Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari



Yüklə 3,52 Mb.
səhifə83/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   79   80   81   82   83   84   85   86   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

Şəkil 2. Neytralı yerləbirləşdirilmiş şəbəkədə insanın dövrəyə qoşulması
Bu hal üçün insan bədənindən keçən cərəyan aşağıdakı düsturla hesablanır:
(2)
burada Ra – ayaqqabının müqaviməti, Om;
Rd – döşəmənin müqaviməti, Om;
R0 – neytralı yerləbirləşdirənin müqavimətidir, Om.
Daha çox əlverişsiz şəraitdə (cərəyan keçirən ayaqqabı və döşəmə) – Ra = 0, Rd =0, R0 = 10 Om

Yəni, insan bədənindən keçən cərəyan 2 fazalı qoşulmaya nisbətən bir fazalıda 1,73 dəfə azdır, lakin, bu hal ölüm təhlükəli hesab edilir.
Cərəyan keçirməyən ayaqqabıların (rezin qaloş, Ra=45 kOm) və izoləedici döşəmənin (taxta, Rd =100 kOm) olması zamanı

Belə cərəyan insan üçün təhlükəli deyil.
Neytralı izolə edilmiş şəbəkədə insan bədəni vasitəsilə yerə ötürülən cərəyan şəbəkə naqillərinin izolyasiyası ilə cərəyan mənbəyinə qayıdır. Naqillər zədəli olmadıqda sistemdə yüksək müqavimət olur (şəkil 3.).

Uf

F



F



F

Ux



Riz

Riz



Riz


Şəkil 3. Neytralı yerdən izolə edilmiş 3 fazlı şəbəkədə insanın bir fazaya qoşulması
(4)
burada Riz – şəbəkənin 1 fazasının izolyasiyasının yerə nisbətən müqaviməti, Om.


Ra = 0, Rd= 0 olduqda:

Belə cərəyan insan üçün təhlükəli deyildir.
Rüm = 45 kOm və Rd = 100 kOm olduqda

Belə cərəyan insan üçün təhlükəsizdir, lakin, neytralı izoləedilmiş şəbəkədə insanın 1 fazaya qoşulması neytralı yerləbirləşdirilmiş şəbəkəyə nisbətən az təhlükəli hesab edilir.
Qəza zamanı fazanın yerə qapandığı halda neytralı yerdən izolə edilmiş şəbəkə daha təhlükəli sayılır, çünki zədələnməmiş fazalarda torpağa nisbətən gərginlik faza gərginliyindən xətti gərginliyə qədər yüksələ bilər. Bu halda neytralı yerləbirləşdirilmiş şəbəkədə gərginliyin artması cüzi miqdarda ola bilər.
Elektrik avadanlığının gərginlik altında olmayan metal hissələri (məsələn, maşının gövdəsi və aqreqatı) sistemdə izolyasiyanın zədələnməsi nəticəsində gərginlik altına düşə bilərlər. Bu halda gövdə yerləbirləşdirilərsə yerə qapanma baş verəcək və insanın gövdəyə qoşulması təhlükəsiz olacaqdır. Əgər insan yerlə əlaqələndirilməyən və gərginlik altında olan gövdəyə toxunarsa, bu zaman bədəndən keçən cərəyan 1 fazalı qoşulma halı ilə eyni olacaqdır. Belə olduqda insan bədənindən keçən cərəyan (Ra, Rd, Riz-in kiçik qiymətlərində) təhlükəli qiymətə çata bilər.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin