ti – i bəndində xəbərin saxlanılma vaxtı;
n – idarə sistemində bəndlərin sayı;
To – operator tərəfindən xəbərin “gecikdirmə” vaxtı
(xəbərin operatora çatdığı andan operatorun ona
cavab verməsinə qədər olan vaxt).
“MİS” xəbərinin müxtəlif bəndlərdə gecikdirmə vaxtını müqayisə etsək görərik ki, bu sistemdə insan ən geridə qalmış bənddir. adətən То- a nisbətən 100-1000 dəfə kiçik olur.
Operator tərəfindən xəbərin “gecikdirmə” vaxtı belə hesablanır:
(5.5)
burada k – cihazların sayı;
∆t – cihazın göstərişinin tam oxunma vaxtı;
– gözün bir cihazdan başqasına keçirilməsinə sərf olan vaxt;
tc – operatorun özündən asılı olmayaraq işdən ayrılma vaxtı;
tmi – maşının idarə sistemindəki tənzimlənməyə sərf olan mühərrik vaxtı;
m – sistemdəki tənzimləyicilərin sayı;
ni – eyni tipli cihazların və ya nəzarətin sayını göstərir.
Xəbər (informasiya) axınının vahidi bit/san ilə ölçülür. İnsan bir saniyə ərzində 7 2 qərar qəbul edə bilir. İnformasiyanın artması onun qəbul sürətini artırır və operator səhv etməyə başlayır. İnformasiya azaldıqda isə, operatorda bekarçılıqdan yorulma, səhvlərin artması baş verir.
Dəqiqlik və etibarlılıq olmadıqda operator tərəfindən edilən səhvlərin sayı artır, bu da məhsulun zaylığına, əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olur.
Dəqiqlik baxımından MİS-də insan ən zəif bənd hesab edilir. Bu halda, məşq böyük əhəmiyyət kəsb edir. Lakin, tam məşqə ümid bağlamaqla, operator tərəfindən edilən səhvləri azaltmaq olmaz. Faktlar göstərir ki, hətta böyük iş təcrübəsinə malik olan operator da bəzən kobud səhvlər edir. Buna görə də, səhvlərin azaldılması üçün sistemə paralel olaraq bir-birindən asılı olmayan iki operatorun qoşulması məqsədəuyğundur. Bu halda, idarə konturuna əlaqəli iki nəzarət çıxışı qoymaq lazımdır. Belə bir halda, sistemdən yalnız hər iki operatorun eyni zamanda etdiyi səhv keçə bilər. Bu səhvin ehtimalı çox az olur. Onu aşağıdakı düsturla hesablamaq olar:
(5.6)
burada – əməliyyatın yerinə yetirilməsi üçün lazım olan vaxt;
P1i – birinci operator S əməliyyatını yerinə yetirərkən edə biləcəyi i tipli səhvin ehtimalı;
P2i – ikinci operator S əməliyyatını yerinə yetirərkən edə biləcəyi i tipli səhvin ehtimalı;
N – əməliyyatların sayı;
n – səhvlərin sayıdır.
Operator işinin etibarlılığına ətraf mühitin böyük təsiri olur. Etibarlılığı artırmaq məqsədilə, operator üçün normal iş şəraitinin yaradılması vacibdir.
MİS-də iş şəraitinə təsir edən daha bir faktor antropometrik xarakterdir (AX). Burada, əsasən, insan bədəninin və onun ayrı-ayrı hissələrinin ölçülərilə iş yerinin, konstruksiya və maşının idarə orqanlarının ölçüləri arasında olan əlaqə öyrənilir.
Son vaxtlara qədər, hər hansı bir yeni texnika layihə edilərkən, yalnız onun məhsuldarlığı, etibarlılığı və iqtisadi cəhətdən əlverişliliyi nəzərə alınırdı.
