Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Sıxılmış, həll olmuş və mayeləşdirilmişqazlar üçün balonlar



Yüklə 3,52 Mb.
səhifə73/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   69   70   71   72   73   74   75   76   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

8.4. Sıxılmış, həll olmuş və mayeləşdirilmişqazlar üçün balonlar

Balonlar sıxılmış (oksigen, hidrogen, azot, hava və s.) mayeləşdirilmiş (karbohidrogen qazları, ammiak, xlor) və həll olmuş (asetilen) qazların nəqli və saxlanması üçün tətbiq edilir.


Sıxılmış qaz doldurulmuş balonlarda təzyiq 15МPа qədər olur. Buna görə də, onları, əsasən, tikişsiz bütöv borular­dan hazırlayırlar. Təzyiqi 3МPа qədər olan qaz balonlarını qaynaq tikişli borulardan hazırlamağa icazə verilir.
Balonlar doldurulub-boşaldılma ventilləri ilə təchiz edilirlər. Hidrogen və başqa yanar qaz doldurulmuş balonların yan çıxış xətti sol yiv, oksigen və başqa yanmayan qaz balonlarının çıxış xətti isə sağ yiv ilə təchiz edilir. Bu, hər balonun ona zidd olan sahədə tətbiq edilməsi üçün zamin yaradır. Balonların yan ventillərinin çıxışı qapayıcılarla, ventilin özü isə metal və ya plastmas örtüklə qorunurlar.
Balonların vertikal vəziyyətdə dayanıqlığını təmin etmək üçün onlar polad başmaqla təmin olunurlar.
Mayeləşdirilmiş qazla doldurulan balonlarda ümumi həcmin 10%-i boş saxlanılmalıdır. Əks halda, temperaturun artması balon daxilindəki təzyiqin artmasına və onun partlama­sına səbəb ola bilər.
Sıxılmış, mayeləşdirilmiş və həll olmuş qazlar üçün hazırlanan balonlar qazın tipinə uyğun müvafiq rənglərlə rənglənirlər.
Cədvəl 1-da qazın növündən asılı olaraq tətbiq edilən balonların rəngi, işarələri və qeydləri verilmişdir. Balonların rənglənməsi, yağlı və nitro rənglərlə aparıla bilər.
Balonun yuxarı sferik hissəsinə aşağıdakı göstəricilər həkk olunur:
- hazırlanan zavodun işarəsi;
- balonun nömrəsi;
- boş balonun kütləsi, (N);
- hazırlanma tarixi və növbəti müayinə ili;
- işçi təzyiqi, (P, МPа);
- hidravliki sınaq təzyiqi, (P, МPа);
- balonun həcmi, (l);
- zavod ТNŞ işarəsi.
Balonların partlayış təhlükəsi onların daxilindəki qazın tipindən asılı deyildir. Onların partlamasının başlıca səbəbi müəyyən yüksəklikdən düşməsi və yaxud zərbədən gövdəsinin zədələnməsindən ibarətdir. Bu hal öz təsirini qabdaxili temperatur 300C-dən yüksək olduqda daha kəskin göstərir.
Balonların həddindən artıq doldurulması da onların partlamasına səbəb ola bilər.
Balondan çıxan oksigen axın hissəsində olan yağla birləşərək alışır və balonun partlamasına səbəb olur.
Balon daxilində olan hidrogen 1%-dən çox oksigenlə qarışdıqda, balon daxilində pas yığıldıqda o, partlamaya məruz qalır. Asetilenin saxlanması və nəqli üçün xüsusi balonlardan istifadə edilir.
Oksigen balonlarının daxilinə və yaxud onun ventilinə yağ və yaxud yağlı maddə düşdükdə, birləşmə yerlərinə yağlı araqatları işlətdikdə, onlar partlayışa düçar ola bilərlər.

