Səs-küyün təsirinin göstəriciləri. Səs-küyün canlı orqanizmlərə təsiri eyni deyil və qavrama dərəcəsi ilə fərqlənir. Səs-küy təsirinin obyektiv göstəriciləri:
səsin tezliyi (yüksəkliyi);
intensivliyi;
təsir müddətidir.
Adi insan tezliyi 16 Hs – 20 kHs olan səs rəqslərini eşidir, belə səs akustik səs adlanır. Tezliyi 16 Hs-dən aşağı səslər infrasəslər, 20 kHs-dən yuxarı səslər ultrasəslər adlanır. Bu səsləri insan qulağı eşitmir. İnsanın eşitmə aparatı beynin eşitmə mərkəzi ilə birlikdə ultrasəs və infrasəs diapazonlu səsləri hiss edir. Bu səslər eşidilməsə də insan orqanizminə böyük zərər verir.