Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Hidrosfer və onun çirkləndirilməsi



Yüklə 3,52 Mb.
səhifə27/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   23   24   25   26   27   28   29   30   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

3.4. Hidrosfer və onun çirkləndirilməsi

Hidrosfer dedikdə okeanlar, dənizlər, çaylar, göllər və yeraltı sular haşa düşülür. Yer səthinin 149 mln.km2-ni quru təşkil edirsə, onun 361 mln.km2-i su ilə örtülmüşdür. İstər okeanlar və istərsə də, dənizlər vahid bir su kütləsində birləşə­rək dünya okeanını əmələ gətirir. Bir sıra coğrafi xüsusiyyətlə­rinə görə dünya okeanı dörd okeana bölünür:


Sakit okean. Sahəsi 179,7 mln.km2, orta dərinliyi 4280 m-dir. Cənubdan Antarktida, şərqdən Amerikanın qərb sahilləri ilə əhatə olunmuşdur. Dərinliyi 7000 m-dən çox olan bir sıra çökəklikləri ilə fərqlənir. Okeanın ən dərin yeri sayılan Marian çökəkliyinin dərinliyi 11034 m-ə bərabərdir.
Atlantik okeanı. Sahəsi 93,4 mln.km2, orta dərinliyi 3765 m, ən böyük dərinliyi 8283 m-dir. Onun ən dərin çök­əkliyi Puerto-Riko çökəkliyidir. Şərqdən Avropa-Afrika sahilləri, qərbdən Amerika sahilləri, cənubdan Antarktida, Şimaldan isə Şimal buzlu okeanı ilə əhatə olunur.
Hind okeanı. Sahəsi 76 mln.km2, orta dərinliyi 3900 m, ən böyük dərinliyi isə Yava adası yaxınlığındakı Yava çökəkliyidir (7450 m.). Şimaldan Asiya qitəsinin cənub hissəsi, qərbdən Afrika qitəsinin şərq sahilləri, cənubdan isə Antarktida ilə əhatə olunmuşdur.
Şimal Buzlu okeanı. Sahəsi 14 mln.km2, orta dərinliyi 1200 m, ən böyük dərinliyi isə 5000 m-ə yaxındır. Avropa, Asiya və Amerikanın Şimal sahillərinin əhatəsində yerləşir.
Suyun bərəkəti və üzvü aləmin yayıldığı dərinlik intervalını nəzərə alaraq okeanları dörd zonaya bölürlər:
0-200 m dərinliyə qədər olan sahilboyu qapalı zolaq şəkilində okeanı əhatə edən zona nerit zonasıdır. Bu zonanın dil hissəsi şelf adlandırılır.
200-2000 m dərinlik batial zona adlandırılır. Onların dil hissəsi isə materik yamacı adlandırılır.
2000-6000 m dərinlik abissal zona adlandırılır. Dib hissə okean yatağı adlandırılır.
6000 m-dən dərin olan okean zonasına dərin okean çökəkliyi deyilir.
Okean və dənizlərdəki suyun ümumi miqdarı 1370 mln.km3-ə bərabərdir. Bu qədər suda duzun ümumi miqdarı 48·1014 tona çatır. Dəniz suyunda duzluluğun dəyişməsi, əsasən, onun temperatur, təzyiq və sıxlığından asılıdır.
Dəniz sularının temperaturu dərinlik və coğrafi vəziyyətlə əlaqədardır. Suyun səthində temperatur 2°C-dən 30°C-yə qədər dəyişir. Bəzi hallarda suyun temperaturu 35°C (Qırmızı dəniz­də), hətta 45,6°C-ə (İran körfəzində) qədər yüksəlir.
Dərinlikdən asılı olaraq, temperatur tədricən azalır və çox vaxt suyun dibində l-3°C-yə çatır. Suyun səthində temperatur coğrafi en dairələrinə müvafiq dəyişir. Bəzən, isti dəniz cərə­yan­larının təsiri ilə temperatur anomaliyası yaranır. Dənizlərdə suyun temperaturunun kəskin fərqlənməsinə, onun həm horizontal və həmdə şaquli dövr etməsi səbəb olur.
Dəniz sularının sıxlığı 1,0220– 1,0275 kq/m3 arasında dəyişir. Sıxlığın dəyişməsi okean sularının temperaturundan və duzluluğundan asılıdır.
Dəniz sularında başlıca yer tutan duz NaCl-dur. O, sularda olan duzların 78,3%-ni təşkil edir. Sulfatlar 10,3%, Mg və K xloridləri 11,1% və başqa elementlər isə 0,3% təşkil edir. Dəniz sularında J, F, P, Zn, Pb və başqa bir çox elementlər vardır.
Dəniz suyunda həll olunmuş başlıca qazlar azot, oksigen və karbon qazlarından ibarətdir. Suda bu qazların nisbəti havanın tərkibinə nisbətən dəyişir. Məsələn, suyun qaz tərkibində azotun miqdarı 68% (havada 78%), oksigenin miq­darı isə 30% təşkil edir. Ancaq oksigenin miqdarı dəniz suyunun miqdarından asılı olaraq dəyişir. Normal duzluluq və 0°C temperatur şəraitində 1 ℓ dəniz suyunda 8 sm3-ə qədər oksi­gen həll olunur. Temperatur artdıqca, həll olunma azalır. Belə ki, 10°C-də 6,4 sm3, 20°C-də isə 5,35 sm3 oksigen suda həll olur.
Su oksigeni atmosferdən və dəniz bitkilərindən alır. Dərinliyə getdikcə, oksigenin miqdarı əvvəlcə azalır, fitoplank­tonun yayıldığı dərinlikdə müəyyən qədər artır, sonra isə yenidən azalır.
Karbon qazı dəniz suyunda böyük miqdarda həll olur. O, suya müxtəlif yollarla: atmosferdən, çay suları, dəniz orqa­nizm­ləri və sualtı püskürmələr vasitəsilə daxil olur. Suda karbon qazı həm sərbəst halda, həm də karbonat və bikarbonatların tərkib hissəsi kimi iştirak edir. Dəniz suyunda bu qazın miqdarı 10-15°C-də 45 mq/ℓ-ə yaxındır. Bu miqdarda sərbəst CO2 suda mövcud olan ümumi qazların miqdarının 1,6%-ni təşkil edir. Temperaturun yüksəlməsi ilə CO2-nin suda həllolma dərəcəsi azalır.
Bütün okeanlarda suyun şaquli hərəkəti ilə əlaqədar olaraq, müəyyən bir qaz rejimi yaranır. Bu rejim oksigenin kifayət qədər olması, СО2-nin azlığı və H2S qazının yoxluğu ilə xarakterizə olunur. Suda təbəqələşmə baş verdikdə, onun şaquli dövranı zəifləyir. Su dövranı ancaq 175 m dərinliyə qədər baş verir ki, bunun nəticəsində dənizdəki su kütləsinin 15%-i qarışa bilir. Bu isə dənizin qaz rejimini pozur. Bələ ki, oksigenin normal miqdarı ancaq 40-50 m dərinliyə qədər müşahidə edilir. 150 m-də onun miqdarı 15%-ə qədər azalır. Oksigenin azalması dərin su təbəqələrində bərpa olunma prosesinə təsir edir.
Dəniz suyu müxtəlif səbəblər nəticəsində hərəkət edir. Bunlardan aşağıdakıları göstərmək olar:
– Küləyin təsiri ilə yaranan dalğa və ləpələr;
– Ay və Günəşin cazibəsi nəticəsində yaranan qabarma və geriçəkilmə;
– Dəniz cərəyanları;
– Ekvator ilə yüksək en dairələri arasında baş verən qapa- lı hərəkətlər.
Bunlarla yanaşı, müxtəlif duzluğa və sıxlığa malik hövzələr arasında gedən kompensasiya hərəkətləri mövcuddur.
Dəniz orqanizmlərinin hərəkəti, sualtı vulkan püskürmə­ləri və zəlzələlər də dəniz suyunun hərəkətinə səbəb olur.
Qeyd etmək lazımdır ki, dəniz və okeanlarda küllü miqdarda canlı və bitkilər yaşayır. Bunların içərisində mikro­orqa­nizm­lərdən tutmuş kütləsi 100 tona çatan canlılara da rast gəlmək olur. Üzvü aləmin inkişaf mərhələsi və onların yaşayış tərzini nəzərə alaraq, dəniz orqanizmlərini üç əsas qrupa bölürlər: bentos, plankton və nekton.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin