Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Elektrik cərəyanından zədələnmə zamanı ilkin yardım



Yüklə 3,52 Mb.
səhifə85/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   81   82   83   84   85   86   87   88   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

9.4. Elektrik cərəyanından zədələnmə zamanı ilkin yardım
Elektrik cərəyanının təsirinə məruz qalan insana ilk yardım iki mərhələdən ibarətdir: 1) elektrik cərəyanının təsirin­dən onu cəld azad etmək; 2) həkim gələnə qədər ona ilkin tibbi yardım göstərmək.
İnsanı elektrik cərəyanının təsirindən bir neçə üsul ilə azad etmək olar. Ən əvvəl elektrik qurğusunun insan toxun­duğu hissəsində elektrik cərəyanını cəld kəsmək lazımdır. Bunun üçün müvafiq elektrik açarını açmaq, məftilləri baltala­maq və ya qısaqapanma yaratmaqla dövrənin avtomatik açıl­ma­sını təmin etmək olar.
İnsanı elektrik cərəyanının təsirindən ayırdıqdan sonra, ona həkim gələnə qədər ilkin tibbi yardım göstərilməlidir. 15-20saniyə ərzində zədələnmiş insanın halı yoxlanılmalıdır (nəfəs alması, nəbzi) və vəziyyətindən asılı olaraq ona yardım göstərilməlidir. Əgər zədələnmiş insan huşunu itiribsə. ancaq nəfəs alması və nəbzi sabitdirsə, bu zaman onu özünə gətirmək üçün naşatır spirti ilə islanmış pambığı onun burnuna yaxınlaşdırmaq, üzünə su çiləmək, bədənini örtüb qızışdırmaq lazımdır. Əgər zədələnmiş insan pis nəfəs alırsa, ancaq ürəyi normal işləyirsə, bu zaman süni tənəffüs ilə onun nəfəs almasını bərpa etmək lazımdır. Əgər zədələnmiş insan klinik ölüm halındadırsa, bu zaman vaxt itirmədən süni tənəffüs və ürəyini masaj etməklə onu bu haldan çıxarmaq lazımdır.
Heç vaxt elektrik cərəyanından zədələnmiş adamı ölmüş hesab edib ona ilkin tibbi yardım göstərməyi dayandırmaq olmaz, ölüm faktını ancaq həkim təyin edə bilər.
Bəzi hallarda elektrik cərəyanı təsirindən zədələnmiş insan elektroşok adlanan bir vəziyyətə düşür. Yəni onda ilkin olaraq qısa müddətli həyəcanlanma, qan təzyiqinin düşməsi, nəfəsalmanın çətinləşməsi baş verir. Belə vəziyyət bir neçə dəqiqə və ya bir neçə saat davam edə bilər, sonra ya ölüm ya da sağalma ola bilər.
İnsanda birinci dərəcəli elektrikdən yanması baş verərsə, onda zədələnmiş yerə soyuq su axıtmalı və ya 15-20 dəqiqə qar qoymaq lazımdır. I və II dərəcəli kiçik sahəli yanıq zamanı yanıq yeri bint və ya cunadan istifadə edərək sarınmalıdır.
Geniş sahəli və ağır yanıqlar zamanı zədələnən şəxsi soyundurmadan təmiz parça və ya döşəkağına bükmək, ona 1-2 ağrıkəsici həb vermək, isti çay içirtmək və həkim gələnə qədər sakitlik yaratmaq lazımdır. Yanmış üz cuna ilə örtülməli­dir. Gözlər yanarkən üzərinə borat turşusunda isladıl­mış soyuq isladıcı qoymaq (1 stəkan suya 1/2 çay qaşığı turşu) və dərhal həkimə göndərmək vacibdir.
Kömək göstərərkən yanıq yerlərinə toxunmaq və ya oraya yağ, piy, maz, vazelin çəkmək, nişasta, soda səpmək olmaz. Yanan yerlərdən paltarı və ayaqqabını ehtiyatla çıxarmaq və kəsib ayırmaq lazımdır. Əgər paltar hissələri və ya qatranlı maddə (mastika kanifol) yanan yerə düşərsə oraya steril cuna bağlamalı və zədələnən şəxs müalicə müəssisəsinə göndərilməlidir.
Elektrik qövsündən yanma və elektrik cərəyanından zədələnmə zamanı (yanıq sahəsindən asılı olmayaraq) zədələ­nən şəxs müalicə müəssisəsinə çatdırılmalı və o, həkim nəzarəti altında olmalıdır.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin