Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Səs-küyün mənbədən ətraf mühitə yayılma yollarında azaldılması



Yüklə 3,52 Mb.
səhifə64/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   60   61   62   63   64   65   66   67   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

7.7. Səs-küyün mənbədən ətraf mühitə yayılma yollarında azaldılması

İstehsalat səs-küyünün, onun yaratdığı mənbədən ətraf mühitə yayılma yollarında azaldılması inşaat-akustik tədbirlər kompleksinin yerinə yetirilməsi ilə əldə edilir. Bu tədbirlər kompleksinin layihələri hazırlandıqda, inşaat norma və qayda­la­rının tələblərini yerinə yetirmək lazımdır.


Sənaye müəssisələrinin baş planları, habelə istehsalat binalarının və sexlərin planları hazırlandıqda səs-küydən mühafizə tədbirləri nəzərdə tutulmalıdır. Belə ki, güclü səs-küyü olan sex və qurğular ayrıca komplekslər şəklində müəs­si­sə ərazisində bir yerə yığılmalı və səs-küy udan ağac­lardan ibarət sıx yaşıllıq zolağı ilə əhatə edilməlidirlər. Labora­toriya, kons­truktor büroları, hesablama mərkəzləri, idarə binaları və istirahət zonalarının səs-küydən mühafizə edilməsi üçün, onlar səs-küylü sexlərdən və qurğulardan uzaqda yerləşdirilməlidir.
Sexlərdə bir neçə səs-küylü dəzgah və maşın. yaxud texnoloji xətt olduqda, onların az səs-küylü sahələrdən xüsusi səsizoləedici arakəsmələr və ya ekranlar ilə ayrılması nəzərdə tutulmalıdır. Bundan əlavə, səs-küylü maşınları səs izoləedici örtük altında yerləşdirmək və səs-küylü maşınlara xidmət edən işçilər üçün səs izoləedici kabinələr nəzərdə tutmaq lazımdır.
Sexlərdə səs-küyün ümumi fonu, maşın və avadanlığın bilavasitə yaratdığı səs-küylə və ətraf səthlərdən (tavan və divarlardan) əks olunaraq gələn səslərin cəmi ilə səciyyələnir. Sexlərin tavan və divarlarını səsudan material və konstruksi­yalarla örtməklə, əks olunan səsin intensivliyini azaltmaq olar. Səsudan material və konstruksiyalar, müəyyən gigiyena, esteti­ka, həmçinin mexaniki qüvvələrə, yanğına və nəmə qarşı davamlılıq kimi tələblərə cavab verməlidir. Hər bir xüsusi halda, tələb olunan rəqs tezliyində maksimal səsudma qabiliyyətinə malik olan bu və ya digər material seçilir. Güclü səs-küy yaradan maşın və aqreqatların üstündə tavandan asılı xüsusi səsudan konstruksiyalar yerləşdirməklə əksolunan səs-küyü azaltmaq mümkündür. Bu səsudan konstruksiyalar kürə, yarımkürə, konus, prizma və piramida şəklində olan həcmi elementlərdən hazırlanır və bir-birindən müəyyən məsafələrdə tavandan asılır.
İstehsalat sexlərində, əsasən, düz istiqamətlənmiş inten­siv səs-küyü azaltmaq üçün akustik ekranlardan istifadə edilir. Akustik ekranlar əks olunmuş səs-küyü azaltmaq qabiliyyətinə malik olmadıqlarına görə, onlar sexin daxili səthlərinin (divar və tavanın) səsudan materiallarla örtülməsi ilə birlikdə istifadə edilir.
Sənaye müəssisələrinin səs-küylü sexlərində səs-küyü azaltmaq üçün ən sadə və ucuz başa gələn tədbirlərdən biri, səs gücü yüksək olan maşın və aqreqatların səs izoləedici örtüklər altında yerləşdirilməsidir. Səs izoləedici örtük vasitəsilə səs-küyü istənilən səviyyəyə qədər azaltmaq və daimi iş yerlərində normal şərait yaratmaq mümkündür. Örtüklər müxtəlif kons­truk­si­yalarda hazırlana bilər: söküləbilən, qaldırılabilən, pəncə­rəli, qapılı, müxtəlif kommunikasiyaları örtük altına daxil etmə­yə imkan verən. Ancaq örtüyün bu göstərilən elementlə­rinin hamısı kip olmalı və səsi yaxşı izolyasiya etməlidir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin