Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Ekosistemin strukturu və enerjisi



Yüklə 3,52 Mb.
səhifə8/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   4   5   6   7   8   9   10   11   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

2.2. Ekosistemin strukturu və enerjisi

Ekosistemlərin fəaliyyəti üçün onlar özündən enerji ayırmaqla maddələrin dövrü sistemi ilə əlaqədar olmalıdırlar. Ekosisiem, eyni zamanda, xarici təsirə müqavimət göstərmək qabiliyyətinə malik olmalıdır. Bu mexanizmləri açıqlamaq üçün ekosistemlərin aşağıdakı struktur və digər xüsusiyyətləri ilə tanış olaq.


Ekosistemin blok modeli. Hər bir ekosistem iki blokdan ibarətdir. Bunlardan biri canlı orqanizmlərin kompleks şəkildə qarşılıqlı əlaqəsidir (biosenoz). İkinci, mühit blokudur (biotop və ya ekotop). Belə olan halda:

Ekosistem = biosenos + biotop (ekotop)


Biogeosenoz və ekosistemi bir-birindən zaman faktoru fərqləndirir. Lakin, bununla belə, bu mövhumlara sinonim kimi baxılmır.


Göründüyü kimi, biogeosenoz özündə bütün blokları cəmləşdirir. O cümlədən, bitki aləmi də biosenoza daxil edilir. Bitki aləminin ekosistemdə mövcud olmadığı hala rast gəlmək olar. Lakin, belə halda, bitkilərin çürüntülərinin sistemdə iştirakı mövcud olur. Deməli, ekosistem zoosenoz və mikrobio­senoz­dan ibarət olaraq maddələrin dövrü sistemini yarada bilər. Buradan belə bir nəticə əldə etmək olar ki, hər bir biogeosenoz ekosistem adlandırıla bilər. Lakin, hər bir ekosistem biogeo­senoz adlandırıla bilməz. V.H.Sukaçev bloklar modelini aşağı­dakı sxem şəklində vermişdir (şəkil 2.2).
Ekosistemin növ strukturu. Növ strukturu dedikdə, ekosıstemi təşkil edən növlərin sayı və onların sayları arasında olun fərqlər nəzərdə tutulur. Ekosistemdə növlərin sayı haq- qında dəqiq məlumat yoxdur. Bu, ekosistemdə 100-lərlə kiçik orqanizmlərin olması ilə izah olunur. Növlər müxtəlif olduqda eksosistemdə şərait geniş olur. Növlərin müxtəlifliyi həmçinin eksosistemin yaşından asılıdır. Yeni yaranmış ekosistem yaşa dolduqca onlarda növlərin sayı artır. Yüksək dərəcədə formalaşmış ekosistemdə çoxluğu təşkil edən növlər dominant­lar adlandırılır (latınca “dominantis” – hakim demək­dir).


Şəkil 2.2. Bloklar modeli

Dominant­larla yanaşı edifıkatlar (latınca “edifıkator” – inşaatçı deməkdir) da mövcud­dur. Bunlara, əsasən, mühiti yaradan növlər aid edilir. Adətən, dominant növ edifikator adlandırılır. Məsələn, küknar meşəsində küknar dominant olmaqla bərabər yaratdıqları mühitə görə edifıkatordur.


Növ müxtəlifliyi ekosistemin ən əsas xüsusiyyətlərindən biridir. Növlərin müxtəlifliyi sistemdə dayanaqlığı mühafizə etmə qabiliyyətinə malik ola bilər. Azlıq təşkil edən növlər müəyyən şərait yarandıqda öz saylarını artırıb mühitdə domi- nantlıq yaradırlar.
Növ strukturu, adətən, bitki aləmində onun yarada biləcəyi xüsusiyyətləri öyrənmək üçün istifadə olunur.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin