Yanğınların əsas səbəbləri: yanğına qarşı rejimin pozulması, elementar yanğın təhlükəsizliyi qaydalarının pozulması və odla ehtiyatsız davranış, bina və qurğuların layihələrində buraxılmış nöqsanlar, texnoloji proseslərdə yanğına qarşı tələblərin pozulması və s. ilə əlaqədardır. Yay fəslində atmosfer boşalmaları da yanğın və partlayışa səbəb ola bilər. Qış fəslində isə yanğınlar çox vaxt müvəqqəti qızdırıcı cihazların qeyri düzgün qurulması və istismarı nəticəsində baş verir.
Yanğının baş verməsi üçün aşağıdakı şərtlər kifayətdir:
yanar mühitin (yanar maddə və materialların, oksidləşdirici maddələrin) mövcudluğu;
yanma mənbəyinin mövcudluğu.
Yanmanın başverməsi üçün yanma mənbəyinin olması vacibdir. Açıq alov, elektrik enerjisi, qığılcım, ildırım və s. yanma mənbəyi hesab olunurlar.
Maddələrin aqreqat halından asılı olaraq yanğınlar 5 sinfə bölünür:
A sinfi – bərk maddələrin yanğını;
B sinfi – yanar mayelərin və ərimə qabiliyyəti olan bərk maddələrin yanğını;
C sinfi – qazların yanğını;
D sinfi – metal və metaltərkibli maddələrin yanğını;