir dəfə;
- idarə və müəssisələrin baş direktorlarının, müdirlərinin, rəislərinin, onların müavinlərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətləri rəhbərlərinin – 5 ildə bir dəfə.
Rəhbər heyətin və MTİ-in bilikləri hər il tərtib olunmuş cədvəl üzrə aparılır.
Birlik və müəssisələrin rəhbər və mühəndis-texniki işçilərinin biliklərinin növbədənkənar yoxlanılması aşağıdakı hallarda keçirilir:
- yeni və ya yenidən işlənib hazırlanmış təhlükəsizlik qayda və normalar qüvvəyə mindikdə;
- istehsalatda yeni növ avadanlıqlar və ya yeni istehsalat prosesləri tətbiq olunduqda;
- onların rəhbərlik etdiyi işlərdə və obyektlərdə təhlükə­sizlik qayda və normalarının pozulması aşkar olduqda;
- yuxarı təşkilatların göstərişi, Dövlət nəzarət orqanları və Həmkarlar İttifaqının əmək üzrə texniki müfəttişlərinin tələbi ilə.
Biliklərin növbədənkənar yoxlanılmasının zəruriyyəti, həcmi və müddəti, hər bir konkret halda, müəssisə və ya birliyin rəhbərliyi tərəfindən müəyyən olunur.
Müəssisənin ustalarının, baş ustalarının, mühəndislərinin, sex, sahə rəislərinin, onların müavinlərinin və digər mühəndis-texniki işçilərinin biliklərini müəssisədə əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiya (DFK) yoxlayır.
Sex və sahələrin qalan MTİ-in biliklərinin yoxlanılması, tərkibində sex rəisi, sex rəisinin müavini, əməyin təhlükəsizliyi xidməti işçiləri, müəssisənin texniki-istehsalat xidmətinin mütəxəssisləri daxil olan komissiya tərəfindən həyata keçirilir. Bu komissiyalar müəssisə rəhbərinin əmri ilə yaradılır.
Müəssisənin rəhbər işçilərinin, baş mexaniklərinin, baş energetik və əməyin təhlükəsizliyi xidməti işçilərinin, baş mütəxəssislərinin, şöbə rəislərinin və birliyin idarəetmə apara­tı­nın digər MTİ-in biliklərinin yoxlanılması birliyin əməyin təhlü­kə­siz­liyi üzrə DFK-sı və ya yoxlanılan işçilərin vəzifəsin­dən asılı olaraq, DFK-nın köməkçi komissiyası tərəfindən həyata keçirilir.
Müəssisələrin baş energetiklərinin biliklərini birliyin baş energetikinin sədrlik etdiyi komissiya yoxlayır.
Birliyin tabeliyində olan idarə, müəssisə və digər təşkilat­la­rın rəhbər işçilərinin, baş mütəxəssislərinin, əməyin təhlükə­siz­liyi xidmətinin rəhbərlərinin biliyi, yoxlanılan işçilərin vəzifəsindən asılı olaraq, birliyin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası tərəfindən yoxlanılır.
Rəhbər və mühəndis-texniki işçilərin biliklərini yoxlayan komissiyalarda birliyin, idarənin, müəssisənin, Həmkarlar İtti­faq­ları komitələrinin, Dövlət nəzarət orqanlarının, nümayən­də­ləri iştirak edə bilərlər.
Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş şəxs komissiyanın qərarı ilə işə bilavasitə rəhbərlikdən kənarlaşdırılır və 2 həftə müddətində təkrar yoxlamadan keçir.
Təkrar yoxlama zamanı da, qeyri-kafi nəticələr göstərən şəxslərə qarşı komissiya, hüquqi qaydada müdiriyyət qarsısın­da onların tutduğu vəzifədən azad olunması haqqında məsələ qaldırır.
Müəssisələrdə əməyin mühafizəsinin ən mürəkkəb məsə­lə­ləri üzrə bilik səviyyəsinin artırılması məqsədi ilə, müəyyən olunmuş qaydada, qısa seminarlar, kurslar və mühazirələr təşkil olunmalı, konferensiya və müşavirələr, həmçinin əməyin mühafizəsi məsələləri üzrə qabaqcıl kollektivlərin təcrübəsi və təcrübə mübadiləsi keçirilməlidir.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin