Dövlət yanğın nəzarəti. Dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarnın yanğına qarşı tədbirlərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun bölmələrinin vəzifəli şəxsləri tərəfindən aparılır.
Dövlət dağ-mədən texniki nəzarəti. Sənaye müəssisələrində və bəzi obyektlərdə işlərin təhlükəsiz görülməsi qaydaları üzərində dövlət nəzarətini Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və onun yerli orqanlar həyata keçirirlər.
Sənayedə dövlət dağ mədən texniki nəzarəti filiz- mədən, neft və qaz çıxarma, neft və qaz emalı sənayesi, habelə qaldırıcı qurğuların, təzyiq altında işləyən qazan qurğularının, boruların, buxar, isti su boru kəmərlərinin, qazın nəql etdirilməsi, saxlanması və ondan istifadə edilməsi ilə əlaqədar olan obyektlərin inşa edilməsində və istifadəyə verilməsində, partlayış işlərinin aparılmasında və s. qüvvədə olan əməyin mühafizəsi qayda və normalarının düzgün həyata keçirilməsinə nəzarəti yerinə yetirir.
Dostları ilə paylaş: |