Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Balonların istismarı, saxlanması və nəqli



Yüklə 3,52 Mb.
səhifə74/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   70   71   72   73   74   75   76   77   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

8.4. Balonların istismarı, saxlanması və nəqli

Balondan qazın götürülməsi və onda olan təzyiqin azaldılması üçün reduktorlardan istifadə edilir. Reduktor balon daxilindəki qaza uyğun rənglə rənglənməlidir.


Reduktor yüksək və alçaq təzyiq kamerası ilə təchiz edilir. Hər kamera ayrılıqda manometrlə, qoruyucu klapanla, tənzimləyici vintlər və şlanq geydirilmək üçün nippel ilə təchiz edilir.
Manometr ötürücü qayka vasitəsilə balonun ştuserinə bağlanır. Yanar qaz və oksigen balonları iş və laboratoriya otaqlarından kənarda yerləşdirilir. Otaqlarda yerləşdirilən qaz balonlarının istilik təsirindən təzyiq artmasına məruz qalma­ması üçün onlar istilik mənbələrindən 1m, açıq od mənbəyin­dən isə 5 m-dən çox məsafədə yerləşdirilir.
Qaz doldurulmuş balonlar vertikal vəziyyətdə saxlanılır. Bu məqsədlə onlar xüsusi yuvalarda, məhdudlaşdırıcı arasında yerləşdirilir və yaxud divara xamıt və ya zəncirlə bərkidilir. Toksik qaz balonları xüsusi otaqlarda yerləşdirilir. Otağın quruluşu təhlükəsizlik qaydalarına cavab verməlidir. Toksik olmayan başqa qaz balonları xüsusi otaqlarda və ya acıq havada belə saxlanıla bilər. Lakin, bu zaman onlar atmosfer çöküntülərindən və günəş şüalarından mühafizə olunmalıdırlar.
Yanar qaz balonları və yanğına kömək edən qaz balonlarının bir otaqda yerləşdirilməsi qadağan edilir.
Qaz doldurulmuş balonlar birmərtəbəli üstü yüngül örtüklü anbarlarda yerləşdirilir. Divarlar, arakəsmələr, örtük yanmayan odadavamlılıq dərəcəsi II olan materialdan hazırla­nır. Anbarın qapı və pəncərələri bayıra açılan olmalıdır. Döşə­mə sürüşməyən materialdan hazırlanmalıdır. Yanar qaz balon­ları anbarının döşəməsi qığılcım törətməyən materiallarla örtül­mə­lidir.
Balonlar istehlak yerlərinə xüsusi arabacıqlar və ya başqa qurğular vasitəsilə aparılır. Balonların əl ilə daşınmasına yol verilmir. Balonlar nəqliyyat vasitəsilə aparıldıqda, onlar horizontal vəziyyətdə olmalı, aralarında taxta və yaxud rezin arakəsmələr yerləşdirilməlidir. Horizontal vəziyyətdə yerləş­di­ril­miş balonların ventilləri bir istiqamətdə olmalıdır.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin