6.5. İşıqlandırmanın normalaşdırılması İşıqlandırmanın kəmiyyət göstəricilərindən istifadə etməklə işıqlanma dərəcəsinin aşağı həddi normalaşdırılır. İş səthinin işıqlanma dərəcəsinin normalaşdırılmış aşağı hədlərinin qiymətləri aşağıdakı amillərdən asılı olaraq təyin edilir:
1. Gözlə görülən işlərin dəqiqliyindən;
2. Obyektlə fonun kontrastından;
3. Fondan
Görülən işin dəqiqliyinin göstəricisi gözlə seçilən obyektin ən kiçik ölçüsüdür. Obyektin ölçüsündən asılı olaraq, istehsalatda görülən işlər üçün 8 dəqiqlik dərəcəsi müəyyən edilmişdir. Görülən işlər dərəcələrə ayrıldığı zaman, obyektdən gözə qədər olan məsafə ( ) 0,5m-ə qədər olduqda, əsas göstərici kimi seçilən obyektin ən kiçik ölçüsü (d) götürülür. Obyektdən gözə qədər olan məsafə 0,5m -dən çox olduqda, əsas göstərici kimi seçilən obyektin ən kiçik ölçüsünün obyektdən gözə qədər olan məsafəyə nisbəti götürülür (bax cədvəl 6.2.)
Cədvəl 6.2
İstehsalatda görülən işlərin dəqiqlik dərəcələri
I – lap yüksək
II – çox yüksək
III – yüksək
IV – orta
V – aşağı
VI – kobud iş
VII – işıq saçan material və məlumatlarla isti sexlərdə görülən iş
VIII – istehsalat proseslərinin gedişinə ümumi nəzarət
0,15 -dən kiçik
0,15 - 0,30
0,30 - 0,50
0,50 - 1,00
1-5
5-dən çox
0,5-dən çox
-
0,3·10-3 -dən kiçik
0,3·10-3 - 0,6·10-3 0,6·10-3 - 1,0·10-3 1,0·10-3 - 2,0·10-3 2,0·10-3 - 10·10-3 10·10-3-dən çox
-
-
Gözlə seçilən obyekt, müəyyən bir cisim, onun ayrıca bir hissəsi və yaxud cisim üzərində seçilən çat, ləkə, nazik xətt və s. ola bilər.
Gözlə seçilən obyekt ilə fonun kontrastı iki yanaşı işıq sahəsinin parlaqlıqlarının fərqini xarakterizə edir:
(6.14)
burada Lf – fonun parlaqlığı, kd/m2;
Lob – obyektin parlaqlığıdır, kd/m2;
k < 0,2olduqda obyektdə fonun kontrastı kiçik;
k = 0,2 olduqda kontrast orta;
k > 0,2olduqda kontrast böyük sayılır.
Fon – gözlə seçilən obyektin ətrafındakı səthin işığı əksetmə xasiyyətini xarakterizə edir. Fonu müəyyən etmək üçün işığı əksetmə əmsalından istifadə edilir:
(6.15)
burada fəks– səthdən əks edilmiş işıq seli, m;
fdş– səthə düşən işıq seli, m;
φəks< 0,2 olduqda fon tünd;
φəks = 0,2÷0,4 olduqda fon orta;
φəks> 0,4 olduqda fon açıq sayılır.
Təbii və süni işıqlandırma inşaat norma və qaydalarında, işıqlanma dərəcəsinin normalaşdırılmış aşağı hədləri görülən işin dəqiqlik dərəcəsindən və həm də istifadə edilən işıqlandırma sistemindən (ümumi işıqlandırma və kombinasiya edilmiş işıqlandırma) asılı olaraq verilmişdir.