Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə149/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   146   147   148   149   150   151   152   153   154
Dəmiryolu nəqliyyatında konstruktor tədbirlərinə manevr teplovozları üçün səsboğucu avadanlıq istifadə olunması, relsaltı rezin araqatından istifadə olunması, relslərin uzunluğunun artırılması, tormoz quruluşlarının təkmilləşdirilməsi və yavaşıdıcı tormozlardan istifadə olunması, hərəkət tərkiblərinin kütləsinin azaldılması, sərnişin vaqonlarında səs izoləedici materiallardan istifadə edilməsi aiddir.

Səs-küyün və vibrasiyanın azaldılma yollarından biri də memarlıq-planlaşdırma işləridir. Şəhər tikililərini, yolları və küçələri səs-küyün yayılma və udulma səviyyəsi nəzərə alınaraq planlaşdırmaq lazımdır. Bu şəhərsalma və nəqliyyat-planlaşdırma amilləri nəzərə alınmaqla yerinə yetirilir. Şəhərsalma amillərinə yaşayış tikililərinin mərtəbəliliyi və tərtibatı, ərazinin relyefi, yaşıllaşdırma, tikililər zolağında küçələrin eni, səkilərin, qazonların, ayırıcı zolaqların eni, ətraf mühitin qorunması üçün mühəndis qurğuları aiddir.

Səs-küyün azaldılmasının kompleks həllinə, stasionar və hərəkət edən səs-küy mənbələrinin yaratdığı səs-küy qeyd olunmuş şəhərin səs-küylə çirklənmə xəritəsinin tərtib olunması köməklik edir. Qüvvədə olan sanitar qaydalarına görə binaların avtomagistrallardan, şəhər dəmiryol vağzallarından və səs-küylü istehsalat sahələrindən mümkün qədər uzaq yerləşdirilməsi tələbləri yeni yaşayış tikililərində səs-küyün məhdudlaşdırılmasına kömək edir. Binaların baş tərəfinin səs-küy mənbəyinə istiqmətləndirilməsi daha üstün sayılır. Səs izolyasiya edən yeni tikinti materiallarından istifadə edilməsi, pəncərələrin üç qat şüşələnməsi və ya şüşə paketlər yerləşdirilməsi, pəncərələrin hermetikləşdirilməsi səsin otaqlara daxil olmasını xeyli azaldır.

Ağacların canlı çəpər kimi dörd cərgəli yerləşdirilməsi səs-küyün səviyyəsini enliyarpaqlı növlər əkildikdə 6 – 8 dBA, iynəyarpaqlı növlər əkildikdə isə 13 – 18 dBA azaltmağa imkan verir.



Vibrasiyadan qorunmaq üçün çınqıl, qırma daş və şlakla doldurulmuş 0,5 – 1 m enində, 3 – 5 m dərinliyində xəndək şəklində hazırlanmış vibrasiya qoruyucu ekranlar düzəldilir. Ekranlar vibrasiyaları 5 – 10 dəfə azaldır. Hərəkət intensivliyi dəyişmədiyi halda küçələrin eninin, məsələn 20 m-dən 40 m-ə qədər artırılması nəqliyyat səs-küyünü 4 – 6 dBA azaltmağa imkan verir. Küçələrin qırağının başdan-başa tikilməsi səsin binalardan qayıtmasına imkan verir, nəticədə səs-küy artır. Buna görə də sərbəst planlaşdırılmaya üstünlük verilir. Avtomobilin vibrasiyalarının azaldılması şinlərin və asqıların xarakteristikalarından, oturacaqların xüsusiyyətlərindən, avtomobilin kütləsinin paylanmasından, avtomobildə səs-küyün səviyyəsini müəyyən edən amillərdən, onların səviyyəsindən, yolun xarakteristikalarından, avtomobilin texniki vəziyyətindən və s. asılıdır.

Xüsusilə yüksək intensivlikli magistrallarda ayrıca zolaqlar nəzərdə tutmaqla yük və minik avtomobillərinin axınlarının bölünməsi nəqliyyat səs-küyünün azaldılmasının əsas ehtiyatı sayılır.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin