6.6. Təbii işıqlandırma Təbii işıqlandırmanı mütləq qiymətli kəmiyyətlərləmüəyyənləşdirmək olmur. Otaqda hər hansı bir nöqtənin işıqlandırılması təbii işıqlanma əmsalı (t.i.ə.) ilə xarakterizə olunur:
(6.16)
burada Ed – otaq daxilindəki hər hansı bir nöqtənin işıqlanma dərəcəsi, k Ex – otaq xaricində və açıqlıqda yerləşən horizontal müstəvi üzərində işıqlandırma dərəcəsi, k Yandan işıqlanmada emin, üstdən və üstdən-yandan işıqlanmalarda isə eor qiymətinə uyğun işıqlanma normaları müəyyən olunur.
Minimal t.i.ə.. (emin), otağın pəncərədən uzaq, iş müstəvisi səviyyəsində götürülmüş nöqtələr üçün hesablanır.
Orta t.i.ə. (eor), otağın xarakterik kəsilmiş müstəvisi üzərində götürülmüş nöqtələrə əsasən hesablanır:
(6.17)
burada e1, e2 ... en – otaqda bərabər məsafələrdə yerləşdirilmiş nöqtələrinin təbii işıqlanma əmsalları;
n – nöqtələrin sayıdır (adətən n > 5). Təbii işıqlanmanın analitik üsulla hesablanması. Otaq daxilindəki M nöqtəsinin təbii işıqlanması nəinki atmosferin işıq şüalarından, eləcə də xaricdəki obyektlərdən və daxili səthlərdə əks olunmuş işıq şüalarından asılıdır (şəkil 6.2):
Şəkil 6.2. Otaq daxilində işıqlanma. (6.18)
burada – itkiləri nəzərə almaqla, atmosferin işıq şüalarından yaranan t.i.ə.;
– itkiləri nəzərə almaqla, xaricdəki obyektlərdən əks olunan işıq şüalarının yaratdığı t.i.ə; qarşıdakı obyekt göy qübbəsinin pəncərədən görünən hissəsinin çoxunu tutarsa, hökmən nəzərə alınır;
– otaq daxilindəki səthlərdən əks olunan işıq şüalarının yaratdığı t.i.ə.-dir.
Verilmiş M nöqtəsi əsas etibarilə atmosfer şüaları hesabına işıqlanır:
; (6.19)
burada ea – atmosferin işıq şüalarından yaranan itkisiz təbii işıqlanma əmsalı (qrafik, yaxud analitik üsulla hesablanır);
– pəncərə oyuğunun işıqkeçirmə əmsalı, pəncərələrin quruluşundan asılı olaraq tapılır ( = 0,35 0,6 arasında dəyişir);
q– atmosferin meridian üzrə qeyri-müntəzəm parlaqlığını nəzərə alan əmsaldır; otaq daxilindəki M nöqtəsini və pəncərənin mərkəzini birləşdirən xətlə üfüq arasındakı bucaqdan (z) asılı olaraq tapılır.
z – q asılılığı aşağıda verilmişdir (cədvəl 6.3).
Cədvəl 6.3.
z-q asılılığı cədvəli
z, dər
15
30
45
60
75
90
q
0,65
0,85
1
1,15
1,2
1,25
Xarici obyektdən əks olunan işıq şüalarının yaratdığı t.i.ə. aşağıdakı asılılıqdan təyin edilir:
(6.20)
burada ex – qarşısı maneə ilə kəsilmiş atmosferin işıq şüalarından yaranan itkisiz t.i.ə.-dir.
Otaq daxilindəki səthlərdən əks olunmaqla t.i.ə. bir qədər arta bilər. Bu artımır əmsalı ilə nəzərə alsaq:
(6.21)
r əmsalı işıqlanma növündən (yandan, üstdən, üstdən-yandan) və daxili səthlərdən işığın orta əks olunma əmsalından ρop asılı olaraq xüsusi cədvəllərdən götürülür (cədvəl 6.4).
Cədvəl 6.4
r – artım əmsalının – əksolunma əmsalına əsasən təyin edilməsi
Yandan işıqlanma
birtərəfli
ikitərəfli
0,5
4
2,2
0,4
3
1,7
0,3
2
1,2
(6.22)
burada – işığın döşəmədən, tavan və divarlardan əksolunma əmsalları:
s1, s2, s3 – uyğun əksetdirici sahələrdir, m2.
Üstdən-yandan işıqlanmada orta t.i.ə. aşağıdakı kimi hesablanır:
eor = ey + eü (6.23)
burada ey– yandan (pəncərədən) düşən işığın yaratdığı orta t.i.ə.
eü– üstdən (bacadan) düşən işığın yaratdığı orta t.i.ə.-dir.