Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə51/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   47   48   49   50   51   52   53   54   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

    Bu səhifədəki naviqasiya:
  • Qeyd
h1, h2, hn – müvafiq zərərli maddənin havada yol veri­lən qatılıq həddi, mq/m3.

İş zonası havasında zərərli maddələrin faktiki qatılıq­larına nəzarət olmalıdır. Fövqəladə və yüksək təhlükəli zərərli maddələrin havadakı faktiki qatılıqlarına nəzarət, ardıcıl olaraq, avtomatik cihazlarla aparılmalıdır. Nisbətən az təhlükəli zərərli maddələrin havadakı faktiki qatılıqlarına nəzarət vaxtaşırı yerinə yetirilir. Bu məqsədlə, səyyar əl cihazlarından istifadə edilir.


Bəzi zərərli maddələrin iş zonası havasında yol verilən qatılıq hədləri cədvəl 3.2- də verilmişdir:

Cədvəl 5.2


Zərərli maddələrin yol verilən qatılıq hədləri

Zərərli maddə

Havada yol verilən qatılıq həddi, mq/m3

Təhlükəsizlik sinfi

Aqreqat halı

Ammonyak

20

IV

Q

Alümin

2

IV

A

Benzol

5

II

Q

Xlor

0,1

I

Q

Civə

0,01

I

Q

Nikel

0,5

II

A



Qeyd: Q – qaz və ya buxar halında, A – aerozol halında


MÜHAZİRƏ 6
6.1. İstehsalatda meteoroloji şərait və onun normallaşdırılması
Yer səthini əhatə edən atmosfer qatının tərkibi əsasən azot (78%), oksigen (20,95%) karbon, təsirsiz qazlar və s. ilə yanaşı su buxarından ibarətdir. Bunlarla bərabər, atmosferdə müxtəlif toz hissəcikləri, bakteriya və mikroorqanizmlər, yer səthində olan radioaktiv şüalanma və kosmik şüaların təsiri ilə əmələ gələn ionlar vardır. Göstərilən qazlardan başqa, digər qazların sənaye müəssisələri tərəfindən atmosferə tullanması onun çirklənməsinə səbəb olur.
Atmosferdə gedən müxtəlif proseslərin dəyişməsi yer kürəsində iqlimin qeyri-sabitliyinə gətirib çıxarır. Bununla yanaşı, hər bir regionda atmosferdə gedən proseslərin təkrar olunması qanunauyğunluğu mövcuddur ki, bunun köməyilə və çoxillik müşahidələr əsasında əvvəlcədən iqlim haqqında məlumat vermək mümkündür.
Yerli şəraitin iqlimindən və ilin fəsillərdən asılı olaraq havanın tərkibindəki nəmlik dəyişir. Texniki hesabatlar üçün nəm hava binar qarışıq kimi (iki qazın qarışığı kimi), yəni quru hava ilə su buxarlarından ibarət qarışıq kimi qəbul edilir.
Dalton qanununa görə qarışıqdakı hər bir qaz bütün həcmi tutaraq özünün parsial təzyiqinə malikdir və bu təzyiqlərin cəmi qarışığın tam təzyiqinə (barometrik təzyiqə) bərabərdir:
B = ∑ Pivə ya B = Pqh + Psb (6.1)
burada Pqh – quru havanın parsial təzyiqi, Pa;
Psb – su buxarının parsial təzyiqi, Pa;
B – barometrik təzyiqdir, Pa.
İdeal qaz qanunlarına görə Klapeyronun xarakteristik tənliyi 1 kq hər hansı qaz üçün belə yazıla bilər:
Pi Vi = Ri T (6.2)
burada Pi – qazın təzyiqi, Pa;
Vi xüsusi həcmi, m3/kN (Pi təzyiq və T mütləq tem­pe­ra­turda 1kq qazın tutduğu həcm, m3);
Ri – xüsusi qaz sabitidir, C/kq K.

Su buxarı üçün xüsusi qaz sabiti Rsb = 461C/kq K


Quru hava üçün xüsusi qaz sabiti Rqh = 287,5 C/kq K
Qazın sıxlığı (ρ, kq/m3) xüsusi həcmin əksi olan kəmiy­yət­dir. Atmosfer təzyiqi B=101325Paolan quru hava üçün sıxlıq:
(6.3)
Texniki hesabatlarda qəbul edilmiş standart şəraitdə (atmosfer təzyiqi B = 101325 Pavə T = 293 K) quru havanın sıxlığı təqribən ρqh = 1,2 kq/m3-dir. Başqa təzyiq və temperatur­da quru havanın sıxlığı belə hesablanır:



Nəm havada su buxarı az olduğu üçün nəm havanın sıxlığı quru havanın sıxlığından az fərqlənir, yəni:
(6.5)
Nəm hava onun tərkibindəki su buxarının miqdarı ilə xarakterizə olunur. Nəm havanın quru hissəsinin hər bir kiloqramına düşən su buxarının kiloqramlarla miqdarına havanın nəmliyi deyilir (kq/kq-la):
(6.6)
Mühəndis hesablamalarında su buxarının qramlarla miqdarını götürmək daha əlverişlidir.
Havanın nəmliyi müxtəlif ola bilər, ancaq onun maksimal ölçüsü verilən təzyiq və temperaturda su buxarının doymuş halı ilə müəyyən edilir. Bununla əlaqədar olaraq, havanın nəmlik dərəcəsini xarakterizə etmək üçün nisbi nəmlik göstəricisindən istifadə edilir.
Nisbi nəmlik, havanın eyni temperaturunda su buxarı ilə tam doymuş halına nisbətən faktiki doyma dərəcəsini göstərir və təzyiqlər nisbəti kimi ifadə edilir:
(6.7)
burada (Psb)f – havadakı faktiki su buxarının parsial təzyi­qi, Pa;
(Psb)t – həmin temperaturda havanın su buxarı ilə tam doyma halında su buxarının parsial təzyiqi, Pa.
Nisbi nəmlik nəmliklər nisbəti kimi də ifadə edilə bilər:
(6.8)
burada df faktiki nəmlik;
dt – tam doymuş su buxarı nəmliyi.
Kütləsi 1kq olan havanı sabit təzyiqdə 1dərəcə qızdırmaq üçün sərf olunan istilik miqdarına havanın xüsusi istilik tutumu deyilir.
Quru havanın normal şəraitdə istilik tutumu:

Su buxarının istilik tutumu:

İstilik miqdarı (entalpiya).Entalpiyanın (J) qiyməti aşağı­da­kı kimi hesablanır (kc/kq):
(6.9)
burada 2503 kC/kq suyun gizli buxarlanma istiliyidir.
Praktikada ventilyasiya sistemlərini hesabladıqda qrafo­ana­li­tik hesablama metodundan geniş istifadə edilir. Bu metodun əsasını J – d diaqramı təşkil edir. Şəkil 4.1- də J – d diaqramı verilmişdir.








Şəkil 6.1. J-d diaqramı
Absis oxu üzərində nəmliyin (d, q/kq) qiyməti, ordinat oxu üzərində isə quru havanın termometr üzrə temperaturunun (tqh, 0C) qiymətləri qeyd olunur. Absis oxuna 1350 bucaq altında paralel düz xətlər üzrə entalpiyanın (J, kc/kq) sabit qiymətləri göstərilir. Havanın nisbi nəmliyi (φ) isə parabolik əyrilər şəklində göstərilir. φ = 100% əyrisi diaqramda havanın su buxarları ilə tam doymuş halını göstərir. Havanın iki parametri məlum olduqda, qalan parametrlərini J-d diaqramın­da təyin etmək olar.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin