Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə23/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   19   20   21   22   23   24   25   26   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Kükürd qazları ilə ətraf mühitin çirkləndirilməsi yüksək kükürdlü neft və neft məhsullarının yanması zamanı baş verir. Qeyd etmək lazımdır ki, SO2-nin atmosferdə paylanması qeyri müntəzəm olur. Bu hal onun atmosferdə az müddət ərzində asılı vəziyyətdə qalması ilə izah edilir. Məsələn, kontinental sahədə havada olan SO2 10 saatdan sonra tamamilə başqa maddəуә, adətən sulfat turşusuna çevrilir. Kükürd qazlarının sulfatlara çevrilməsi prosesi ammonyakın iştirakı ilə getdikdə, reaksiya daha sürətli olur. Havadakı nəmliyin artması kükürd turşusunun artmasına səbəb olur. Hidrogen sulfidin insan orqa­niz­minə təsir edən konsentrasiyası 0,008 mq/m3 təşkil edir. Havada sulfatların miqdarının artması kükürd və onun birləş­mə­lə­rinin emalı zamanı da baş verir.
Atmosferə atılan çirkləndirici maddələrin hava ilə qarşı- lıqlı təsiri onların bir-birinə olan təsirlərindən daha çoxdur. Müəyyən edilmişdir ki, işığı udan zərərli maddələr onun tərəfindən parçalana bilərlər. Yer səthinə çatan günəş şüalarının radiasiya dalğasının uzunluğu 2900 A°-dən az deyildir. Bu onu göstərir ki, ilk fotokimyəvi reaksiya o maddələr arasında gedə bilər ki, onların udulma sahəsi 2900A°-dən yuxarı olsun. Deməli, qaz emalı zavodlarında kimyəvi çevrilmələrdə o maddələr iştirak edə bilər ki, onların udulma sahəsi 2900A°-dən yuxarıdır. Əldə olunan məlumata görə SO2 və H2S ozon və qısa dalğalı radia­siya şüaları vasitəsilə oksidləşərək stratosferə qalxır və aerozol hissə­cikləri yaradırlar. Bu aerozol hissəcik­lə­rinin stratosferdə ömrü 10-100 həftəyə qədər olur. Stratosferdə aerozol nüvəsinin saxlanılması troposferdən stratosferə yönəl­di­lən daimi qaz axınının mövcudluğu ilə izah edilir.
Kükürd anhidridi MnCl2, CuCl və s. katalizatorlarının təsiri ilə atmosfer su buxarında həll olaraq yer səthinə çökürlər.
SO2 və SO3 qaz fazasında, otaq temperaturunda və qaranlıqda gec oksidləşir. İşıq təsirindən SO2 molekulları aktivləşərək oksidləşirlər. Oksidləşmə spektrin ultrabənövşəyi zonasında baş verir. Müəyyən edilmişdir ki, SO2-nin fotooksidləşməsi intensiv günəş İşığında saatda 0,1-0,2% sürətlə baş verir. Kükürd iki oksid su ilə daha sürətlə reaksiyaya girib sulfat turşusu yaradır. Kükürd qazı günəş radiasiyasını dalğanın uzunluğu 2900-3000A0 həddində intensiv udur. Lakin, bu zaman fotonların enerjisi o qədər kiçik olur ki, kükürd qazının molekullarının dissosiasiyası həyata keçmir. Ancaq, bu zaman elektronların həyəcanlanması baş verir. Həyəcanlanan molekullar, başqalarına nisbətən, havadakı oksigenə daha həssas olurlar.
Müxtəlif tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ağ ciyər xərçəngi, dəri və digər patoloji xəstəliklər atmosfer havasının çirkləndirilməsi ilə sıx əlaqədardır. Məsələn, havada kükürd qazının konsentrasiyası 0,13 mq/m3 olduqda xroniki bronxit xəstəliyi 13%-ə, 0,78 mq/m3 konsentrasiyasında isə 26,5 %-ə çatır.
Kükürd qazının konsentrasiyasının havada artması ilə uşaq xəstəliklərinin miqdarının artması müşahidə olunur. Kanserogen maddələrin insan orqanizmi ilə təması yeni hüceyrə sisteminin yaranmasına səbəb olur. Orqanizmin belə bir sistemə uyğunlaşması, müasir zamanda, çətin müalicə olunan xəstəliklərin yaranmasına səbəb olur.
Atmosferdə olan çirkləndirici maddələr bitki aləminə də böyük təsir edir. Adətən bitkilər SO2-ə çox həssas olur. О, yarpaqların xlorofilini dağıdaraq fotosintez prosesinin getmə­sini ləngidir. Kükürd qazlarının bitki aləminə təsiri təkcə onun konsentrasiyasından yox, həmçinin bitkinin özünün xüsusiyyə­tindən də asılıdır. SO2-nin taxıla təsiri nəticəsində məhsuldarlıq 30-40% aşağı düşür.
Dəm qazı (CO) insan həyatı üçün təhlükəli qazlardandır. Onun atmosferə atılan miqdarı təbii yolla 500 mln. ton, antropogen yolla 304 mln. ton təşkil edir.
İnsan həyatı üçün daha təhlükəli olan CO qazının zəhərlə- yici təsiri bununla izah olunur ki, o, oksigenə nisbətən yüngül olduğuna görə, qanın hemoqlobini ilə əlaqəyə girib dayanıqlı karboksihemoqlobin yaradır. Beləliklə, orqanizmin oksigen çatışmazlığına, həmçinin ürək-damar sisteminin fəaliyyətinin pozulmasına səbəb olur. Ürək-damar xəstəliyi olan insanlar üçün CO öldürücü təhlükəyə malikdir.
Atmosferi çirkləndirən əsas qazlardan biri karbon qazıdır (CO2). XX əsrdə onun havada olan qatılığı 25% artmışdır. Son 10 il ərzində CO2 miqdarı atmosferdə 13% artmışdır. CO2 atmosferə atılması əsasən enerji istehsalı və istehlakı sahələrində baş verir. Atmosferə atılan CO2 miqdarı azalmazsa, parnik effektinin təsirindən yer üzərində temperaturun artması böyük fəlakət törədə bilər.
Temperaturun artması onunla izah edilir ki, günəşin ultra­bənövşəyi şüaları kifayət qədər CO2 və CH4 olan atmosfer qa- tını asanlıqla keçərək yer üzərinə çatır. Yer səthində əks olunun infraqırmızı şüalar CO2 yüksək olan atmosferdə saxlanılır ki, bu da temperaturun artmasına səbəb olur. Şimal yarımkürə­sində 1950-1980-cı illər arasında orta illik temperatur 0,4C° artmışdır. Belə artımın 2050-ci ildə 2-4C° olacağı gözlənilir. Buna görə də,dünya okeanlarında suyun səviyyəsinin yaxın 25 ildə 10 sm artma ehtimalı vardır.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin