Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin tənzimlənməsi



Yüklə 3,52 Mb.
səhifə40/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   36   37   38   39   40   41   42   43   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

4.7. Qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin tənzimlənməsi
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı təsdiq edilir.
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarında, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.
Qadınların və 16 yaşından 18 yaşadək kişilərin ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldıraraq başqa yerə daşımasına, habelə ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların bir metr yarımdan artıq hündürlüyə qaldırması mümkündür.
16 yaşından 18 yaşınadək qadınların ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldıraraq başqa yerə daşımasına, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırmasına yol verilə bilər.
Qadınların və 16 yaşından 18 yaşadək işçilərin əmək funksiyasına bütün iş günü (iş növbəsi) ərzində, müntəzəm olaraq, yalnız ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılıb başqa yerə daşınması və 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunmayan təkərli araba vasitəsi ilə əşyaların daşınması daxil edilə bilər.
Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq yük qaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır.
Yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə qəbul edilməsinə yol verilmir.
Yaşı 18-dən az olan şəxslər işə, yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinələrdən keçirilməlidirlər.
İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti və digər hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin