Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə72/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   68   69   70   71   72   73   74   75   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Şəkil 3.Əks klapan
1- gövdə, 2 – qapaq, 3 – qapayıcı, 4 – yəhər

Dönən əks klapanlar sulfat və xlor turşuları və həmçinin başqa aktiv kimyəvi mühitdə tətbiq edilir.




8.3. Təzyiq altında işləyən qabların quraşdırılması, qeydiyyatı və müayinəsi


Qabların quraşdırılması. Təzyiq altında işləyən qablar açıq meydançada və ya ayrıca binalarda yerləşdirilir. Əgər bu və ya digər səbəbdən qab istehsalat binası daxilindəki və ya ona bitişik otaqda yerləşdirilirsə onda qab yerləşdirilən otağın divarları əsaslı olmalıdır. Qabı elə quraşdırmaq lazımdır ki, ona qulluq edilməsi, onun təmiri, təmizlənməsi və nəzarəti asan həyata keçirilsin. Hər bir qab quraşdırıldıqdan və qeydə alındıqdan sonra onun aydın görünən yerindən rənglə qeydnömrəsi, yolverilən təzyiqi, növbəti texniki baxış vaxtı göstəril­məlidir.
Qabların qeydiyyatı və texniki müayinəsi. Təzyiq altında işləyən qablar işə buraxılmazdan əvvəl dövlət texniki nəzarəti orqanları tərəfindən qeydə alınmalıdır. Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişi tərəfindən qabın qeydiyyatı və texniki müayinəsindən sonra onun işə buraxılmasına icazə verilir.
Təzyiq altında işləyən qablar işə buraxılmazdan əvvəl, vaxtaşırı və planlaşdırılmış vaxtdan əvvəl texniki müayinədən keçirilir.
Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən qeydə alınmış qablar aşağıdakı vaxtlarda texniki müayinədən keçirilməlidir:
- qabın daxili və xarici divarlarının vəziyyətini yoxlamaq məqsədilə aparılan daxili və xarici baxış - dörd ildə bir dəfədən az olmamaq şərtilə;
- qabaqcadan qabın daxili yoxlanılmaq şərtilə aparılan hidravliki sınaq - səkkiz ildə bir dəfədən az olmamaq şərti ilə.
Texniki müayinədən qabaq qabın işi dayandırılmalı, o soyudulmalı, işçi təzyiqdən azad edilməli, əlaqədə olduğu bütün boru kəmərlərindən azad edilməli, daxili və xarici metal səthlərinə qədər təmizlənilməlidir. Qabın elektrik qızdırıcıları və intiqalı ondan ayrılmalıdır. Əgər qabda zərərli maddələr vardırsa, o neytrallaşdırıcı və qazsızlaşdırıcılarla işlənməlidir.
Yüksək təhlükəyə malik olan maye və qaz ilə işləyən təzyiq altında olan qabların sınağı müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş təlimat əsasında aparılmalıdır. Qab daxilində iş apardıqda (baxış, təmir, təmizləmə) təhlükəsizçıraqlardan istifadə etmək lazımdır. İşıqlanma üçün istifadə edilən gərginlik 12V-dan artıq olmamalıdır.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin