11.6. Yanğın söndürmək üçün cihazlar, avadanlıqlar və quruluşlar
Yenicə başlayan yanğını söndürmək üçün mayeli, köpüklü, qazlı və quru odsöndürən cihazlar işlədilir.
Mayeli odsöndürənlər – natrium-xlorid, maqnezium, kalsium, bura, zəylərin və s. sulu məhlullarının şırnağının alınmasına imkan yaradır.
Köpüklü odsöndürənlər – duru və qatı kimyəvi köpüyün, yaxud hava mexaniki köpüyün alınmasını təmin edir.
Qaz odsöndürənlər – karbon qazının (əsasən qazlı karbonat turşusu, metil bromid buxarı və başqaları ilə birlikdə) alınmasını təmin edir.
Quru odsöndürənlər – mineral duzların toz halında qarışığını almağa imkan verir.
Neft və neftkimya sənayesində köpüklü və qazlı odsöndürənlər geniş yayılmışdır.
OP-5 və OPM köpüklü odsöndürənlərdə doldurma materialları turşu və qələvi hissələrdən təşkil olunur.
OP-5 odsöndürəninin turşu hissəsi həcmi 0,5 olan şüşə stəkanda, qələvi hissəsi isə balonda yerləşir. Köpük 48-55 miqdarında alınır və təsir müddəti 60-65san olur.
OPM odsöndürəni də OP-5 tiplidir, ancaq bunun içərisinə nefilen hidrosulfatla doldurulmuş tərpənməyən şüşə stəkan qoyulmuşdur.
İstifadə edilən vaxt OP-5, OPM odsöndürənlərini çevirməzdən əvvəl onların dəstəyini şaquli müstəvi üzərində 1800 döndərmək lazımdır.
Turşu və qələvi hissələrin qarşılıqlı təsiri ilə gedən reaksiya nəticəsində CO2 ayrılır. CO2-nin odsöndürənin dibində toplanması müəyyən təzyiq əmələ gətirir ki, onun təsiri ilə məhlul köpük şəklində kiçik deşikdən yanğın yerinə səpələnir. Odur ki, iş vaxtı odsöndürücünü çevrilmiş vəziyyətdə başıaşağı (dibi yuxarıda) tutmaq lazımdır.
OU-2, OU-5, OU-8 tip odsöndürücülərdə doldurucu maddə maye karbon turşusu sayılır. Qaz halına keçdikdə, maye karbon turşusunun buxarları balon içərisində 4-7 MPa-ə qədər (temperaturdan asılı olaraq) təzyiq yaradır. Odsöndürənin siyirtməsini yavaşca çevirəndə (sağdan sola) maye karbon qazı sifon borucuğu ilə qar əmələ gətirən hissəyə daxil olur. Orada, qarabənzər maddə yanğın yerinə tökülür, ani olaraq buxarlanıb qaz halına keçir. Maye karbon turşusu qaz halına keçdikdə, onun ilk həcmi 500 dəfə artır.
Balonlara doldurulmuş maye CO2 ilə işləyən UP-İM və UP-AM səyyar odsöndürənlərdən də istifadə olunur. Hər balonun təsir müddəti 45 san-dir.
Köpük generatorları çox miqdarda kimyəvi köpük alınması lazım gəldiyi hallarda tətbiq edilir. Onlar fasiləsiz işləyən, hərəkət edən aparatlar sırasına daxildir. Təcrübədə PQ-50M, PQ-50, PQ-100, PQ-150M tipli səyyar köpük generatorları geniş yayılmışdır.
1yanvar1977-ci ildən odsöndürənlər üzrə BSEN3 Avropa standartı qəbul olunmuşdur. Bu standarta əsasən, odsöndürənlərin əsas fərqli cəhəti aşağıdakılardan ibarətdir:
- Bütün odsöndürən cihazların hamısının rəngi qırmızı olmalıdır;
- Odsöndürənin üzərindəki rəng cihazın rənginin kodundan 5%-dən çox fərqlənməməlidir.
Qəbul olunmuş Avropa standartlarına əsasən yanğınlar 5 sinfə bölünür və hər bir sinif üçün odsöndürən tətbiq olunur:
a) Bərk maddələr üçün – buraya ağac, kağız, rezin və plastik maddələr aid edilir;
b) Yanar maddələr üçün – buraya benzin, dizel yanacağı, spirt, aseton, neft aid edilir;
c) Qazlar üçün – buraya metan, butan, propan, hidrogen qazları aid edilir;
d) Metallar üçün – buraya maqnezium və natrium aid edilir;
e) Mətbəx yağları üçün – buraya mətbəx yağları, piylər, kombinyerlər aid edilir.
Yanğın söndürmək üçün yararlı köpük, bilavasitə köpük generatorunda, yanğın yerindən 40m az və 80m çox olmayan məsafədə yaradılır. PQ-50 generatoru ölçülü rezervuarda, PQ-100 və PQ-150M generatorları tutumlarda, stasionar yanğın söndürmə sistemləri olduğu hallarda tətbiq olunur.
Hava-köpük lüləsi, hava mexaniki köpük alınması və onun bilavasitə yanma zonasına verilməsi üçün işlədilir.
Hava-köpük lüləsi, içərisində diffuzor quraşdırılan metal borudur. Bu boruya təzyiq altında köpük əmələ gətirən maddə ilə qarışmış su verilir. Diffuzordan keçdikdə qarışığa hava verilir. Köpükəmələgətirən, su məhlulunun hava ilə qarışması nəticəsində lülədən hazır köpük şəkilində çıxır.