9.2. Elektrik cərəyanından zədələnmə təhlükəsinin analizi Elektrik vurması nəticəsində insanın cərəyandan aldığı zədə bütün hallarda onun elektrik dövrəsinə qapanmasından asılı olur. İnsan dövrənin gərginlik altında olan iki nöqtəsinə qoşulduğu halda zədəyə məruz qalır.
İnsan eyni zamanda iki naqilə və bir naqilə toxunaraqdan dövrəni qapaması geniş təsadüf olunan xarakterik haldır. Şəbəkədə dəyişən cərəyan olduqda birinci hal iki fazalı toxunma adlandırılır (şəkil 1).
Şəkil 1. İki fazalı toxunma Naqillərin yerə nisbətən natamam izolyasiyası olduqda yerlə şəbəkə arasında elektrik əlaqəsinin olması və yerə naqillərin qapanması zamanı bir naqilə toxunduqda bir fazalı toxunma baş verir.
İki fazaya qoşulma daha təhlükəlidir. Bu halda insan bədəninə şəbəkədəki xətti gərginlik də əlavə olunur.
İki fazalı qoşulmada bədəndən keçən cərəyan belə tapılır:
(1)
burada Ux – xətti gərginlik (şəbəkənin faza naqilləri arasındakı gərginlik, V);
Uf – faza gərginliyi (sarğıların əvvəli və sonu və ya sıfır və faza naqilləri arasındakı gərginlik, V);
Rh – insan bədəninin müqavimətidir, Om.
İnsan üçün belə cərəyan dəhşətli dərəcədə qorxuludur və o, şəbəkənin neytralı rejimindən, həmçinin insanın torpaqdan olan izolyasiyasından praktiki olaraq asılı olmur.
İki fazalı qoşulmaya nisbətən bir fazalı qoşulma daha tez-tez baş verir, ancaq bu az təhlükəlidir. Belə ki, insanın məruz qaldığı gərginlik faza gərginliyindən yüksək olmur.
Neytralı yerləbirləşdirilmiş şəbəkədə dövrəyə qoşulan insan bədənindən keçən cərəyanın miqdarı bədənin, insanın ayaqqabılarının, dayandığı döşəmənin və cərəyan mənbəyinin neytralının müqavimətlərinin cəmindən asılıdır (şəkil 2.).