Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


MÜHAZİRƏ 9 Elektrik təhlükəsizliyi



Yüklə 3,52 Mb.
səhifə81/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   77   78   79   80   81   82   83   84   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

MÜHAZİRƏ 9
Elektrik təhlükəsizliyi
Elektrik təhlükəsizliyi dedikdə elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit sahəsinin və statiki elektrikin təhlükəli və zərərli təsirlərindən insanların mühafizəsinə yönəldilmiş təşkilati və texniki tədbirlər sistemi başa düşülür.
9.1. Elektrik cərəyanının insana təsiri
Ümumiyyətlə, elektrik cərəyanının təsirindən baş verən istehsalat xəsarətlərinin sayı istehsalatda baş verən ümumi bədbəxt hadisələrin 0,5-1,0%-ni təşkil edir.İstehsalatda ölüm ilə nəticələnən bədbəxt hadisələrin ümumi sayının 20-40%-ni elektrik cərəyanından baş vermiş bədbəxt hadisələr təşkil edir.
Elektrik cərəyanı insan orqanizmindən keçdikdə termiki, mexaniki, elektroliz və bioloji təsir göstərir.
Cərəyanın termiki təsiri bədənin dəri səthinin yanması, qan damarlarının, ürək, beyin və digər üzvlərin yüksək temperatura qədər qızması şəklində təzahür edir ki, bu da həmin üzvlərin ciddi surətdə funksional pozulmalarına səbəb olur.
Cərəyanın elektroliz təsiri orqanizmdəki üzvi mayenin və həmçinin qanın tərkib hissələrinin parçalanması şəklində təzahür edir ki, bu da onların fiziki-kimyəvi xüsusiyyətlərinin ciddi pozulmalarına səbəb olur.
Cərəyanın bioloji təsiri orqanizmin canlı toxumalarının qıcıqlandırılması və normal fəaliyyət göstərən orqanizmdə gedən daxili bioelektrik proseslərin pozulması şəklində təzahür edir ki, bu da mərkəzi sinir sisteminin nəzarət və idarəetmə funksiyasının pozulmasına səbəb olur.
Elektrotravmalar (xəsarətlər) yerli və ümumi xarakterli ola bilər.
Yerli elektrotravmasəthi zədələnmədir, yəni elektrik cərəyanının və ya elektrik qövsünün təsirindən dərinin, digər səthi toxumaların zədələnməsidir (elektrik yanıqları, elektrik izləri, dərinin metallaşması, mexaniki zədələr, gözün zədələn­məsi).
Ümumi elektrotravma və ya elektrik zərbəsi- əzələlərin qeyri-ixtiyari qıc olmuş halda yığılması ilə müşayiət edilən bütün orqanizmin reaksiya həyəcanlanmasıdır.
Elektrik zərbələri şərti olaraq dörd hissəyə bölünür:
- əzələlərin qıc olmuş halda yığılması. Lakin, bu halda insanda özündən getmə halı baş vermir;
- özündən getmə halı ilə birlikdə əzələlərin qıc olmuş halda yığılması. Bu halda nəfəs alma və ürəyin dayanması baş vermir;
- özündən getmə halı ilə birlikdə nəfəs alma və ürəyin fəaliyyəti dayanır;
- klinik (zahiri) ölüm, nəfəs alma və qan dövranının dayanması baş verir.
Elektrik cərəyanından zədələnmənin ağırlığı insan bədənindən keçən cərəyanın ölçüsündən, tezliyindən, bədəndə keçmə istiqamətindən, təsiretmə müddətindən, orqanizmin fərdi xüsusiyyətlərindən və digər faktorlardan asılıdır.
İnsan bədənindən keçən cərəyanın ölçüsü artdıqca zədələnmə təhlükəsi və onun ağırlıq dərəcəsi artır.
Orqanizmdən keçdikdə hiss olunan qıcıqlanmalar yara­dan elektrik cərəyanı hissolunan cərəyan adlanır. Cərəya­nın aşağı hissolunan həddi 0,5mA sayılır.
Orqanizmdən keçdikdə naqil sıxılan əlin əzələlərinin qıcolma halını yaradan elektrik cərəyanı buraxmayan cərəyan adlanır. Bu halda insan özünü naqildən ayıra bilmir. Aşağı hədd buraxmayan cərəyan 10 mA sayılır.
Orqanizmdən keçdikdə ürəyin fibrilyasiyasını yaradan elektrik cərəyanı fibrilyasiya cərəyanı adlanır, bu halda ürək damarlarda qanı hərəkət etdirə bilmir. Aşağı hədd fibrilyasiya cərəyanı 100 mA sayılır.
Bəzən “təhlükəsiz cərəyan” ifadəsindən istifadə edilir. İnsan üçün təhlükəsiz cərəyanın dəqiq ölçüsü təsiretmə müddə­tin­dən və digər amillərdən asılıdır. Əgər insan iş prosesində daima gərginlik altında olan hissələr ilə təmasda olmağa məcburdursa, bu halda ona təsir edən cərəyanın miqdarı yol verilən aşağı hiss olunan həddən (0,5mA) artıq olmamalıdır.
Tezliyi 50-60Hs olan dəyişən cərəyan sabit cərəyana nisbətən daha təhlükəlidir. Cərəyanın tezliyi artdıqca onun insana təsir etmə təhlükəsi azalır, ancaq 500Hs tezlikli cərəyan 50Hs tezlikli cərəyandan heç də az təhlükəli deyildir.
Elektrik cərəyanının insan bədənində ən təhlükəli istiqamətləri ürəkdən, beyindən, ciyərdən və digər çox həssas üzvlərdən keçdiyi istiqamətlər sayılır.
İnsan bədənində olan mümkün keçid istiqaməti əl-əl, əl-ayaq, ayaq-ayaq (cədvəl 1) hesab edilir.
Elektrik cərəyanının insana təsiretmə müddəti nə qədər çox olarsa ölüm ehtimalı bir o qədər artıq olar.
İnsan bədəninin elektrik müqaviməti çox geniş hədlərdə dəyişir. Quru, təmiz və zədələnmiş dəridə müqavimət 3000 – 100000 Om hədlərində olur.
Hər bir adamın bədənin müxtəlif səthlərində dərinin elektrik müqaviməti eyni olmadığından, bədənin ümumi müqaviməti kontaktların toxunduğu yerdən və onların sahəsindən asılıdır. Dəri zədəlidirsə, cərəyan keçirən tozla çirklənibsə, nəm və ya tərlidirsə, bu halda bədənin ümumi müqaviməti onun daxili müqavimətinə yaxın olur. Bədənin daxili elektrik müqaviməti 300-500 Om hədlərində olur.

Cədvəl 1
İnsan bədənində cərəyanın keçmə istiqamətinin xarakteri



Cərəyan yolu

Cərəyan keçmə istiqamətinə görə miqdarı %

Cərəyanın keçməsi zamanı huşun itirilməsi miqdarı, %

Əl-əl

40

83

Sağ əl-ayaq

20

87

Sol əl-ayaq

17

80

Ayaq-ayaq

6

15

Baş-ayaqlar

5

88

Baş-əllər

4

92

Başqaları

8

65

Elektrik təhlükəsizliyi məsələlərinin həllində hesablama­lar apardıqda sənaye tezlikli cərəyan üçün (50-60 Hs) adətən insan bədənin elektrik müqaviməti Rin = 1000 Om qəbul edilir.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin