Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiyanın insan orqanizminə təsiri onun amplitudası və tezliyi ilə müəyyən edilir. Tezliyi 15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir edir. Tezliyi 25 Hs-dək rəqslər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ gətirir; 50 Hs-dən 250 Hs-dək olan rəqslər isə sinir sisteminə təsir edir, damarların spazmasına, ürək fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrılara, vibrasiya xəstəliyinə səbəb olur. Daha yüksək – ultrasəs tezliklərdə mexaniki enerji istilik enerjisinə çevrilir. İnsan orqanizmi üçün 6 – 9 Hs vibrasiyalar daha qorxuludur.
Vibrasiya insanın görmə qabiliyyətini zəiflədir, diqqətini azaldır, yorğunluq və başağrısı yaradır. Uzunmüddətli vibrasiyalar insan orqanizminə zərərli təsir etdiyi üçün insanın vibroyüklənməsinin buraxıla bilən normativ hədləri müəyyən olunur.
Dostları ilə paylaş: |