İnsanın istehsalatda rolunun artması, onun hərtərəfli inkişafı təkcə iqtisadi göstəricilərin yox, həmçinin sosial effektivliyin bu və ya digər layihədə nəzərə alınmasını məcburən tələb edir. İnsan tərəfindən idarə edilən və ya nəzarət edilən maşın və ya hər hansı bir texnoloji proses, qabaqcadan onun fəaliyyətinin xüsusiyyətini, faktiki iş şəraitinin göstəricilərini müəyyən edir. Bu şəraitdə işin mürəkkəblik və ağırlıq dərəcəsi müvafiq olaraq aşağıdakılarla müəyyən edilir:
1. İnsan bədəninin və ayrı-ayrı bədən üzvlərinin ölçüsünün iş yeri konstruksiyasına və ölçüsünə, idarə orqanlarına və c. uyğunluğu;
2. Fiziki şərait, əl və ayaq hərəkətlərinin trayektoriyası və sürətinin insanın fiziki imkanına uyğunluğu;
3. İşin mürəkkəbliyinin işçinin iş təcrübəsi və qabiliyyəti ilə uyğunluğu;
4. Daxil olan informasiyanın həcmi, sürəti və strukturası ilə insanın bacarığı arasında uyğunluq.
İşləyən işçilərin sayından asılı olaraq, iş yeri fərdi və kollektiv olur. Adətən, iş yeri oturaq, ayaq üstə və oturaq – ayaq üstə olur.
Erqonomik tələblər istehsal avadanlığının elə elementlərinə verilir ki, həmin elementlərlə insan avadanlığın quraşdırılması, istismarı, təmiri və nəqli vaxtı bilavasitə əlaqədar olur. İstehsal avadanlığına ümumi erqonomik tələblər dövlət standartı ilə müəyyən edilir. Bu tələblər, əsasən, insanların iş yerlərinə, iş yerlərindəki idarəetmə orqanlarına və informasiyanı əks etdirən vasitələrə olan erqonomik tələblər məcmusudur.
İstehsalatda iş yerlərini təşkil etdikdə görüləcək işin fiziki ağırlığı, iş zonasının həndəsi ölçüləri, işçinin əmək fəaliyyətində hərəkət etməsi lüzumu, əməliyyatların tələb etdikləri dəqiqlik, iş vaxtı ərzində passiv müşayiət və fiziki işlərin ardıcıllığı, yazı qeydlərinin aparılması lüzumu və başqa xüsusiyyətlər nəzərə alınır.
Görülən işin ağırlıq kateqoriyasından asılı olaraq, oturaq və ayaq üstü vəziyyətdə görülən işlər dövlət standartları ilə müəyyən edilmiş erqonomik tələblərə uyğun olmalıdır.
İstehsalat avadanlığının və iş yerinin konstruksiyaları elə olmalıdır ki, işçinin optimal vəziyyətdə işləyə bilməsi təmin edilsin. Bu məqsədlə, işçi səthin və ya işçinin oturacağının hündürlüyü idarə edilə bilən olmalıdır.
İnsan-operator tərəfindən yerinə yetirilən əməliyyatlar (informasiyanın oxunması və idarəetmə orqanlarından istifadə etmək) tezliyinə görə üç kateqoriyaya bölünürlər:
1. Çox tez-tez görülən əməliyyatlar (əgər 1 dəq. ərzində əməliyyat iki və daha çox dəfə görülərsə);
2. Tez-tez görülən əməliyyatlar (əgər 1 saat ərzində əməliyyat iki dəfədən çox, ancaq 1 dəq. ərzində iki dəfədən az görülürsə);
3. Hərdənbir görülən əməliyyatlar (əgər 1 saat ərzində əməliyyat iki dəfədən çox görülmürsə).
Əməliyyatın tezlik kateqoriyasından asılı olaraq, bu əməliyyatın yerinə yetirilməsi üçün istifadə edilən texniki vasitənin iş yerində yerləşdirilməsi müəyyən edilir.
İstehsal prosesində insan – operator üçün təşkil edilən iş yeri informasiya sahəsindən və avadanlıq sahəsindən ibarət olur. İnformasiya sahəsində informasiyanı əks etdirən texniki vasitələr, avadanlıq sahəsində isə idarəetmə orqanları yerləşdirilir.