Cədvəl 1
Balonların markaları



Qaz

Balonun rəngi

Üzərindəki yazı

Yazının rəngi

Üzərində çəkilmiş xəttin rəngi

Azot

qara

Azot

Sarı

qəhvəyi

Ammiak

sarı

Ammiak

Qara

-

Arqon təmizlənməmiş

qara

Arqon təmizlənməmiş





Arqon texniki

qara

Arqon texniki

Göy

Göy

Arqon təmiz

boz

Arqon təmiz

Yaşıl

Yaşıl

Asetilen



Asetilen

qırmızı

-

Butilen

qırmızı

Butilen

Sarı

Qara

Neft-qaz

boz

Neft-qaz

qırmızı

-

Butan

qırmızı

Butan



-

Hidrogen

tünd yaşıl

Hidrogen

qırmızı

-

Hava

qara

Sıxılmış hava



-

Oksigen

mavi

Oksigen

Qara

-

Hidrogen sulfid



Hidrogen sulfid

qırmızı

Qırmızı

Kükürd anhidrid

qara

Kükürd anhidrid



Sarı

Fosgen

xaki

-

-

Qırmızı

Freon-11

alümin

Freon-11

Qara

Göy

Freon-12

“----“

Freon-12

“----“

-

Freon-13

“----“

Freon-13

“----“

2 qırmızı

Freon-22

“----“

Freon-22

“----“

3 sarı

Xlor

xaki

-

-

Yaşıl

Etilen

bənövşəyi

Etilen

qırmızı

-

Bu balonlar məsaməli kütlə (aktiv kömür) və həlledici məhlul (aseton) ilə doldurulur. Balonlara vurulan asetilen asetonda həll olaraq onun daxilində olan kömürün məsamə­lə­rin­də paylanılır. Təhlükəsizlik qaydalarında asetilen balonları­nın konstruksiyalarına, onların doldurulmasına və müayinəsinə xüsusi tələbat irəli sürülür. Asetilen balonlarında təzyiq 1,6 МPа olur.


Balonların düzgün istismarı üçün onların daxilində qalıq təzyiqi 50 kP-dаn az olmamalıdır. Bu hal imkan verir ki, balon doldurulmazdan əvvəl onun tərkibindəki qaz götürülüb analiz edilsin və eyni zamanda balon daxilinə atmosfer havası daxil ola bilməsin.
İstismarda olan balonlar hər 5 ildən bir texniki müayinə­dən keçirilməlidir.
Korroziya törədən qazlarla (xlor, fosgen, hidrogen sulfid, hidrogen xlor və s) doldurulmuş balonlar hər 2 ildən bir müayinə edilir. Asetilen balonlarından başqa yerdə qalan balonların müayinəsinə daxil edilir:
- balonun daxili və xarici səthlərinin nəzərdən keçiril­məsi;
- həcm və kütləsinin yoxlanması;
- hidravliki sınaq.
Balonların daxili və xarici səthlərinin nəzərdən keçirilməsində məqsəd onlarda olan korroziyanı, çatları, əzik sahələri və s. varlığını aşkar edib onların sonrakı istismara yararlı olub olmamasını müəyyən etməkdən ibarətdir. Balon baxışdan əvvəl yaxşı təmizlənməli su ilə yuyulmalıdır. Lazım olduqda balonlar xüsusi həlledicilərlə yuyulurlar.
Baxış nəticəsində balonun xarici və daxili səthlərində çatlar, əzintilər, boşluqlar aşkar edilərsə və onların dərinliyidivar qalınlığının 10% -ni təşkil edirsə, bu balondan istifadə etmək qadağan edilir. Yiv hissəsində kələ-kötürlük yarandıqda, yiv yeyildikdə və balonun pasport göstəriciləri olmadığı halda da onların istismarına icazə verilmir.
Yuxarıda göstərilən nasazlığa rast gəlmədikdə balonların kütləsi və həcmi yoxlanılır. Kütlənin azalması və həcmin artması halına təsadüf edilərsə balondan kiçik təzyiqlər üçün istifadə edilir, və yaxud o, işə yararsız hesab edilir. Balonların aşağı təzyiqdə istifadə edilməsi halları aşağıda verilmişdir (cədvəl 2).

Cədvəl 2
Balonların aşağı təzyiqdə istifadəsi halları



Kütlənin azalması, %

Həcmin artması, %

İşçi təzyiqin dəyişməsi

7,5-dən 10-dək

1,5 - 2,0

15% azaltmaq

10 - 15

2,0 - 2,5

50% azaltmaq

15 - 20

2,5 - 3,0

0,6 MPa qədər

20-dən çox

3-dən çox

Balon yararsızdır

Balonların sınağı 1 dəqiqə ərzində işçi təzyiqindən 1,5 dəfə artıq təzyiq altında saxlanması ilə aparılır. Bu hidravliki sınaqdan sonra, balon 2 dəqiqə ərzində işçi təzyiq altında saxlanılmalıdır.


Hidravliki sınaqdan sonra, işçi təzyiqdə pnevmatik sınaq aparılır. Bu zaman, onlar dərinliyi 1 m-dən yuxarı olan su vannası içərisinə salınır.
Məsaməli kütlə ilə doldurulmuş asetilen balonları azot vasitəsilə 3,5MPa təzyiqlə sınaq edilir. Bu halda da balon dərinliyi 1m-dən az olmayan su vannası içərisinə salınır. Sınaq üçün istifadə edilən azotun təmizliyi 97%-dən az olmamalıdır.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin