Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


İstehsalat bədbəxt hadisələrinin səbəbləri



Yüklə 3,52 Mb.
səhifə45/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   41   42   43   44   45   46   47   48   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

5.4. İstehsalat bədbəxt hadisələrinin səbəbləri

İstehsalatda baş verən bədbəxt hadisələrin səbəblərini üç qrupa ayırmaq olar: 1) təşkilati; 2) texniki; 3) sanitariya – gigiyena.


Təşkilati səbəblərə bunlar aiddir:
- texnoloji prosesin pozulması;
- əməyin düzgün təşkil edilməməsi;
- avadanlığın düzgün planlaşdırılmaması; iş yerinin düz­gün təşkil edilməməsi;
- görülən işə uyğun olmayan avadanlıqdan, qurğudan və alətdən istifadə edilməsi;
- görülən işə rəhbərliyin nəzarətinin olmaması;
- işçinin sənətinə uyğun olmayan işə cəlb edilməsi;
- işçilərə təhlükəsiz icra üsullarının öyrədilməməsi;
- təhlükəsizlik texnikası üzrə təlimatların pozulması;
- fərdi mühafizə vasitələrinin olmaması və ya onların key­­­fiy­­yətsiz olması.
Texniki səbəblərə aşağıdakılar aiddir:
- texnoloji prosesin təkmil olmaması;
- avadanlığın texniki və konstruktiv çatışmazlıqları;
- energetika və nəqliyyat sistemlərinin konstruktiv çatış­ma­maz­lıqları;
- təhlükəsizlik vasitələrinin (bloklama, çəpərləmə, qoru­yu­cular) təkmil olmaması;
Sanitariya –gigiyena səbəblərinə aiddir:
- iş yerlərində qeyri-normal meteoroloji şəraitin olması;
- iş yerlərinin qeyri-səmərəli işıqlandırılması;
- iş zonası havasının zərərli qazlar, buxar və tozlarla çirk­lən­məsi;
- iş yerində səs-küyün, titrəyişin, ultrasəsin və başqa zərərli şüalanmaların yüksək səviyyələri;
- gigiyena qaydalarının pozulması, tibbi nəzarətin olma­ması və s.
Bədbəxt hadisə bir və ya bir neçə göstərilən səbəblərdən baş verə bilər. Adətən, bu səbəblər bədbəxt hadisəni təhqiq etdikdə aşkar edilir və onların aradan götürülməsi üçün tədbirlər görülür.
5.5. İstehsalatda sağlam iş şəraitinə qoyulan tələblər

İstehsalat sanitariyası – istehsalatın zərərli amillərinin iş­çi­lə­rə təsirinin qarşısını olan və ya azaldan təşkilatı tədbirlər və texniki vasitələr sistemidir. Əvvəldə qeyd edildiyi kimi, istehsalatın zərərli amili elə amildir ki, onun müəyyən şəraitdə işçiyə təsiri xəstələnməyə və ya əmək qabiliyyətinin azalma­sına gətirib çıxarır.


İstehsalat sanitariyası sanitariya normaları və qaydaları­nın işlənib hazırlanmasını, istehsalat müəssisələrində məişət xidməti otaqlarının müvafiq avadanlıqla təchiz olunmasını, iş yerlərinin səmərəli işıqlandırılmasını və normal mikroiqlimin təmin edilməsini, işçilərin səs-küydən, titrəyişdən və müxtəlif zərərli şüalanmadan mühafizəsini nəzərdə tutur.
İstehsalat sanitariyası atmosfer havasının mühafizəsi ilə sıx əlaqədardır. Cəmiyyətin həyatının bütün sahələrini əhatə edən elmi-texniki inkişaf, istehsalın artan inkişaf sürəti, şəhərlərin böyüməsi, atmosferdən getdikcə daha geniş istifadə olunması və insanın ətraf təbii mühitə daha geniş miqyasda təsir göstərməsi atmosfer havasının mühafizəsinə diqqəti artırmağı tələb edir. Respublikamız atmosfer havasının çirk­lən­mə­sinin, ona digər zərərli təsirlər göstərilməsinin qarşısını almaq, bunları aradan qaldırmaq məqsədilə elmi surətdə əsaslandırılmış texniki, iqtisadi, sosial və digər tədbirlər kompleksini həyata keçirir, habelə bu sahədə beynəlxalq əməkdaşlıq edir.
Əməyin gigiyenası tibb elminin profilaktik hissəsi olub, istehsalatda işçinin daim işgüzarlığını saxlamaq, işlə əlaqədar olan peşə xəstəliklərini və istehsalatın işçinin səhhətinə təsir edə biləcək mənfi təsirini aradan qaldırmaq üçün elmi və təcrübi tədbirlərin işlənməsi ilə məşğul olur.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin