Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə148/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   144   145   146   147   148   149   150   151   ...   154
Avtomobil yolları kompleksində səs-küylə təsir əsasən yolun profili və yol örtüyünün tipi ilə müəyyən olunur. Yolun uzununa mailliyinin artması səs-küyün artmasına səbəb olur. Məsələn, üfüqi yolla müqayisədə 4%-lik yoxuş səs-küyün 2% artmasına, 8%-lik yoxuşluq isə 4% artmasına səbəb olur.

Yol örtüyünün əsas tiplərinin akustik xarakteristikalarının müqayisəsi göstərir ki, ən az səs asfaltbeton yollarda hərəkət zamanı qeydə alınır. Digər yol örtük növləri, xüsusən böyük sürətlərdə səs-küyün arıtmasına səbəb olur. 60 km/saat sürətlə hərəkət etdikdə asfaltbeton örtüklə müqayisədə sementbeton örtük səs-küyün 2%, daş döşənmiş örtük 3%, çay daşı döşənmiş örtük isə 5% artmasına səbəb olur. Yol örtüyünün keyfiyyəti də səs-küyün səviyyəsinə ciddi təsir edir.

Avropa ölkələrində səsuducu xüsusiyyətli yol örtüklərinin çəkilməsi üçün texniki həll tapılıb. Bu örtüklər asfaltın kvars və bazalt ilə qarışığından ibarətdir, onlar daxili mikroskopik boşluqlar saxlanılmaqla çəkilir. Belə üsulla çəkilmiş məsaməli örtük səs dalğalarını udur.

Skandinaviya ölkələrində neft-çınqıl qarışığından ibarət yol örtüyü istifadə edilir. Onun üstünlükləri: yüksək məhsuldarlıqlı soyuq istehsalın ekoloji təmiz texnologiyası və enerji sərfinin az olması; hazırlanmış qarışığı uzun müddət saxlamağın mümkün olması; qarışıqların istənilən məsafəyə daşınmasının rahat olması; ənənəvi texnikadan istifadə etdikdə örtüyün çəkilməsi üçün tələb olunan vaxtın azalması; təmirə yararlılığın və uzunömürlülüyünün yüksək olmasıdır.

Avtomobil nəqliyyatının səs-küyünün azalmasının ən effektli yollarından biri yol boyunca müxtəlif uzunluqlu bütöv səs qoruyucu akustik ekranlardan istifadə edilməsidir. Avropa, Yaponiya və ABŞ-da səs-küydən qorunmaq üçün belə üsuldan çoxdan istifadə edilir, artıq on min kilometrlərlə belə ekranlar yerləşdirilib. Akustik ekranlar müxtəlif formada olub, müxtəlif materiallardan hazırlanır. Materialın seçilməsi tətbiq şəraiti, memarlıq tələbləri, müəyyən ənənələr və b. şərtlərlə müəyyən olunur. Material üçün beton, asbest-sement panel, sinklənmiş dəmir və ya alüminium, xüsusi şəffaf plastiklər (məsələn, poliakril, polikarbonat) və s. istifadə edilir.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin