Tozlu odsöndürücülərin üstün cəhəti ondan ibarətdir ki, toz-qaz qarışığı şırnağı yanğın mənbəyinə yönəldikdə oradan oksigeni sıxışdırıb çıxarır və alov mexaniki surətdə dəf olunur. Toz şəkilli maddələr olan odsöndürücülərin tərkibində natrium bikarbonat var. Burda istifadə olunan tozlar yüksək axıcılıq qabiliyyətinə malikdir və onlar -50 °C-dək donmur. Çatışmayan cəhəti odur ki, tozların soyutma qabiliyyəti çox aşağıdır, yəni yanğının söndürülməsi zamanı qızmış əşyalar təkrar alovlana bilər. Yadda saxlamaq lazımdır ki, yerə səpilmiş tozu səliqəli təmizləmək lazımdır. Bu tip odsöndürücülər həm effektivliyinə, həm də qiymətinə görə sərfəlidir, maşında rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür odsöndürücülərdən qapalı yerlərdə istifadə etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.