İdarəetmə orqanları aşağıda göstərilən tələblərə cavab verməlidir:
- forması, ölçüləri və səthi iş üçün rahat olmalıdır;
- iş zonasında elə yerləşdirilməlidir ki, aralarındakı məsafə iş əməliyyatlarının yerinə yetirilməsini çətinləşdirməsin;
- idarəetmə orqanlarının birgə tərtib edilməsində onların vacibliyi, istifadə edilmə ardıcıllığı və tezliyi nəzərə alınmalıdır;
- idarəetmə orqanları elə hazırlanmalı və ya bloklanmalıdır ki, iş əməliyyatlarının səhv ardıcıllığı alınmasın;
- onların konstruksiyası və yerləşdirilməsi, avadanlığın öz-özünə qoşulması və dayandırılması hallarının qarşısını almalıdır.
Qəza idarəetmə orqanı formaca fərqlənməli və qırmızı rəngdə olmalıdır. Qəza siqnalı verən element (səs və ya işıq) nəzər və eşitmə sahəsində olmalıdır.
İstehsalat əhatəsi iş şəraitinə hərtərəfli təsir edir. İş əhatəsi işçiyə təsir edən fiziki, kimyəvi, bioloji, sosial, psixoloji və estetik faktorların məcmusundan ibarətdir.
İş əhatəsinə olan tələbatlar əsasən aşağıdakılardan ibarət olmalıdır:
- iş əhatəsinin işçiyə kompleks şəkildə uzunmüddətli təsirindən işçinin səhhətinə mənfi təsir olmamalıdır;
- iş əhatəsi görülən işin etibarlılığına və keyfiyyətinə təsir etməməlidir.
İşçiyə təsir edə biləcək faktorların maksimal həddi buraxıla bilən səviyyə və ya qatılıq adlandırılır.
Ümumiyyətlə iş əhatəsi insana təsir dairəsinə görə dörd hissəyə bölünür:
1. Komfort iş əhatəsi – işçi özünü gümrah və sağlam hiss edir, daim işgüzarlığını saxlayır;
2. Nisbətən diskomfort iş əhatəsi – müəyyən vaxt ərzində işçinin iş qabiliyyətinə və sağlamlığına (qoyulmuş norma həddində) nisbətən təsir olur. Bu, işçidə funksional (norma həddində) dəyişikliklər yaranmasına səbəb olur.
3. Ekstremal iş əhatəsi – işçinin iş qabiliyyətinin azalmasına və onda funksional dəyişikliklərin yaranmasına səbəb olur. Lakin, bu hal insan orqanizmində patoloji dəyişikliklərin yaranmasına səbəb olmur.
4. Həddindən artıq ekstremal iş əhatəsi – insan orqanizmində patoloji dəyişikliklərin yaranmasına səbəb olur. Bu zaman, görüləsi işin yerinə yetirilməsi qeyri-mümkün olur.
İş əhatəsinin kompleks şəkildə qiymətləndirilməsi zamanı onun ağırlıq dərəcəsi nəzərə alınmalıdır. İşin ağırlıq dərəcəsi dedikdə, iş əhatəsinin insan səhhətinə və onun işgüzarlığına olan kompleks təsir dərəcəsi nəzərdə tutulur. Bu baxımdan işlər altı kateqoriyaya bölünür:
- birinci kateqoriya – görülən işlər optimal iş şəraitində aparılır. İş əhatəsi xoşagələn və sakit şəraitdir;
- ikinci kateqoriya – görülən işlər istehsalat faktorlarının buraxılabilən qatılıq həddi çərçivəsində aparılır. Bütün normalar sanitar normaları həddindədir;
- üçüncü kateqoriya – nisbətən əlverişli olmayan istehsalat əhatəsinin işçilərə təsirindən onların halı pisləşir. Əmək göstəriciləri azalır;
- dördüncü kateqoriya – tam əlverişli olmayan istehsalat əhatəsi təsirində insanlarda patoloji dəyişikliyə qədər hal yaranır. İnsanda iş qabiliyyəti pozulur;
- beşinci kateqoriya – iş gününün axırında insan orqanizmində görülən işin və mühitin təsirindən patoloji dəyişikliklər yaranır;
- altıncı kateqoriya – iş şəraitinin təsirindən insanda iş həftəsi ərzində beşinci kateqoriyadakıdəyişikliklər yaranır.
Dostları ilə paylaş: |