8. Optimallıq prinsipi. Başqa sistemlər kimi, ekoloji sistem də müəyyən zaman və məkan həddində effektiv fəaliyyət göstərir. Başqa sözlə desək, heç bir sistem sonsuzluğa qədər nə kiçilə, nədə böyüyə bilər. Ölçü fəaliyyətə uyğun olmalıdır. Belə bir aforizm mövcuddur: – “Hər hansı bir giqantizm məhvin əvvəlidir”.
9. Adalarda növlərin xırdalığı prinsipi. Adalarda yaşayan hər hansı bir növ materikdə yaşayan eyni növə nisbətən xırda ölçüyə malik olur.
Buradan belə bir nəticə çıxarmaq olar ki, növlərin saxlanılması, çoxaldılması sahələri, qoruqlar və digər mühafizə sahələri kifayət qədər böyük sahəyə malik olmalıdır.
10. Qida zəncirində çirkləndiricilərin toplanma prinsipi. Qeyd etmək lazımdır ki, orqanizmlərin bütün ömrü boyu və ya müəyyən müddət ərzində qəbul etdikləri qidanın həcmi orqanizmlər həcmindin çox olur. Qəbul olunan qida daxilində olan çirkləndirici maddənin hamısı orqanizmdən xaric olmur. Bunlar orqanizmdə yığılaraq çirkləndiricilərin qatılığını artırırlar. Orqanizmdə gedən bu proses “Toplama effekti” adlandırılır. “Toplama effekti”, əsasən, dayanıqlılığı olan çirkləndiricilərlə əlaqədardır. Bunlara ağır metalları, üzvi birləşmələri və s. aid etmək olar.
Trofiki səviyyənin artması ilə orqanizmin ölçüsü də artıq olur. Bununla yanaşı, orqanizmdə maddələr mübadiləsi ləng gedir və onların orqanizmdən xaric olma surəti azalır. Bu proses “bioakkumliyasiya” adlanır.
Məsələn, “DDT” zəhərinin suda miqdarını vahid qəbul etsək, orada olan bakteriyalarda onun miqdarı 20-100 vahid, balıqlarda 5-12 min vahid, balıqla qidalanan quşlarda 30-100 min vahidə bərabərdir.
İnsan qida zənciri vasitəsilə qidalandığı üçün, hər qida tərkibində olan çirkləndiricilər onun bədənində toplanıb qalır. Deməli, insan öz-özünü zərər vurduğu mühitdən aldığı qida ilə zəhərləyir.
11. Ekosistemin öz-özünü təmizləmə sistemi. Ekoloji sistem və onun ayrı-ayrı mühitləri özünü təmizləmə xassəsinə malikdirlər.
Suda, havada və torpaqda baş verən özünütəmizləmə me- xanizmi bir-birindən kifayət qədər fərqlənir.
Atmosferin özünütəmizləmə qabiliyyəti onun surətlə hərəkət etməsi, sıxlığa malik olması, torpaq və su mühitlərilə kontaktda olması ilə əlaqədardır. Bu xüsusiyyətinə görə, atmosferə daxil olan çirkləndiricilər cazibə qüvvəsinin təsiri ilə ya suya, ya da torpağa düşərək dövri sistemə qoşulurlar. Atmosfer ozonun ultrabənövşəyi şüalarının, atmosfer çöküntülərinin, fotokimyəvi proseslərin və digər mexanizmlərin təsiri ilə də zərərli maddələrdən təmizlənmə xüsusiyyətinə malikdir. Havada yaranan durum, bəzən, onun özünü təmizləmə prosesinə mənfi təsir göstərir.
Su və torpaq mühitlərinin özünütəmizləmə qabiliyyəti canlı orqanizmlərin fəaliyyətləri ilə əlaqədardır. Bu orqanizmlər, çirkləndirici maddələri sadə kimyəvi elementlərə qədər parçalayaraq öz bədənlərində toplayır və onları dövrü hərəkətə qoşurlar.
Oliqotroflar (yoxsul həyat) az parçalanma və aşağı özünütəmizləmə potensialına malikdirlər.
Evtroflar (varlı həyat) yüksək parçalanma və özünü təmizləmə potensialına malikdirlər.
Suyun təmizlənməsi zamanı, ilk növbədə, onun oksigenlə zənginləşdirilmə prosesi aparılır. Suyun özünütəmizləmə prosesinə mənfi təsir edən əsas amillərdən biri də, onun atmosfer çöküntüləri ilə turşululuğunun artmasıdır.
Torpaq, suya nisbətən yüksək özünütəmizləmə qabiliyyətinə malikdir.
Torpağın özünütəmizləmə prosesinə onun sıxlığının artması, ağır metallarla çirklənməsi, tərkibindəki suyun və turşunun çox olması mənfi təsir göstərir.
Süni yaradılan mühitlərdə özünütəmizləmə prosesinin surəti aşağı olur. Bu, əsasən, həmin mühitlərin kimyəvi, bioloji, səs-küy və digər çirkləndiricilərinin birgə təsiri ilə izah edilir.